- Rəsmi medianın məlumatına görə, Saudi Aramco təhlükəsizliyi və davamlı tədarükü təmin etmək üçün bəzi neft daşımalarını Yanbu limanına yönləndirir
- Azərbaycan, Qazaxıstan və Belarus Rusiyadan çay idxalında liderdir
- BlackRock və Blackstone özəl kredit fondlarında vəsait çıxarılmasını məhdudlaşdırıb
- Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib
- Bu il ayrılmış limit çərçəvəsində ipoteka krediti üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb
- “Bank BTB” BOKT-a çevrilir, aktivləri ABB-yə ötürülür
- Brent nefti yenidən bahalaşıb-88 dollar
- “Nar” 8 Mart münasibətilə xanım jurnalistləri təbrik etdi
Author: Aynure Gdp
2024-cü il ərzində Sahibkarlığın İnkişafı Fondunun təqdim etdiyi güzəştli kreditlərin 99,8%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə ayrılıb. GDP xəbər verir ki, fondun məlumatına görə, həmin dövr ərzində verilmiş güzəştli kreditlərin ümumi məbləğinin 93,4%-i də bu kateqoriyaya daxil olan sahibkarlıq subyektlərinin payına düşüb. Bu göstəricilər, Sahibkarlığın İnkişafı Fondunun mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədi ilə həyata keçirdiyi siyasətin effektivliyini bir daha təsdiq edir. Fondun təqdim etdiyi güzəştli kreditlər vasitəsilə sahibkarların öz bizneslərini genişləndirməsi, yeni iş yerlərinin açılması və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyətin artırılması üçün əhəmiyyətli imkanlar yaradılıb.
Azərbaycan iqtisadi diversifikasiya və innovasiya yönümlü siyasət sayəsində yüksək gəlirli ölkələr sırasına keçməyə hazırdır. Bunu Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Dünya Bankının 2024-cü il üzrə “Dünyanın İnkişafı haqqında Hesabatı”nın (World Development Report – WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində bildirib. Onun sözlərinə görə, 1990-cı illərdən bəri cəmi dörd orta gəlirli ölkə yüksək gəlirli ölkələr qrupuna keçid edib və Azərbaycan da bu prosesə hazırdır: “Bu, asan olmayacaq, lakin biz buna hazırıq. Bunun üçün iqtisadiyyatın şaxələndirilməsi əsas şərtdir. Əks halda, lider mövqeləri saxlamaq çətin olacaq”.Ş.Mövsümov qeyd edib ki, Azərbaycan innovasiyalara yönəlmək üçün tələb olunan…
Taleh Kazımov: “Pul siyasəti mexanizminin möhkəmləndirilməsi istiqamətində işlər həyata keçiriləcək”
Bu il Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə alətlərinin şaxələndirilməsi istiqamətində tədbirlər görəcək. Bunu AMB-nin sədri Taleh Kazımov Dünya Bankının 2024-cü il üzrə “Dünyanın İnkişafı haqqında Hesabat”ının (World Development Report — WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində bildirib. Bundan başqa, onun sözlərinə görə, il ərzində dayanıqlı maliyyə alətlərinin sayının artırılması, pul siyasəti mexanizminin möhkəmləndirilməsi istiqamətində işlər həyata keçiriləcək. “Uzunmüddətli perspektivdə bu tədbirlərin həyata keçirilməsi innovativ sahibkarlıq ekosisteminin yaradılması üçün çox böyük əhəmiyyət kəsb edir. AMB-nin əsas rolu makroiqtisadi sabitliyi və maliyyə dayanıqlılığının təmin edilməsidir ki, bu istiqamətində də işlər davam etdiriləcək”, – deyə sədr əlavə edib. (c)Report
Prezident Trampın 1 fevraldan etibarən Meksika və Kanadadan idxala 25%, Çindən idxala isə 10% rüsumtətbiq edəcəyini açıqlamasından sonra bazarlar kəskin şəkildə gerilədi. Lakin Tramp Meksika və Kanadaya tətbiq ediləcək rüsumları 30 gün təxirə salaraq müəyyən narahatlıqları azaltdı. Dördüncü rüb nəticələrini açıqlayan S&P 500 şirkətlərinin 77%-i mənfəət proqnozlarını üstələyib. Təchizat İdarəetmə İnstitutunun (ISM) İstehsal üzrə Satınalma Menecerləri İndeksi (Manufacturing PMI) yanvarda 2022-ci ildən bəri ilk dəfə ABŞ-da fabrik fəaliyyətinin genişləndiyini göstərdi. ISM Xidmətlər PMI göstəricisi də dekabrla müqayisədə azalsa da, 52.8 səviyyəsində qalaraq genişlənmə zonasında qaldı. Yanvar ayına aid qeyri-kənd təsərrüfatı sektoru üzrə məşğulluq hesabatı ABŞ-da 143,000 yeni iş yerinin açıldığını göstərdi ki, bu da dekabrın yenidən nəzərdən keçirilmiş 307,000 və analitiklərin 170,000 proqnozundan xeyli aşağıdır. İşsizlik səviyyəsi gözlənilmədən 4.1%-dən…
