ABB-də 16 NVIDIA B200 GPU-dan ibarət yüksək məhsuldarlıqlı süni intellekt infrastrukturu qurulub.
“Bu investisiya həssas məlumatlarımızı öz nəzarətimizdə saxlamaqla yanaşı, böyük dil modellərini və süni intellekt agentlərini hazırlamaq və işlətmək imkanlarımızı daha da gücləndirir”. Bunu bu gün Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda ABB-nin Baş informasiya izibatçısı Nihat Şenyuva bildirib.
Onun sözlərinə görə ABB-də 500 mindən çox müştəri süni intellekt əsaslı bankçılıq təcrübəsindən yararlanır.
“Təxminən 40 min müştərimiz süni intellekt köməkçilərimiz vasitəsilə 250 mindən çox uğurlu bank əməliyyatı həyata keçirib. Müştərilərimiz süni intellekt texnologiyalarından gündəlik bank əməliyyatlarında fəal şəkildə istifadə edirlər”.

