- Azərbaycanda qadınların iqtisadiyyatda rolu-Məşğulluq, əməkhaqqı fərqi və hüquqi təminat
- Rəsmi medianın məlumatına görə, Saudi Aramco təhlükəsizliyi və davamlı tədarükü təmin etmək üçün bəzi neft daşımalarını Yanbu limanına yönləndirir
- Azərbaycan, Qazaxıstan və Belarus Rusiyadan çay idxalında liderdir
- BlackRock və Blackstone özəl kredit fondlarında vəsait çıxarılmasını məhdudlaşdırıb
- Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib
- Bu il ayrılmış limit çərçəvəsində ipoteka krediti üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb
- “Bank BTB” BOKT-a çevrilir, aktivləri ABB-yə ötürülür
- Brent nefti yenidən bahalaşıb-88 dollar
Author: Aynure Gdp
Azərbaycandakı investisiya şirkətlərinin cəmi əməliyyatlarının həcminə və bazar payına nəzərə yetirəndə ABB Invest İnvestisiya Şirkəti QSC, 6,646,836,936 manata yaxın əməliyyat həcmi ilə bazarda ən yüksək paya malikdir və onun cəmi əməliyyatlarının həcmi ümumi bazarın 40.59%-ni təşkil edir. PAŞA Kapital İnvestisiya Şirkəti QSC isə 3,893,511,819 manat dövriyyə həcmi ilə ikinci sıradadır və bazarın 23.77%-nə nzəarət edir. CPM-Invest İnvestisiya Şirkəti QSC, 3,863,414,146 manat dövriyyə ilə üçüncü yerdədir və bazardə 23.59% paya malikdir. Assist Finance İnvestisiya Şirkəti ASC, 1,084,386,703 manat dövriyyə ilə dördüncü sırada yer alır və bazarın 6.62%-ni tutur. Son olaraq, Xalq Kapital İnvestisiya Şirkəti QSC, 355,275,000 manat dövriyyə ilə beşinci sıradadır…
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aparılan yoxlamalar nəticəsində “Rabitəbank”ın likvidliklə bağlı tələbləri pozduğu müəyyən edilib. GDP xəbər verir ki, bank tərəfindən məcmu halda likvidliyin örtülmə əmsalının düzgün hesablanmaması nəticəsində 15 yanvar tarixinə AMB-ya təqdim edilən hesabatda “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın 7.2-ci bəndi ilə müəyyən edilmiş həddən yuxarı saxlanması tələbi təmin edilməyib. Bu pozuntunu nəzərə alaraq AMB, “Rabitəbank”a daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi və likvidlik risklərinin idarə edilməsi ilə bağlı icrası məcburi sərəncam verib. Bu tədbir, bankın likvidlik risklərinə qarşı daha effektiv yanaşma tətbiq etməsi və qanunvericilik tələblərinə tam uyğun fəaliyyət göstərməsi məqsədi daşıyır.
NEQSOL Holding, qrup şirkətlərində Governance, Risk və Compliance (GRC) biznes funksiyalarının tam rəqəmsallaşdırılması məqsədi ilə Swiss GRC ilə strateji əhəmiyyətli bir saziş imzalayıb. GDp xəbər verir ki, bu saziş, Risk İdarəetməsi, Qərarların Qəbulu və Uyğunluq sahələrində pioner olan NEQSOL Holding üçün mühüm bir addım hesab olunur. Şirkətin inkişaf səviyyəsi qabaqcıl rəqəmsal alətlərin tətbiqini tələb edir və Swiss GRC ilə tərəfdaşlıq, qrup şirkətlərində bu sistemlərin tam şəkildə rəqəmsallaşdırılmasına kömək edəcək. NEQSOL Holding-in Baş Maliyyə Direktoru və Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə qeyd edib: “Bu tərəfdaşlıq, NEQSOL Holdingin Risk İdarəetməsi, Qərarların Qəbulu və Uyğunluq sahələrindəki yetkinlik səviyyəsini daha da artırmaq üçün vacib…
Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. GDP xəbər verir ki, görüşdə BVF-nin Maddələr Sazişi IV üzrə məsləhətləşmələr missiyası çərçivəsində görülən işlər, maliyyə sektorunun sabitliyi üzrə siyasət çərçivəsi və BVF-nin maliyyə sektorunun qiymətləndirilməsi layihəsi üzrə tövsiyələrinin tətbiqi məsələləri müzakirə edilib. Həmçinin, missiya tərəfindən hazırlanmış bəyanatın əsas istiqamətləri və Mərkəzi Bank ilə BVF arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə tərəflər arasında davam edən əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu görüş, Azərbaycanın maliyyə sabitliyinin təmin edilməsi və beynəlxalq təcrübənin tətbiqi istiqamətində davam edən əməkdaşlığın…
İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının Himayəçilər Şurasının növbədənkənar iclasında təşkilati məsələlərə baxılıb. GDP xəbər verir ki, iclasda İSB-nin Nizamnaməsinə uyğun olaraq, Mərkəzi Bankın Daxili audit departamentinin direktoru Elçin Əlizadə Şura üzvlüyünə təyin olunub və Himayəçilər Şurasının sədri seçilib.E.Əlizadə bundan əvvəl, 2023-cü ilin fevral ayından İcbari Sığorta Bürosunun Audit Komitəsinin sədri vəzifəsində çalışıb.