Apple Azərbaycan və digər bir neçə ölkədə vergi qaydalarına görə App Store-da qiymətləri tənzimləyib
Apple, App Store-da tətbiq olunan vergi qaydalarında və valyuta məzənnələrində baş verən dəyişikliklər səbəbilə bəzi ölkələrdə qiymətləri tənzimləyib. GDP xəbər verir ki, bu dəyişikliklər Azərbaycan da daxil olmaqla bir sıra ölkələri əhatə edir. Azərbaycan üçün əsas dəyişiklik 18% dərəcəsi ilə Əlavə Dəyər Vergisinin (ƏDV) tətbiq edilməsidir. Bu tənzimləmə, App Store-da satılan rəqəmsal məhsul və xidmətlərin qiymətlərinə təsir göstərə bilər. Məlumata görə Azərbaycandan başqa bir sıra digər ölkələrdə də müxtəlif vergi dəyişiklikləri qeydə alınıb. Peru üçün 18% ƏDV tətbiqi tətbiq edilib. Slovakiya üçün standart ƏDV dərəcəsi 20%-dən 23%-ə qədər artırıldı, elektron kitablar üçün isə 5% endirilmiş ƏDV dərəcəsi tətbiq edildi. Estoniya…
WTI xam neftinin qiyməti cümə günü 0.5% artaraq bir barel üçün 71 dollar olub. GDP xəbər verir ki, bu artım İranın neft ixracına qarşı yeni sanksiyaların tətbiq olunması ilə bağlıdır. Lakin ABŞ Prezidenti Donald Trump-ın Çinlə ticarət gərginliyini artırması və digər ölkələrə əlavə tariflər tətbiq etmə ehtimalı qazancın məhdud qalmasına səbəb olub. Buna baxmayaraq, neft qiymətləri ardıcıl üçüncü həftə azalma nümayiş etdirib. Analitiklər bildirirlər ki, ticarət münaqişələri qlobal iqtisadi artıma mənfi təsir göstərə və neftə tələbatı azalda bilər. Bundan əlavə, ABŞ-ın Enerji İnformasiya İdarəsinin məlumatına görə, ölkədə neft ehtiyatlarının artması daxili tələbin zəif olduğunu göstərir ki, bu da qiymətlərin düşməsinə…
“Kapital Bank”ın İdarə Heyətinin sədri və baş icraçı direktoru Fərid Hüseynov, uzun müddətdir böyük bir komanda olaraq müştərilərə daha rahat, sürətli və innovativ həllər təqdim etmək üçün çalışdıqlarını bildirib. GDP xəbər verir ki, Hüseynov, bu gün isə “Bir” ekosisteminin rəsmi olaraq istifadəyə verildiyini və bunun yalnız bir təqdimat deyil, yeni bir dövrün başlanğıcı olduğunu qeyd edib. “Bir ekosistemi, etibar etdiyiniz brendləri bir araya gətirərək maliyyə, alış-veriş, nəqliyyat və bir çox sahədə vahid bir şəbəkə yaradır. Biz, Birbank olaraq bu ekosistemin ana sütunu olmaqla müştərilərimizə daha geniş imkanlar təqdim edirik,” – deyə Fərid Hüseynov vurğulayıb. Hüseynov, bu uğurun arxasında dayanan tərəfdaşlara…
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) yarandığı tarixdən cari ilin yanvar ayının 1-dək ləğv prosesində olan ümumilikdə 19 bank üzrə toplam 1,717,520,747 manat məbləğində kompensasiya ödənişini uğurla həyata keçirib. GDP Fonda istinadən xəbər verir ki, bu, Azərbaycan maliyyə sistemində etibarlılığın qorunub saxlanılması və əmanətçilərin hüquqlarının müdafiə olunması istiqamətində atılan vacib addımlardan biridir. Xüsusilə diqqəti çəkən hadisələrdən biri də pandemiya dövründə reallaşmış tədbirlərdir. 2020-ci ildə ölkəmizdə Koronavirus pandemiyası səbəbilə sərt karantin rejiminin və hərbi vəziyyətin tətbiq edilməsi fonunda ƏSF, sığorta hadisəsi baş vermiş 4 bankın ləğvedicisi təyin olunduqda təxirəsalınmaz tədbirlər həyata keçirərək qısa müddət ərzində külli miqdarda kompensasiya ödənişini yerinə yetirmişdir. Bu, Fondun…
Mərkəzi Bank Xüsusi Tənzimləmə Rejimi çərçivəsində innovativ maliyyə məhsullarının sınağına başlayır
Mərkəzi Bankın nümayəndələri “SABAH.HUB” İnnovasiya Mərkəzində iştirak edərək, xüsusi tənzimləmə rejimi çərçivəsində innovativ maliyyə məhsullarının sınağı ilə bağlı geniş təqdimat keçiriblər. GDP xəbər verir ki,tədbirdə iştirakçılar üçün xüsusi tənzimləmə rejiminin məqsədi, müraciətlərin qiymətləndirilməsi meyarları və sınaq prosesinin əsas mərhələləri barədə ətraflı məlumatlar paylaşılıb. Xatırladaq ki, Mərkəzi Bank xüsusi tənzimləmə rejimi vasitəsilə innovativ maliyyə məhsullarının istifadəçilər üçün daha təhlükəsiz və əlçatan olmasını təmin etməklə yanaşı, maliyyə inklüzivliyinin genişləndirilməsinə dəstək verir. Bu, ölkədə finansal sektorun inkişafına və yeni texnologiyaların tətbiqinə yönəlmiş bir addım kimi qiymətləndirilir. Hazırda xüsusi tənzimləmə rejiminin ikinci dövrü üçün müraciətlərin qəbulu prosesi davam edir. Qeyd olunan müraciətlər “Xüsusi Tənzimləmə…
