- Dünya iqtisadiyyatı son 50 ilin ən böyük enerji böhranı, 20 milyon barellik risk və qlobal inflyasiya ilə üz-üzə – Azərbaycan iqtisadiyyatı üçün fürsətlər və gözləntilər
- “Norm Sement” klinker istehsalı gücünü 14% artıraraq 2 milyon tona çatdırıb
- PR və MarCom üzrə yeni kurs – “360 dərəcə Kommunikasiya” başlayır
- Dövlət büdcəsinin gəlirlərində 6,3% azalma, xərclərində 13,5% artım qeydə alınıb
- Azərbaycanda quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 6%-dən çox artıb
- “Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
- AZCON Holding-in Baş Direktoru Şahin Babayev: “Çinlə logistika sahəsində strateji tərəfdaşlığı genişləndiririk”
- Tamerlan Rüstəmov: “Fırıldaqçılıqla mərkəzləşdirilmiş mübarizə artıq bir çox ölkədə reallıqdır”
Author: Aynure Gdp
Çinin “BYD Company Limited” şirkəti ilə Azərbaycanda elektrik avtobus istehsalının lokallaşdırılması üzrə müqavilə imzalanıb. GDP xəbər verir ki, Sumqayıt Kimya Sənaye Parkında qurulacaq zavodda illik 500 ədəd elektrik avtobus istehsalı planlaşdırılır. Layihəyə 17.1 milyon ABŞ dolları investisiya qoyulacaq və 600 yeni iş yeri yaradılacaq. 2030-cu ilədək mərhələli şəkildə lokallaşma səviyyəsinin 40%-ə çatdırılması hədəflənir. COP29 konfransı çərçivəsində pilot layihə olaraq ölkəyə 160 ədəd BYD markalı elektrik avtobus gətirilib və artıq marşrut xətlərinə buraxılıb. Layihədə “Azərbaycan İnvestisiya Şirkəti” ASC payçı, “Electrify Azerbaijan” MMC isə BYD-nin yerli tərəfdaşı kimi iştirak edir. BYD şirkəti gələcəkdə elektriklə işləyən yüngül yük maşınları və minik avtomobillərinin istehsalını…
Noyabrın 13-də İtaliyanın Baş naziri Giorgia Meloni BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək üçün Azərbaycan Respublikasına səfərə gəlib. GDP xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.
Donald Tramp Florida ştatından olan konqresmen Mayk Uolsu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri təyin edib. GDP xəbər verir ki, Wall Street Journal (WSJ) daha əvvəl belə bir təyinat üçün planlar barədə məlumat vermişdi. İndi seçilmiş prezident bunu özünün “Truth Social” sosial şəbəkəsində təsdiqləyib.
Bu gün baş tutan COP29-un Liderlər Sammitindən görüntülər.
Tesla və SpaceX-in qurucusu İlon Maskın Donald Trumpın seçki kampaniyasına yatırdığı sərmayə gözlənilməz şəkildə yüksək gəlir gətirib. GDP xəbər verir ki, CNBC-nin məlumatına görə, biznesmen kampaniyaya 130 milyon dollar yatırım edib və bu investisiya 540 dəfə gəlir gətirib. Tesla səhmlərinin son günlərdəki 40%-lik artımı nəticəsində Maskın şəxsi sərvəti təxminən 70 milyard dollar artıb. Bu artım onu dünyanın ən varlı ikinci insanı olan Oracle-ın həmtəsisçisi Larri Ellisondan 90 milyard dollar irəli çıxarıb. Hazırda Trampın əsas müttəfiqi sayılan Maskın ümumi aktivləri 320 milyard dollar səviyyəsindədir. Bundan əlavə, Maskın dəstəklədiyi Dogecoin (DOGE) kriptovalyutası son günlərdə 47% artaraq bazar dəyərini 62 milyard dollara çatdırıb.…
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) enerji strategiyasını 2050-ci ilədək yeniləyib və enerji istehlakında səmərəliliyi 45 %-ə qədər artırmağı planlaşdırır. Bunu BƏƏ-nin xarici işlər nazirinin köməkçisi Abdulla Balalaa BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi” adlı tədbirdə deyib. O bildirib ki, BƏƏ enerji sektorunda xalis sıfır hədəfinə nail olmaq üçün əhəmiyyətli irəliləyiş əldə edib: “Biz, həmçinin şəbəkə emissiya əmsalını daha da azaltmağı hədəfləyirik ki, bu da BƏƏ-ni ən aşağı emissiya dərəcəsinə malik ölkələrdən birinə çevirəcək. BƏƏ olaraq, biz təmiz enerji…
Kriptovalyuta bazarının flaqmanı olan Bitcoin 86 min dollar səviyyəsini keçərək son 24 saatda 6.98% artım qeydə alıb. GDP xəbər verir ki, bazarda ən çox diqqəti cəlb edən artım isə İlon Mask ilə əlaqələndirilən Dogecoin kriptovalyutasında müşahidə edilib – 16.32% artımla 0.3217 ABŞ dolları səviyyəsinə yüksəlib. Bazarın ikinci ən böyük kriptovalyutası Ethereum da 3.39% artaraq 3,323 dollar səviyyəsini görüb. Digər əsas kriptovalyutalardan Solana 4.11%, BNB isə 0.01% artım nümayiş etdirib. Ümumilikdə kriptovalyuta bazarının dəyəri 3 trilyon dolları keçməklə yeni bir rekord səviyyəyə çatıb. Bu, kriptovalyutalara olan marağın və institusional investorların bazara olan inamının artdığını göstərir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) birinci vitse-prezidenti Jurgen Rigterink ilə görüşüb. GDP xəbər verir ki, görüşdə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ev sahibliyi, qlobal iqlim fəaliyyətində aktiv iştirakı və EBRD ilə müxtəlif istiqamətlər üzrə uğurlu tərəfdaşlığı qeyd edilib. Bildirilib ki, ölkəmizin sosial-iqtisadi inkişaf hədəflərində yaşıl iqtisadiyyatın təşviqi mühüm yer tutur. Görüş zamanı Bankla yaşıl iqtisadiyyat, bərpa olunan və alternativ enerji mənbələrindən istifadə sahəsində birgə fəaliyyətin gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığının dəstəklənməsi, infrastruktur və digər istiqamətlər üzrə layihələrin icrası məqsədilə atılacaq addımlar müzakirə edilib. Əməkdaşlığın enerji sahəsində aşağı karbonlu həllərə keçid…
Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov San-Tome və Prinsipi Demokratik Respublikasının ətraf mühit naziri Nilda da Mata və planlaşdırma, maliyyə və mavi iqtisadiyyat naziri Qinesio da Mata ilə görüş keçirib. GDP xəbır verir ki, bu barədə Mikayıl Cabbarov rəsmi “Twitter” hesabında məlumat verib. Görüşdə ikitərəfli iqtisadi münasibətlərin inkişafı, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi və dayanıqlı biznes strategiyalarının formalaşdırılmasının əhəmiyyəti müzakirə olunub. Tərəflər iki ölkə arasında kənd təsərrüfatı, sənaye və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını araşdıraraq, iqtisadi əlaqələrin inkişafını təşviq etmək üçün mövcud potensialı nəzərdən keçiriblər. Həmçinin birgə fəaliyyətin prioritetləri üzrə bir sıra təkliflər də irəli sürülüb.