Mərkəzi Bank rəqəmsal maliyyə həllərinin inkişafı və innovasiyaların təşviqi istiqamətində növbəti addım atıb. Bank Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə (GFIN) müşahidəçi statusunda üzv qəbul edilib. Üzvlük çərçivəsində Mərkəzi Bank şəbəkənin müxtəlif təşəbbüslərində iştirak etmək və aparıcı qlobal tənzimləyicilərlə, innovatorlarla əməkdaşlıq qurmaq imkanı əldə edəcək. Bu əməkdaşlıq ölkənin maliyyə sektorunun texnoloji inkişafının beynəlxalq standartlara uyğunlaşdırılmasına və maliyyə bazarlarının dayanıqlılığının artırılmasına töhfə verəcək. Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsi maliyyə tənzimləyicilərini, mərkəzi bankları, beynəlxalq təşkilatları və fintek sahəsində fəaliyyət göstərən qurumları birləşdirən beynəlxalq təşkilatdır. Şəbəkə maliyyə texnologiyaları sahəsində innovasiyaların təşviqi və inkişafı istiqamətində fəaliyyət göstərir.
2024-cü ildə sabitkoinlərlə həyata keçirilən əməliyyatların həcmi 27,6 trilyon ABŞ dolları təşkil edərək, Visa və Mastercard sistemlərinin ümumi əməliyyat həcmini 7,7% üstələyib. GDP xəbər verir ki, indi bunlar yalnız pərakəndə investorlar tərəfindən deyil, həm də bir çox şirkətlər tərəfindən istifadə olunur. Sabitkoinlərlə gündəlik ticarət həcmi 2024-cü ildə 237% artıb. Orta hesabla USDT-nin sabitkoinlərlə ticarət həcminin 79,7%-i təşkil edib. 2024-cü ildə sabitkoinlərin təklifi 59% artıb və dollar təklifinin 1%-nə çatıb.
Beynəlxalq reytinq agentliyi S&P Global Ratings, Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yaxşılaşdırıb. Agentlik, sektorun riskini “sabit”dən “müsbət”ə dəyişib. Bu dəyişiklik, S&P analitiklərinin fikrincə, ölkədə maliyyə institutlarına nəzarət və tənzimləmə sahəsində həyata keçirilən son təşəbbüslərin nəticəsidir. Son iki ildə tətbiq edilən “Maliyyə Sektorunun İnkişafı Strategiyası” çərçivəsində atılan addımlar, bank sektorunun inkişafını dəstəkləyən əhəmiyyətli təşəbbüsləri əhatə edir. Bu təşəbbüslərin effektiv şəkildə həyata keçirilməsi halında, Azərbaycanda banklara nəzarət və tənzimləmə prosesinin daha da gücləndirilməsi gözlənilir. 2025-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycanın bank sektorunun aktivləri 53 milyard manatdan çox olub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,8% artıb. Mərkəzi Bankın…
2025-ci ilin 31 yanvar tarixinə Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 10 milyard 988,5 milyon ABŞ dolları təşkil edib. GDP xəbər verir ki, 2024-cü ilin 29 dekabr tarixində isə bu rəqəm 10 milyard 959,5 milyon ABŞ dolları idi. Beləliklə, yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatları 29 milyon ABŞ dolları artıb.
