- Rəsmi medianın məlumatına görə, Saudi Aramco təhlükəsizliyi və davamlı tədarükü təmin etmək üçün bəzi neft daşımalarını Yanbu limanına yönləndirir
- Azərbaycan, Qazaxıstan və Belarus Rusiyadan çay idxalında liderdir
- BlackRock və Blackstone özəl kredit fondlarında vəsait çıxarılmasını məhdudlaşdırıb
- Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib
- Bu il ayrılmış limit çərçəvəsində ipoteka krediti üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb
- “Bank BTB” BOKT-a çevrilir, aktivləri ABB-yə ötürülür
- Brent nefti yenidən bahalaşıb-88 dollar
- Uoll-Strit bankları Argentinadan kapitalın çıxarılmasını tövsiyə edir
Author: Aynure Gdp
Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın prezidenti Rövşən Nəcəf və vitse-prezidenti Zaur Qurbanovun təqdimatı ilə şirkətin 2025-ci il üzrə büdcə layihəsi müzakirə edilib. GDP SOCAR-ın yayımladığı məlumata istinadən xəbər verir ki, müzakirələrdən sonra SOCAR-ın 2025-ci il üzrə büdcəsi təsdiq olunub. Həmçinin bildilrilib ki,iclasda, həmçinin gündəlikdə olan digər məsələlər müzakirə edilib.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankının birgə təşkilatçılığı ilə “Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi və bu sahədə potensialın artırılması” mövzusunda təlimlərin açılış sessiyası keçirilib. GDP xəbər verir ki, tədbirdə Ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) tətbiqi və proqram əsaslı büdcə mexanizminə keçid islahatları müzakirə edilib. Maliyyə Nazirliyinin, Dünya Bankının və İsveçrənin mütəxəssisləri islahatların sürətləndirilməsi məqsədilə gələcək tədbirlərin vacibliyini vurğulayıblar. İştirakçılar, həmçinin OMXÇ-nin dövlət maliyyəsinin idarə olunmasında necə təsirli bir alət olduğunu və təkmilləşdirilmiş büdcə mexanizminin tətbiqi üçün növbəti addımların atılacağını müzakirə ediblər. Tədbirin sonunda islahatlara cəlb olunmuş təşkilat nümayəndələri üçün nəzəri-metodoloji və praktiki təlimlər…
ARDNF-nin (Azərbaycan Respublikası Dövlət Neft Fondu) investisiya portfelinin strukturu, risk idarəetməsi və gəlirliliyinin 2024-cü ildə necə olmasını GDP qısa şərh edib. Aktivlərin dəyişməsi və istiqrazlar portfeli İstiqrazların kredit reytinqi: İstiqrazların Yerləşdirilmə Müddəti: Qızılın Portfeldə Rolu Qızılın Təsiri: Səhmlər və daşınmaz əmlak Valyuta riskləri və diversifikasiya Coğrafi və iqtisadi müxtəliflik Gəlirlilik ARDNF-nin investisiya strategiyası geniş və balanslıdır. Fond təhlükəsiz gəlir əldə etmək üçün istiqrazlar və qızıl kimi sabit aktivlərə, yüksək gəlir əldə etmək üçün isə səhmlər və daşınmaz əmlak kimi riskli aktivlərə yatırım edir. Bu diversifikasiya, həmçinin fondun qlobal bazar dəyişikliklərinə qarşı davamlılığını artırır. Aktivlərin coğrafi və valyuta bölgüsü də fondun…
Azərbaycan Mərkəzi Bankı “Tiko Azərbaycan” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub. GDP xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli Qərar imzalayıb. “Tiko Azərbaycan” MMC 2022-ci ildə yaradılıb və 750 min manat nizamnamə kapitalı var. Bununla da, lisenziyalı elektron pul təşkilatlarının sayı 15-ə yüksəlib.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il ərzində aktivlərinin dəyişməsinə dair ətraflı təhlil aparılıb. İl ərzində fondun aktivləri yanvar ayında 56,4 milyard ABŞ dolları təşkil edib və dekabr ayında 60,0 milyard ABŞ dollarına çatıb. Bu müddət ərzində müəyyən artımlar və azalmalar müşahidə olunmuşdur. Aylar üzrə aktivlərin artım və azalma dinamikası İlin əvvəlində, yanvar ayında aktivlər 56,4 milyard dollar, fevral ayında isə 56,3 milyard dollar olub ki, bu da 0,1 milyard dollarlıq azalma deməkdir. Lakin mart ayında aktivlər 57,4 milyard dollara yüksəlib, yəni əvvəlki aya nisbətən 1,1 milyard dollar artım müşahidə edilib. Aprel ayında isə aktivlər 56,8 milyard dollara enib, yəni 0,6 milyard dollar azalma baş verib. Bundan sonra, may ayında aktivlər…
Mask Zelenskinin Ukraynadakı seçkilərlə bağlı açıqlamasına ironik şərh verib. GDP xəbər verir ki, Zelenskinin İTV News-a müsahibəsində Ukraynanın bütün əhalisinin guya “seçkilərə qarşı olduğunu” söyləməsinə cavab olaraq Mask ironiya ilə qeyd edib: “Əlbəttə”.
