Author: Aynure Gdp

“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,85 ABŞ dollar artıb. GDP xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,85 ABŞ dolları və ya 9,41 % artaraq 79,6 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Read More

17 aprel 2026-cı il tarixində “Kapital Bank” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir. GDP xəbər verir ki, səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir: “Kapital Bank” ASC-nin 2025-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması, – “Kapital Bank” ASC tərəfindən 2025-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi, – “Kapital Bank” ASC-nin nizamnamə kapitalında mühüm iştirak payı ilə bağlı müzakirə

Read More

2025-ci ilin sonuna olan göstəricilər Azərbaycan bank sektorunda maliyyələşmə strukturunun nisbətən sabit və daxili resurslara əsaslanan model üzrə formalaşdığını göstərir. Pərakəndə depozitlərin artımı, kreditlərin depozitlərə nisbətinin idarəolunan səviyyədə qalması və dollarlaşmanın əhəmiyyətli azalması sektorun likvidlik və dayanıqlılıq baxımından mövqeyini gücləndirən əsas amillərdir. Bu dinamika S&P Global Ratings-in 2026-cı ilin fevralında məlumatda əksini tapır. GDP xəbər verir ki, S&P Global Ratings qeyd edir ki, bank sistemində maliyyələşmə sabitliyinin əsas dayaqlarından biri pərakəndə depozitlərin artımıdır. 2025-ci ilin sonuna korporativ depozitlər ümumi portfelin təxminən 56%-ni təşkil edib, qalan hissə isə pərakəndə depozitlərin payına düşüb. Bu struktur bankların daha geniş və parçalanmış müştəri bazasına…

Read More

2025-ci ilin 4-cü rübündə Azərbaycanda ödəniş kartları ilə bağlı rəqəmsal fırıldaqçılıq hallarının həcmi artıb. GDP xəbər verir ki, nu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının açıqladığı statistikada bildirilib. Banklardan toplanmış məlumatlara əsasən, 4-cü rübdə ölkədaxili fırıldaqçılıq əməliyyatlarının həcmi 1 milyon 783 min 31 manat təşkil edib. Bu göstərici 3-cü rüblə müqayisədə 50,45 faiz artım deməkdir. Belə ki, 3-cü rübdə ölkədaxili fırıldaqçılıq hallarının məbləği 1 milyon 185 min 101 manat olub. Ölkəxarici əməliyyatlar üzrə isə 4-cü rübdə fırıldaqçılıq hallarının məbləği 370 min 444 manat qeydə alınıb. Bu da əvvəlki rüblə müqayisədə 20,01 faiz artım deməkdir. 3-cü rübdə bu göstərici 308 min 668…

Read More

“Numia” və “Bancomat” şirkətlərinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı rəqəmsal maliyyə xidmətləri və ödəniş texnologiyaları sahəsində əməkdaşlıq imkanları, innovativ ödəniş həllərinin tətbiqi, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi məsələləri müzakirə olunub. Qeyd edək ki, görüş Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən təşkil olunan, “Fondo Strategico Italiano” (FSI) şirkətinin təşəbbüsü ilə İtaliyanın biznes sektorunun nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutub. Səfər çərçivəsində “Azərbaycan–İtaliya biznes və investisiya əlaqələri” mövzusunda tədbir də keçirilib. Tədbirdə Azərbaycan və İtaliya arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, prioritet sektorlar üzrə investisiya imkanları, əlverişli…

Read More

Avropada qaz qiymətləri QatarEnergy şirkətinin LNG (maye təbii qaz) istehsalını dayandırması ilə bağlı xəbərlər fonunda artımı sürətləndirib. GDP xəbər verir ki, TTF habında təbii qaz fyuçersləri 44,6% bahalaşaraq pik həddə 1 000 kubmetr üçün təxminən 569 dollara çatıb. Bloomberg-in şirkətin açıqlamasına istinadən yazdığına görə, QatarEnergy Ras-Laffan kompleksinə edilən hərbi hücumlardan sonra maye təbii qaz istehsalını dayandırıb. Enerji İqtisadiyyatı və Maliyyə Analizi İnstitutunun aparıcı analitiki Ana Mariya Yaller-Makareviç bildirib ki, Aİ-də “panika anı” yaşanır, çünki bütün üzv dövlətlər kifayət qədər enerji ehtiyatına malik deyil. Qətər dünyada ikinci ən böyük LNG istehsalçısıdır. Yaller-Makareviç əlavə edib ki, əgər Qətər LNG tədarükləri məhdudlaşdırılarsa, bundan…

