- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
Author: Aynure Gdp
2025-ci ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 49 milyard 422 milyon 580 min ABŞ dolları təşkil edib. Bu barədə GDP Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir. O cümlədən, 2025-ci ildə idxal əməliyyatları üzrə 24 milyard 379 milyon 730 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 25 milyard 42 milyon 850 min ABŞ dolları ticarət qeydə alınıb, saldo müsbət 663 milyon 119 min ABŞ dolları olub. Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 47 milyard 612 milyon 101 min ABŞ dolları, o cümlədən, idxal əməliyyatlarının cəmi dəyəri 21 milyard 58 milyon 44 min ABŞ dolları, ixrac əməliyyatlarının cəmi…
İcbari Sığorta Bürosu (İSB) Hüquqi Şəxslərin İttifaqı vətəndaşlara və sığorta bazarının iştirakçılarına göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini əsas prioritetlərdən biri kimi müəyyən edib. GDP xəbər verir ki, bu məqsədlə İSB-nin rəsmi internet səhifəsi – www.isb.az təkmilləşdirilmiş formada və yeni dizaynda istifadəyə verilib. Yenilənmiş saytın əsas məqsədi istifadəçilər üçün daha rahat, çevik və funksional platforma yaratmaq, informasiya əlçatanlığını artırmaqdır. Veb səhifə müasir dizayn və təkmilləşdirilmiş struktur əsasında hazırlanıb, istifadəni asanlaşdıran yeni texniki imkanlarla zənginləşdirilib. Naviqasiya sistemi sadələşdirilib, ən çox istifadə olunan bölmələr ön plana çıxarılıb, Azərbaycan və ingilis dillərində istifadə imkanı təmin edilib. Yeni versiyada vətəndaşlar, sığorta şirkətləri və digər maraqlı tərəflər…
Sənəd mövcud əməkdaşlığın uzunmüddətli, strateji çərçivədə davam etdirilməsini, eləcə də beynəlxalq infrastruktur investisiya platforması çərçivəsində Azərbaycanda potensial investisiya imkanlarının araşdırılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “BlackRock”un infrastruktur fondlarına 1,5 milyard ABŞ dollarınadək kapital qoyuluşu imkanlarının nəzərdən keçirəcək, Azərbaycanda regional bulud və süni intellekt tələbatına xidmət edən məlumat mərkəzləri və infrastruktur üzrə potensial investisiya imkanları dəyərləndiriləcək. Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda aktivlərin idarə olunması üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”un baş icraçı direktoru Larri Fink və bu şirkətin tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi…
Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu, saxlanılması, izlənməsi sahələrində dövlət nəzarəti həyata keçiriləcək. Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, işlənməmiş və ya sadəcə yonulmuş, parçalanmış və ya qırılmış və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan qiymətli daşlar emal edilməmiş almazlar hesab ediləcək.
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) 31 dekabr 2024-cü il tarixinə “KPMG Audit Azərbaycan” MMC tərəfindən audit olunmuş və təsdiq edilmiş maliyyə hesabatlarını açıqlayıb. 2024-cü ilin yanvar–dekabr aylarını əhatə edən bu hesabatların 2023-cü ilin göstəriciləri ilə müqayisəli təhlili göstərir ki, ƏSF üçün ötən il kəskin maliyyə dönüşü, xüsusilə də zərərdən yüksək mənfəətə keçid, kompensasiya yükünün azalması və kapitalın güclənməsi ilə xarakterizə olunub. GDP Fondun 2024-cü ilə dair audit olunmuş maliyyə hesabatına istinadla xəbər verir ki, ƏSF 2023-cü ili 70 milyon 369 min 865 manat zərər ilə başa vurduğu halda, 2024-cü ildə 186 milyon 178 min 894 manat xalis mənfəət əldə edib. Beləliklə,…
