Analizlər göstərir ki, digər banklara nisbətdə ABB müştəriləri nisbətən daha yaşlı nəslin nümayəndələridir. Öz istehlakçı bazasında ABB «Müştərini düşünən», «Uyğun faiz şərtləri təklif edən» və «Keyfiyyətli xidmət göstərən» bir bank kimi mövqelənib.
GDP xəbər verir ki, bu fikirlər “Business Insight” şirkətinin Azərbaycanın “Tövsiyyə” Çempionları Hesabatında əks olunub.
Hesabatın davamında bildirilir: “Kapital Bank-ın riteyl bazarının lideri olması onun bir sıra brend xarakterinə də yaxşı mənada təsir edib. Belə ki, qavrayışlarda Kapital Bank rəqiblərinə nisbətdə «Mobil internet bankçılığı», «Yenilikçi», «Gəlirli», «Şöbə və ATM saylarının çoxluğu» kimi xüsusiyyətləri özündə ehtiva edir.”
Əlavə edilib ki, müştəri xidmətləri keyfiyyəti isə Kapital bank və ABB-nin ortaq qavranılan xüsusiyyətidir. Analizlər «Unibank»ın öz müştəri bazasında daha «Müasir» və «Etibar» edilən bank kimi mövqeləndiyini göstərir.