“”Yaşıl dünya naminə həmrəylik ili”ndə belə bir hesabat bizim üçün xüsusi dəyər daşıyır.”
GDP xəbər verir ki,bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın “2023-cü il üzrı Dayanıqlı İnkişaf Hesabatı”barədə öz fikirlərini bölüşərkən deyib.
O bildirib: “Bu hesabat ABB Maliyyə Qrupu olaraq son illərdə dayanıqlı inkişaf istiqamətində əldə etdiyimiz nailiyyətlərə ümumi baxışdır. “Yaşıl dünya naminə həmrəylik ili”ndə belə bir hesabat bizim üçün xüsusi dəyər daşıyır. Nəticələrimizi qiymətləndirməyə, yeni hədəflərimizi müəyyənləşdirməyə kömək göstərir.”
Abbas İbrahimov əlavə edib: “Ənənəmizə sadiq qalaraq 2023-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatımızda da məlumatların maksimum əhatəli olmasına çalışmışıq. Yanaşmalar yeni, standartlar beynəlxalq təcrübəyə uyğundur”.