İnnovasiya lideri Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı ilə gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləyən yeni təqaüd proqramı yaradılıb. Təqaüd proqramının təqdimatı çərçivəsində Bakcell-in baş direktoru Klaus Müller və Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev arasında Tərəfdaşlıq haqqında Anlaşma Bəyanatı imzalanıb. Tədbirdə müxtəlif dövlət qurumları və gənclər təşkilatlarının nümayəndələri də daxil olmaqla, 300-dən çox qonaq iştirak edib. Təqaüd proqramı gənclər arasında innovativ düşüncə tərzinin formalaşdırılmasını və süni intellekt əsaslı texnologiyalarla işləmə bacarıqlarının artırılmasını hədəfləyir. Proqram çərçivəsində təqaüd haqqı qazanmış gənclər süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn kimi gələcəyin…
AFB Bankın xalis mənfəəti 6,4% artsa da,faiz xərcləri 1,2 milyon manat çoxalıb-2025-ci ilin hesabatı
AFB Bankın 2025-ci il yekun maliyyə nəticələrinin təhlili göstərir ki, bank balans miqyasını və kredit portfelini sürətlə böyütsə də, faiz marjasının zəifləməsi və əməliyyat xərclərinin artması fonunda mənfəət artımı əsasən ehtiyatlar xəttindəki müsbət effekt hesabına formalaşıb. GDP xəbər verir ki,AFB Bankın 2025-ci ildə dövr üzrə xalis mənfəəti 2 milyon 263 min manat təşkil edib ki, bu da 2024-cü ildə qeydə alınmış 2 milyon 127 min manatlıq göstərici ilə müqayisədə 136 min manat və ya 6,4% artım deməkdir. Xalis mənfəətdə bu müsbət dinamika bankın əsas əməliyyat gəlirlərinin sabit qalmasından çox, risk və ehtiyat xərclərinin azalması ilə bağlı olub. Faiz gəlirlərinə nəzər…
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Mastercard şirkətinin sədr müavini və Strateji inkişaf üzrə prezidenti Con Hantsmann rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. GDP Mərkəzi Banka istinadla xəbər verir ki,görüşdə ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsi, rəqəmsal maliyyə infrastrukturunun gücləndirilməsi və ödəniş sistemlərinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən təşəbbüslər ətrafında müzakirələr aparılıb. Tərəflər, həmçinin Azərbaycan Mərkəzi Bankı ilə Mastercard arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluqlarını ifadə ediblər. Görüş çərçivəsində 2026–2029-cu illəri əhatə edən strateji əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb və gələcək birgə təşəbbüslərin prioritetləri müzakirə olunub.
30 dekabr 2025-ci il tarixindən etibarən “PAŞA Holding”in yeni törəmə şirkəti olan “PAŞA Maliyyə Holding” fəaliyyətə başlayıb. GDP xəbər verir ki, “PAŞA Maliyyə Holding”in əsas məqsədi “PAŞA Holding”ə daxil olan maliyyə şirkətlərini, eləcə də bankçılıq, sığorta, fintek, e-ticarət sahələrindəki investisiya portfelini mərkəzləşdirilmiş şəkildə idarə etməkdir. Belə ki, hazırda “PAŞA Maliyyə Holding”in birbaşa tabeliyində “PAŞA Bank Azərbaycan”, “PAŞA Bank Gürcüstan”, “PAŞA Bank Türkiyə”, “Bir” ekosistemi (Kapital Bank, Competo və PashaPay), “PAŞA Sığorta”, “PAŞA Həyat” və “PAŞA Technology” şirkətləri fəaliyyət göstərir. “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov yeni strukturlaşma ilə bağlı bildirib: “PAŞA Maliyyə Holding-in yaradılması maliyyə və əlaqəli aktivlərimizin daha çevik, fokuslanmış və uzunmüddətli dəyər yaradan…
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 2025-ci ilin yanvar–dekabr dövrü üzrə nəticələrini açıqlayıb və 2024-lə müqayisə göstərir ki, bank miqyasını böyütsə də, mənfəətlilik xəttində resursun bahalaşması və risk yükünün sərtləşməsi fonunda zəifləmə yaşanıb. GDP xəbər verir ki, 2024-cü ildə “PAŞA Bank” ın xalis mənfəəti 210 milyon 538 min manat olduğu halda, 2025-ci ildə 148 milyon 896 min manat təşkil edib və beləliklə xalis mənfəət 61 642 min manat və ya 29.27% azalıb 210 milyon 538 min manatdan 148 milyon 896 min manata qədər enib. Bu azalma “PAŞA Bank”da gəlirin ümumən artmamasından çox, xərclərin və riskin daha sürətlə böyüməsi fonunda baş…
