Author: Aynure Gdp

Milli Məclisdə 2025-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, Yaşayış minimumu, Ehtiyac meyarı haqqında qanun layihələrinin müzakirələrinin başladığı gün məlum olub.Müzakirələr adıçəkilən komitədə noyabrın 21-də başlayacaq. Xatırladaq ki, noyabrın 18-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq.

Read More

PAŞA Kapital və İsveçrənin Crossinvest Zürich AG şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb GDP xəbər verir ki, 15 noyabr 2024-cü il tarixində PAŞA Kapital İnvestisiya Şirkəti ilə İsveçrənin Crossinvest Zürich AG şirkəti arasında əməkdaşlıq memorandumunun imzalanma mərasimi keçirilib. Mərasimdə PAŞA Kapital İnvestisiya Şirkətinin İdarə Heyətinin sədri Ceyhun Hacıyev və Crossinvest Zürich AG-nin İdarə Heyətinin üzvü, İnkişaf Edən Bazarlar üzrə rəhbəri Fəqan Nağıyev iştirak ediblər. İmzalanmış strateji tərəfdaşlıq memorandumu çərçivəsində PAŞA Kapitalın yerli və xarici kapital bazarlarındakı fəaliyyətinin gücləndirilməsi, həmçinin Crossinvest Zürich AG-nin xarici investisiya məsləhətçiliyi sahəsində aktivliyinin artırılması planlaşdırılır. Sənədə əsasən, tərəflər maliyyə təhlili və investisiya idarəçiliyi sahəsində bilik və təcrübə…

Read More

Lənkəranda qadın sahibkarlar üçün həyata keçirilən “Qadın Sahibkarlar üçün Yaşıl Biznes və Eko-Liderliyin İnkişafı Proqramı” başa çatdı.“29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində iqlim dəyişmələri, onun həssas qruplar üzərində təsiri və bununla mübarizə yolları tez-tez müzakirə olunmaqdadır. Bu səbəblə 4-5 noyabr tarixlərində Lənkəran şəhərində qadın sahibkarlar üçün yaşıl bacarıqlar və dayanıqlı biznes təcrübələrini əhatə edən layihə icra olunub.“Qadın Sahibkarlar üçün Yaşıl Biznes və Eko-Liderliyin İnkişafı Proqramı” “Trendyol”un maliyyə, BMT-nin Azərbaycandakı Ofisinin təşkilati dəstəyi ilə Gender Hub Azerbaijan tərəfindən həyata keçirilmişdir. Proqram Azərbaycanın Lənkəran, Masallı, Cəlilabad, Beyləqan, Biləsuvar, Bərdə, Gəncə və Mingəçevir bölgələrindən olan, gender stereotipləri, maliyyə çətinlikləri və resurslara…

Read More

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində ABŞ-nin Dövlət Katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattla görüşüb. GDP xəbər verir ki,görüşdə tərəflər yaşıl enerji keçidində beynəlxalq əməkdaşlığın təşviqi, Azərbaycanın bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, dayanıqlı biznes modellərinə investisiya axınının perspektivləri barədə fikir mübadiləsi aparıblar. Azərbaycanın emissiyaların azaldılması, iqlimə davamlılığın təmin edilməsi və aşağı karbonlu biznes strategiyalarına keçid kimi qlobal çağırışlara uğurlu adaptasiyası da müzakirə olunub. Mərkəzi Asiya ölkələrindən Azərbaycandan keçməklə Avropaya yaşıl enerjinin ixracı layihəsi də gündəmdə olub. Tərəflər qlobal təchizatı sabitləşdirmək, bərpa olunan enerjinin payının artırılması və dayanıqlı biznes modellərinə investisiya cəlb etmək üçün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Read More

Bakıdan dünyaya maliyyə taksonomiyalarında qlobal əlaqəliliyin genişləndirilməsini və iqlim fəaliyyətinə kapitalın səmərəli şəkildə səfərbər olunmasını təşviq etməyə xidmət edəcək mühüm bir mesaj çatdırmış olduq. GDP xəbər verir ki, bunu Azərbaycan Respublikasının Mərkəzi Bankı, COP29 çərçivəsində Dayanıqlı Maliyyə Taksonomiyalarının Qarşılıqlı Əlaqəliliyi və Müqayisəliliyinin İnkişafına dair Yol Xəritəsinin təqdim edilməsi ilə bağlı fikirlərini bölüşərkən, Azərbaycan Mərkəzi Bankının rəhbəri Taleh Kazımov deyib: “COP29-da Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə təşkil etdiyimiz tədbirdə beynəlxalq tərəfdaşlarımızla bir araya gələrək qlobal əhəmiyyətli təşəbbüs olan “Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin inkişafına dair Yol Xəritəsi”ni təqdim etdik. Bununla da Bakıdan dünyaya maliyyə taksonomiyalarında qlobal əlaqəliliyin genişləndirilməsini…