Balaxanı qəsəbəsində “Norm” ASC-yə məxsus 2 yeni beton zavodunun təməli qoyulub. Zavodlar 2025-ci ilin aprel ayından istehsala başlayacaq. Hər birinin istehsal gücü saatda 120 m3 beton təşkil edən bu zavodlar müasir texnika və avadanlıqla təchiz edilib və burada ən son texnologiyalarla əmtəə betonunun istehsalı nəzərdə tutulur. Şirkət tərəfindən üçüncü beton zavodunun Qarabağ bölgəsində inşası həyata keçiriləcək. Bu zavodun da istehsal gücü saatda 120 m3 beton təşkil edəcək. Müəssisələrdə 80-ə yaxın işçi fəaliyyət göstərəcək. Beton zavodlarının işə düşməsi inşaat şirkətlərinə bir çox mühüm dövlət satınalmaları vasitəsilə həyata keçirilən, eləcə də özəl inşaat layihələrində beton tələbatının vaxtında və səmərəli qarşılanması üçün stabil…
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə makroiqtisadi sabitliyin qorunmasına, maliyyə inklüzivliyinin təmin edilməsinə və resursların səmərəli bölüşdürülməsinin dəstəklənməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək. Bunu AMB-nin sədri Taleh Kazımov Dünya Bankının 2024-cü il üzrə “Dünyanın İnkişafı haqqında Hesabat”ının (World Development Report — WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində bildirib. “Maliyyə sektoru “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” vasitəsilə maliyyə alətlərinin diversifikasiyası və dayanıqlı maliyyələşmənin təşviqi yolu ilə ev təsərrüfatlarını və biznesləri maliyyələşdirməyə davam edəcək. Maliyyə sektoru maliyyənin əlçatanlığını və dərinliyini artırmaq üçün ənənəvi kanallardan rəqəmsal maliyyə vasitəçiliyinə keçməyə can atır. Bu, maliyyə inklüzivliyinə böyük təsir edib və edəcək. Ev təsərrüfatlarının, bizneslərin maliyyə savadlılığının…
2024-cü il ərzində Sahibkarlığın İnkişafı Fondunun təqdim etdiyi güzəştli kreditlərin 99,8%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə ayrılıb. GDP xəbər verir ki, fondun məlumatına görə, həmin dövr ərzində verilmiş güzəştli kreditlərin ümumi məbləğinin 93,4%-i də bu kateqoriyaya daxil olan sahibkarlıq subyektlərinin payına düşüb. Bu göstəricilər, Sahibkarlığın İnkişafı Fondunun mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədi ilə həyata keçirdiyi siyasətin effektivliyini bir daha təsdiq edir. Fondun təqdim etdiyi güzəştli kreditlər vasitəsilə sahibkarların öz bizneslərini genişləndirməsi, yeni iş yerlərinin açılması və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyətin artırılması üçün əhəmiyyətli imkanlar yaradılıb.
