Azərbaycan banklarının Xankəndində filialları açılıb.
GDP xəbər verir ki, ABB və Kapital Bank-ın Xankəndi şəhərində filialının açılması ilə bağlı sosial şəbəkələrdə məlumat və fotolar yayımlanıb.
Filialların açılması barədə məlumat sözügedən banklar tərəfindən rəsmi şəkildə yayımlanmayıb. Amma 17 may tarixində Kapital Bankın İdarə Heyətinin sədri Fərid Hüseynov bu günlərdə Kapital Bank-ın Xankəndidə filialının açılmasının planlaşdırıldığını açıqlamışdı.