Bu gün ABB komandası üçün çox önəmli gündür. Bankımız yeni seqmentə – kiçik bizneslərə öz yeni maliyyə həllini – ABB Biz tətbiqini təqdim edir.
GDP xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov ABB -nin yeni tərbiqi barədə deyib.
O bildirib: “Hədəfimiz sadə və gözoxşayan müştəri təcrübəsi ilə kiçik bizneslərə gündəlik bank əməliyyatlarını, rəqəmsal kreditləşməni, mobil POS xidmətlərini daha əlçatan etmək, e-mühasib kimi yeniliklərlə onların işini asanlaşdırmaqdır.”
Abbas İbrahimov əlavə edib: “İnanırıq ki, bu yenilik ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin daha da şəffaflaşmasına dəstək olacaq.”