Read More

SOCAR-ın rəhbəri Rövşən Nəcəf davamlı inkişaf və qlobal iqlim məqsədlərinə töhfə vermək istiqamətində şirkətin strateji planlarını açıqlayıb. GDP xəbər verir ki, o, bu gün COP29 çərçivəsində baş tutan tədbirdə SOCAR-ın sıfır emissiya hədəfi ilə bağlı davam edən səylərini bir daha vurğulayıb. Nəcəf qeyd edib ki, keçən il keçirilən COP28-də SOCAR 2050-ci ilə qədər sıfır karbon izi olan beynəlxalq enerji şirkətinə çevrilmək məqsədini açıqlayıb. Bu strateji baxışın bir hissəsi olaraq şirkət OJTC-nin həmtəsisçi üzvü kimi tərəfdaşları ilə birlikdə iddialı dekarbonizasiya məqsədlərini həyata keçirməkdədir. SOCAR-ın dekarbonizasiya istiqamətində əsas addımlarından biri SOCAR Green-in yaradılması olub. Bu yeni struktur bərpa olunan enerji layihələrinin inkişafı,…

Read More

Azərbaycan Mərkəzi Bankı innovativ maliyyə məhsullarının sınaqdan keçirilməsi üçün xüsusi tənzimləmə rejiminin (Sandbox) ikinci dövrünə müraciətlərin qəbuluna başlayır. GDP Mərkəzi Bankın bu barədə yayımladığı məlumata istinadən xəbər verir ki,müraciətlər 15 dekabr 2024-cü il tarixindən 15 yanvar 2025-ci il tarixinədək qəbul ediləcək. İnnovativ maliyyə məhsulları təklif edən şirkətlər müəyyən edilmiş meyarlara uyğun gəldikləri təqdirdə, Mərkəzi Bank ilə bağlanacaq müqavilə əsasında məhdud çərçivədə sınaqlarda iştirak etmək imkanı əldə edəcəklər. Maraqlanan tərəflər müraciətlərini sandbox.cbar.az internet səhifəsi vasitəsilə və ya yazılı formada təqdim edə bilərlər. Sənədlər “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində göstərilən tələblərə uyğun olmalıdır. Əlavə məlumat almaq istəyənlər sa*****@**ar.az elektron poçt…

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəsmi sosial media hesabında noyabrın 14-də COP29 çərçivəsində keçirilən Maliyyə, İnvestisiya və Ticarət Günü tədbiri barədə paylaşım edib. GDP xəbər verir ki, AMB-nin rəhbəri qeyd edib ki, “Qlobal maliyyə sistemi: iqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi” mövzusunda keçirilən tədbirdə Çoxtərəfli İnkişaf Banklarının, dövlət və özəl sektorun nümayəndələri ilə birlikdə mühüm müzakirələr aparılıb. Kazımovun sözlərinə görə, tədbirdə spikerlər iqlim dəyişikliyinin qlobal səviyyədə koordinasiya olunan səylər tələb etdiyini vurğulayıblar. Eyni zamanda, tənzimləyici çərçivələrin uyğunlaşdırılması və xüsusilə inkişaf etməkdə olan bazarlarda iqlim maliyyəsinin təşviqi üçün strategiyaların gücləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. AMB sədrinin paylaşımında bildirilib ki, tədbirin sonunda…

Read More

SOCAR “yaşıl” layihələrin maliyyələşdirilməsi məqsədilə yerli maliyyə bazarında “yaşıl” istiqrazların emissiyasını həyata keçirib. Bu addım Ətraf mühit, Sosial məsuliyyət və Korporativ İdarəetmə (ESG) standartlarının tətbiqi ilə bağlı beynəlxalq tələblərə uyğun olaraq atılıb.Son illərdə SOCAR ESG standartlarının tətbiqini genişləndirib, bu sahədə dərəcələndirmə həyata keçirərək beynəlxalq miqyasda yüksək nəticələr əldə edib. Emissiyadan cəlb olunacaq vəsait şirkətin bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsinə və neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə yönəldiləcək.SOCAR gələcəkdə də ESG standartlarına uyğun maliyyə alətlərinin tətbiqini genişləndirməyi və borc portfelində “yaşıl” maliyyələşdirmənin xüsusi çəkisini artırmağı hədəfləyir

Read More