“Real sektorun maliyyələşdirilməsinə 1.7 mlrd. AZN-dən çox vəsait ayırmışıq”
GDP xəbər verir ki, bu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun bankın “Dayanıqlı İnkişaf Hesabat”ı ilə bağlı bölüşdüyü fikirlərdə əks olunub.
Bank rəhbəri qeyd edib: “İl ərzində korporativ biznes və kiçik sahibkarlar üzrə kredit portfelimizdə də 900 mln. AZN-ə yaxın və ya 53% artım qeydə alınıb. Real sektorun maliyyələşdirilməsinə 1.7 mlrd. AZN-dən çox vəsait ayırmışıq.”
Abbas İbrahimov bildirib: “Yeni texnologiyaların intensiv tətbiqi, xidmət keyfiyyətinin yüksəlməsi, müştəri loyallığına nail olmaq üçün həyata keçirdiyimiz irimiqyaslı layihələr sayəsində ötən il həm korporativ, kiçik və orta biznes müştərilərimizin, həm də pərakəndə müştərilərimizin sayında böyük artım baş verib. Pərakəndə müştərilərimizin aktiv istifadəsində də artım müşahidə olunub. Aktiv müştərilərimizin sayında il ərzində 25% artıma nail olmuşuq. Beləliklə, aktiv müştəri sayını 2022-ci ilə nəzərən 2 dəfə daha sürətlə artıra bilmişik.”