- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Əliyar Məmmədyarov: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb”
- Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
Author: Aynure Gdp
Sahibkarlığın inkişafına daim dəstək göstərən “Rabitəbank” ASC Sahibkarlar Gününün təsis edilməsinin 10 illiyi münasibətilə mikrokreditlər üzrə xüsusi kampaniyaya start verib. Kampaniya çərçivəsində sahibkarlara daha sərfəli maliyyə imkanları təqdim olunur. Yeni kampaniya mikro və kiçik sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını asanlaşdırmaq, bizneslərin inkişafını dəstəkləmək və onların fəaliyyətinə əlavə stimul vermək məqsədi daşıyır. Kampaniya müddətində sahibkarlar mikrokredit məhsullarından xüsusi güzəştli şərtlərlə yararlana biləcəklər. Kampaniya çərçivəsində sahibkarlar üçün; Kredit faizlərinə 10% endirim Komissiya məbləğinə 10% endirim Kredit müddətinə 10% əlavə imkanı Kampaniya biznesin dövriyyə ehtiyaclarının qarşılanması, mövcud fəaliyyətin genişləndirilməsi və yeni imkanların reallaşdırılması baxımından sahibkarlar üçün əlavə üstünlüklər yaradır. Rabitəbankın mikrokredit məhsulları sahibkarların…
23 apreldə qeyri-formal və informal təhsilin tanınması(QFİTT) istiqamətində “Norm” ASC və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tərəfdaşlığı ilə Norm Ustalar Klubunun üzvü olan 30 usta sertifikasiya imtahanına cəlb olunub. “Norm” ASC tərəfindən təşkil olunan 1 aylıq intensiv təlim proqramını uğurla başa vurmuş iştirakçılar QFİTT çərçivəsində TKTA tərəfindən “İnşaat ustası” peşə ixtisası üzrə qiymətləndirmənin birinci mərhələsində – nəzəri imtahanda iştirak ediblər. Nəzəri mərhələni uğurla tamamlayan namizədlərin qiymətləndirmənin ikinci mərhələsinə – praktik imtahana cəlb olunması nəzərdə tutulur. Bu təşəbbüs QFİTT istiqamətində hər iki qurumun birgə həyata keçirdiyi ikinci layihədir. 2024-cü ildə icra edilmiş ilk layihədə nəzəri imtahandan müvəffəqiyyətlə keçərək praktik mərhələdə iştirak…
Avropa İttifaqı (Aİ) aprelin 23-də qəbul etdiyi qərarla Azərbaycana məxsus beş gəmini sanksiya siyahısından çıxarıb. GDP xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb. Qurumdan bildirilib ki, Aİ Şurasının qərarına əsasən, ASCO-ya məxsus “Zaqatala” gəmisi, habelə ASCO və SOCAR-ın birgə müəssisəsinə məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” gəmilərinə tətbiq edilmiş məhdudiyyətlər tamamilə ləğv edilib. “Avropa İttifaqı Şurasının 23 aprel 2026-cı il tarixli qərarı ilə həmin gəmilər sanksiya siyahısından çıxarılıb”, – deyə ASCO-nun açıqlamasında qeyd olunur. Xatırladaq ki, həmin gəmilər Avropa İttifaqı tərəfindən müxtəlif vaxtlarda tətbiq edilmiş sanksiya rejimləri çərçivəsində siyahıya salınmışdı. Qərarın hansı əsaslarla qəbul…
Aprelin ortalarından başlayaraq Azərbaycanda tütün əkinlərinin dövlət dəstəkli aqrar sığortası üzrə müqavilələrin imzalanmasına start verilib. Sığorta kampaniyası may ayının sonunadək davam edəcək. Aqrar Sığorta Fondunun (ASF) məlumatına görə, ölkədə 3,2 min hektar ərazidə tütün becərilir. Bunun 2,6 min hektarı ailə, fermer və kəndli təsərrüfatlarının payına düşür. Tütün sahələrindən hər il 8 min tondan artıq məhsul yığılır. Tütün əkinləri əsasən 9 rayonda cəmləşib. Ən geniş sahələr Şəki-Zaqatala regionunda yerləşir: Şəki rayonunda 1805 hektar, Qaxda 474 hektar, Zaqatalada 403 hektar, Oğuzda 177 hektar, Balakəndə 43 hektar, Qəbələdə isə 10 hektar. Digər bölgələrdən Goranboyda 180 hektar, Naxçıvan MR-ın Kəngərli rayonunda 20 hektar, Masallıda…