Read More

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu 2026-cı il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara yeni limitlər ayırır. GDP  xəbər verir ki, ayrılan limitlər çərçivəsində həm adi, həm də güzəştli ipoteka kreditlərinin verilməsi nəzərdə tutulur. Fondun məlumatına görə, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu 5 mart 2026-cı il tarixində saat 11:00-dan, güzəştli ipoteka kreditləri üzrə isə 6 mart 2026-cı il tarixində saat 11:00-dan etibarən başlanacaq. Müraciətlər “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə (www.e-gov.az) elektron imza alətləri – SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal və Asan İmza vasitəsilə həyata keçiriləcək. Bununla əlaqədar olaraq vətəndaşlara 4 mart 2026-cı…

Read More

ABŞ-ın aparıcı maliyyə institutu Citigroup (Citi) qısamüddətli dövr üçün “Brent” markalı neft üzrə qiymət proqnozunu kəskin şəkildə artırıb. GDP xəbər verir ki, bank əvvəlki gözləntisini 15 dollar yüksəldərək bir barrel üçün 85 dollar səviyyəsinə çatdırıb. Citi analitiklərinin qiymətləndirməsinə əsasən, “Brent” neftinin qiyməti növbəti həftə ərzində 80–90 dollar aralığında dəyişə bilər. Proqnoz artımı əsasən qlobal bazarlarda geosiyasi risklərin yüksəlməsi və Yaxın Şərqdə artan gərginlik fonunda formalaşıb.

Read More

(®) İnnovasiya lideri Bakcell müştəri xidmətlərində proseslərin daha sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsi məqsədilə “SİMA” texnologiyası əsasında biometrik verifikasiya həllini tətbiq edib. Yeniliyə əsasən, rəsmi satış nöqtələrində həyata keçirilən nömrə və cihaz satışı, nömrənin addan ada keçirilməsi, eləcə də nömrənin dublikatı xidmətinə dair əməliyyatlar zamanı müştərilərin identifikasiyası “SİMA” tərəfindən təqdim edilən üz tanıma texnologiyası əsasında icra olunur. “SİMA” üzərindən tətbiq edilən biometrik verifikasiya təhlükəsizlik səviyyəsinin daha da gücləndirilməsinə xidmət edir və proseslərin icrasını sadələşdirir. Eyni zamanda, kağızsız sənəd dövriyyəsi sayəsində xidmət müddəti əhəmiyyətli dərəcədə qısalır və müştəri təcrübəsi optimallaşdırılır. Bakcell müştəri xidmətlərində rəqəmsal həllərin tətbiqini mərhələli şəkildə genişləndirməyi planlaşdırır.…

Read More

Londonun ICE birjasında Brent markalı neftin qiyməti 23 iyun 2025-ci ildən bəri ilk dəfə olaraq bir barel üçün 81 ABŞ dollarını keçib. GDP xəbər verir ki, bu barədə birja ticarət məlumatları göstərir. Yeni ticarət həftəsinin əvvəlində neftin qiymətində kəskin artım qeydə alınıb. Hazırda artım 12,2% təşkil edir. Ekspertlər qiymət artımını Yaxın Şərqdə gərginliyin eskalasiyası ilə əlaqələndirirlər. Regionda baş verən son hadisələr enerji bazarlarında riskləri artıraraq neft kotirovkalarına birbaşa təsir göstərib. Qeyd edək ki, son artım qlobal enerji bazarlarında qeyri-müəyyənliyin davam etdiyini göstərir.

Read More