Author: Aynure Gdp

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin gələcək siyasi kursunun əsas istiqamətlərini açıqlayıb. GDP xəbər verir ki,o, bundan sonra müharibələrin dayandırılacağını vəd edib. “Bizim kursumuz 180 dərəcə dəyişəcək. Biz bunu hər yerdə, bütün sahələrdə edəcəyik və bu, amerikalıların öz ölkələrində nəzarəti yenidən ələ alacağı dövr olacaq”, – deyə Tramp bildirib. Yeni prezident həmçinin Amerikanı “yenidən sağlam edəcəyini” vəd edib. O, vergilərin azaldılacağını və ABŞ-ın Səudiyyə Ərəbistanı və Rusiyadan daha çox neft ehtiyatına malik olduğunu qeyd edib.

Read More

Donald Tramp Floridada tərəfdarları qarşısında çıxış edərək özünü ABŞ prezident seçkilərinin qalibi elan edib. GDP xəbər verir ki, o, çıxışı zamanı Birləşmiş Ştatların “qızıl dövrünü” başlayacağını vəd edib. Tərəfdarları qarşısındakı nitqində Tramp seçkilərdə “heyrətamiz qələbə” qazandığını və bu qələbənin bütün Amerika xalqının maraqlarına xidmət edəcəyini bildirib. Qeyd edək ki, bu açıqlama rəsmi seçki nəticələrinin elan edilməsindən əvvəl səsləndirilib.

Read More

Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurasının yaradılmasına dair mühüm sənəd imzalanıb. GDP-nin məlumatına görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov öz rəsmi sosial şəbəkə hesabında bildirilib ki, imzalanan memorandum qurumlar arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olacaq. Sənəd təşkilata üzv ölkələrin mərkəzi (milli) bankları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcək. Eyni zamanda, memorandum çərçivəsində müxtəlif sahələrdə qurumlar arasında bilik və təcrübə mübadiləsinin təşviqi nəzərdə tutulur.

Read More

Bu gün səhər neft bazarlarında qiymətlər kəskin şəkildə aşağı düşüb. Bazarda ABŞ prezident seçkilərinin ilkin nəticələri və ölkənin neft ehtiyatları barədə qeyri-rəsmi məlumatlar qiymətlərə təsir göstərir. GDP xəbər verir ki, London ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçersləri Bakı vaxtı ilə 09:11-də bir barreli 74,63 dollar təşkil edib ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 0,9 dollar və ya 1,19 faiz azalma deməkdir. Nyu-York Əmtəə Birjasının elektron ticarətində WTI markalı neftin dekabr fyuçersləri 0,81 dollar və ya 1,13 faiz azalaraq bir barreli 71,18 dollar səviyyəsinə düşüb.

Read More

Amerika Birləşmiş Ştatlarında prezident seçkilərinin nəticələri elan edilməzdən əvvəl Kamala Harrislə bağlı kritik hadisələr yaşanır. GDP xəbər verir ki, maliyyə bazarlarında Kamala Harrisin adı ilə bağlı kriptoaktiv (memkoin) son saatlarda kəskin – 75 faiz dəyər itkisinə məruz qalıb. Harris kampaniyasının təşkil etdiyi seçki gecəsi tədbirində gərgin anlar müşahidə olunur. CNN-in tədbirdəki müxbiri vəziyyəti “2020-ci ildən daha çox 2016-cı ilə bənzər” kimi qiymətləndirdikdən sonra kampaniya rəhbərliyi televizorların səsini söndürərək əvəzində musiqi səsləndirməyə başlayıb. Məlumata görə, tədbirdəki iştirakçıların sayı əhəmiyyətli dərəcədə azalıb və ümumi əhval-ruhiyyə pessimist xarakter alıb.

Read More