Bu gün qobal maliyyə bazarlarında qiymətlər istiqamətli dəyişikliklər nümayiş etdirir. Kriptovalyuta bazarında Bitcoin ABŞ dollarına nisbətən kəskin yüksəliş qeydə alınıb, səhm indekslərinin fyuçersləri isə əksər regionlarda enişə məruz qalıb. Valyuta və kriptovalyuta bazarı Bitcoin-in ABŞ dollarına qarşı məzənnəsi (BTC/USD) 77 619.0 dollar səviyyəsində formalaşıb. Bu göstərici əvvəlki dövrlə müqayisədə 59.0 faiz artım deməkdir. ABŞ dolları indeksi isə 98.70 bənd təşkil edərək cəmi 0.08 faiz yüksəlib. Səhm indekslərinin fyuçersləri Asiya bazarlarında ciddi eniş müşahidə edilir: · Şanxay indeksi 4 073.71 bəndə düşüb – dəyişmə 32.54 bənd mənfi · Honq Konq fyuçersləri 25 886.5 bəndə geriləyib – 285.0 bənd azalma · Nikkei…
Belarus Mərkəzi Bankı ölkədə kriptovalyuta ilə əməliyyatlara icazə verən bank siyahısını təsdiq edib. GDP xəbər verir ki, siyahıya BTC, ETH, TON, SOL və əsas stabilkoinlər daxildir. Leqallaşdırılan əməliyyatlar sırasında kripto depozitlər, girovlu kreditlər, steykinq, öz tokenlərinin buraxılması, mübadilə və saxlanma xidmətləri var. Rəsmi açıqlamada əməliyyat siyahısının gələcəkdə genişlənməsi ehtimalı da “bürokratik çeviklik” kimi qeyd olunub. Ekspertlər addımı Belarusun beynəlxalq reputasiyasını yaxşılaşdırmaq cəhdi kimi dəyərləndirsələr də, cəmi 26 sikkə ilə tənzimləmənin real bazar tələblərindən geri qaldığını vurğulayırlar. “Bu, kriptotrendi mahiyyətini dərk etmədən mənimsəmək cəhdidir” – deyə bəzi müşahidəçilər bildirir. Rəsmi Kredit-Maliyyə Qurumu hələlik təminat mexanizmləri ilə bağlı ətraflı məlumat yaymayıb.
Texnologiya nəhəngi IBM, 1-ci rüb üzrə maliyyə nəticələrini açıqlayıb. GDP xəbər verir ki,şirkətin rüblük gəliri 15.92 milyard dollar təşkil edərək analitiklərin 15.67 milyard dollarlıq proqnozunu üstələyib. Həmçinin, əməliyyat EPS (1 səhm üçün mənfəət) göstəricisi proqnozlaşdırılan 1.81 dolları keçərək 1.91 dollar olub. Bu nəticələr şirkətin gözləniləndən daha güclü performans göstərdiyini ortaya qoyur.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış “Qızıl viza” proqramı üzrə ilk namizəd təsdiqlənib. GDP xəbər verir ki, bunu ABŞ-ın ticarət naziri Hovard Lutnik açıqlayıb. Nazirin sözlərinə görə, hazırda bir neçə yüz namizəd isə zəruri prosedurlardan keçir. Qeyd edilib ki, vizanın özü üçün tələb olunan 1 milyon dollardan əlavə, sənədlərin rəsmiləşdirilməsi rüsumu 15 min dollar təşkil edir.“Qızıl vizalar” ölkəyə varlı əcnəbi investorları cəlb etmək məqsədi daşıyır. Proqram çərçivəsində üç variant təklif olunur: Standart “Qızıl viza” – 1 milyon dollar, “Platin” viza – 5 milyon dollar, Korporativ viza – 2 milyon dollar. Xatırladaq ki, bu proqram ənənəvi investor vizalarını əvəz…
Bu mərhələdə bank investorlara hər biri 5 milyon manat həcmində olmaqla iki növ istiqraz təklif edir. Bir illik istiqrazlar üzrə illik gəlirlilik 9%, 2 illik istiqrazlar üzrə isə 10% olaraq müəyyən edilib. Hər iki istiqraz növü üzrə faiz ödənişləri rüblük həyata keçiriləcək. GDP xəbər verir ki, investorların sifarişlərini yerləşdirməsi üçün nəzərdə tutulan müddət 2 həftədir. Bu müddət həm fərdi, həm də institusional investorlara qərar vermək üçün kifayət qədər çevik imkan yaradır. Bankın açıqladığı ilkin cədvələ əsasən, istiqraz emissiyaları il ərzində bir neçə mərhələdə davam edəcək. 27 apreldə başlayan ikinci mərhələdən sonra üçüncü mərhələ may ayında, dördüncü mərhələ iyun ayında, beşinci…
2026-cı ilin 1-ci rübü ərzində ARDNF-nin neft-qaz gəlirlərinin 1 803,1 milyon manatının 1 802,7 milyon manatı – yəni 99,98%-i — birbaşa mənfəət nefti və qazının satışından əldə edilmişdir. Bonus ödənişləri və tranzit gəlirləri cəmi 0,4 milyon manat təşkil etmiş, bu da həmin mənbələrin hazırkı dövrdə marginal rol oynadığını göstərir. Neft yataqları üzrə bölgüdə AÇG bloku 1 400,5 milyon manat ilə ümumi neft-qaz gəlirlərinin 77,7%-ni təmin etmişdir. Şahdəniz yatağı isə qaz və kondensat üzrə 359,6 milyon manat — yəni 19,9% — pay tutmuşdur. Bu nisbət ARDNF gəlirlərinin hələ də əsasən AÇG-yə bağlı olduğunu, Şahdənizin isə ikinci, lakin əhəmiyyətli mənbə rolunu qoruduğunu…
