- Sadiq Axundov Azərbaycan Mərkəzi Bankına baş direktor təyin edilib
- Mərkəzi Bank valyuta bazarına müdaxilə etdiyini açıqladı – Valyuta ehtiyatları 12.7 mlrd.dollara çatdı
- Rabitəbank mikro və KOB subyektlərinin maliyyələşdirilməsi üçün “Enabling Qapital”-dan 7 milyon abş dollari vəsait cəlb edib
- Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələri
- Hüquqi şəxslərin depozitləri 7% azalıb, fiziki şəxslərin əmanətləri 12,5% artıb
- Avropa Mərkəzi Bankı (AMB) əsas faiz dərəcələrini dəyişməyib
- Mərkəzi Bank NGFS-ə tamhüquqlu üzv qəbul edildi
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Author: Aynure Gdp
Birləşmiş Ərəb Əmirlikləri İran vətəndaşlarının Dubay vasitəsilə ölkəyə girişini və tranzitini qadağan edib. GDP xəbər vertir ki,Aviaşirkətin yaydığı məlumata əsasən, qərar dərhal qüvvəyə minib. Direktivə əsasən, İran pasportu sahiblərinə Dubaydan nə giriş, nə də tranzit keçid icazə verilmir. Qadağanın hansı müddətə və hansı səbəbdən tətbiq edildiyi barədə hələlik rəsmi açıqlama verilməyib. Qərarın minlərlə iranlı sərnişinə, o cümlədən Dubaydan üçüncü ölkələrə uçmalı olan tranzit sərnişinlərə təsir göstərəcəyi gözlənilir.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ABŞ və İsrailin İrana qarşı mümkün hərbi əməliyyatının Yaxın Şərq ölkələrinin iqtisadiyyatına ağır zərbə vuracağını açıqlayıb. GDP xəbər verir ki, təşkilatın hesabatına görə, belə bir ssenari regional ölkələrin ümumi ÜDM-in 3,7-6%-nin itkisinə, yəni 120-194 milyard dollar həcmində iqtisadi ziyana səbəb ola bilər. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı xəbərdarlıq edir ki, münaqişənin genişlənməsi nəticəsində regionda 4 milyona qədər insan yoxsulluq həddinin altına düşə bilər. Eyni zamanda, Şərqi Aralıq dənizi ölkələrində yoxsulluq səviyyəsinin 5% artacağı, bununla da əlavə 2,85-3,3 milyon insanın yoxsulluq içində yaşamağa məcbur olacağı proqnozlaşdırılır. BMT-nin qurumu regionda artan gərginliyin təkcə hərbi deyil, həm də…
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) mart ayı üzrə hasilat göstəriciləri açıqlanıb. Təşkilatın məlumatına görə, mart ayında neft hasilatı fevral ayı ilə müqayisədə gündəlik 7,3 milyon barrel azalıb. Bu, 2020-ci ilin yayından bəri qeydə alınan ən aşağı səviyyədir. Azalma qlobal enerji bazarlarında təklif və qiymət dinamikasına təsir edə biləcək amillərdən biri kimi dəyərləndirilir. OPEC-in növbəti aylarda hasilat siyasəti ilə bağlı atacağı addımlar beynəlxalq neft bazarında diqqət mərkəzində qalır.
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti üçün geniş dəstək mexanizmləri təqdim olunur GDP xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən şəxslər üçün dövlət dəstəyi tədbirləri davam etdirilir. İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bölgədəki xidmət şəbəkəsi vasitəsilə sahibkarlara müxtəlif istiqamətlərdə peşəkar xidmətlər təqdim edir. KOBİA-nın regional xidmət məntəqələrinə müraciət edən sahibkarlar regionun iqtisadi potensialı və investisiya imkanları haqqında ətraflı məlumat ala, dövlət tərəfindən tətbiq edilən vergi azadolmaları və digər güzəşt mexanizmləri barədə məlumatlandırıla bilərlər. Bundan əlavə, agentlik biznesə başlamaq istəyənlər üçün peşəkar məsləhət xidmətləri göstərir, dövlət qurumları ilə əlaqələrin…
Fərid Baxşıyev Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru təyin edilib. GDP xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. 1977-ci ildə anadan olan Fərid Baxşıyev ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə olunması üzrə bakalavr və biznes inzibatçılığı üzrə magistr dərəcələri üzrə başa vurub. O, həmçinin Böyük Britaniyanın nüfuzlu Redinq Universitetində inkişafın maliyyələşdirilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Peşəkar fəaliyyətinə 1998-ci ildə Maliyyə Nazirliyinin Xarici iqtisadi əlaqələr və xarici borcların idarə olunması departamentində baş iqtisadçı kimi başlayan F.Baxşıyev, sonrakı illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında Beynəlxalq əlaqələr şöbəsinin direktoru, Dünya Bankında ölkə üzrə iqtisadçı və “Azərbaycan Dəmir Yolları”…
Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti artıb. GDP xəbər verir ki, son məlumata görə, Azərbaycan neftinin bir barelinin qiyməti 3,81 ABŞ dolları və ya 3,07% bahalaşaraq 128,05 ABŞ dollarına çatıb. Bundan əvvəl “Azeri Light” neftinin qiyməti 124,24 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan nefti sonuncu dəfə bu səviyyəyə yaxın qiymətlərdə 2022-ci ilin iyun ayında ticarət olunub. Həmin dövrdə qlobal enerji bazarlarında baş verən kəskin artım fonunda “Azeri Light” neftinin qiyməti 130 ABŞ dollarını da ötüb .
Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə kosmos sahəsində əməkdaşlığın hüquqi bazasını yaradacaq sazişin imzalanmasına hazırlaşır. GDP xəbər verir ki, bu barədə TDT-nin kosmos sahəsində səlahiyyətli orqan rəhbərlərinin növbəti görüşündə məlumat verilib. Görüş iştirakçıları vurğulayıblar ki, sənəd təşkilata üzv dövlətlər arasında kosmik fəaliyyətdə qarşılıqlı fəaliyyətin hüquqi çərçivəsini təmin edəcək. Eyni zamanda, tərəflər kosmos sahəsində uzunmüddətli əməkdaşlıq strategiyasını birgə hazırlayırlar. Strategiyada peyk texnologiyaları, kosmik monitorinq, tədqiqat və kadr hazırlığı kimi istiqamətlərin əhatə olunması gözlənilir.
Bitcoin 67.666 ABŞ dolları səviyyəsindədir və 488 dollar, yəni təxminən 0,73% artıb. ABŞ dolları indeksi 100,46 bəndindədir və 0,03% azalıb. GDP xəbər verir ki, Şanxay birjası 3908,28-də 15,00 bənd, təxminən 0,38% dəyişib. Honq Konq futurları 24620,5-də 72,5 bənd, təxminən 0,29%, Yaponiya Nikkei 225 futurları isə 51382,5-də 252,5 bənd, təxminən 0,49% artıb. Avro Stoxx 50 futurları 5480,0-də 20,0 bənd, təxminən 0,37%, S&P 500 futurları isə 6443,00-də 54,75 bənd, təxminən 0,86% artıb. Enerji və əmtəə bazarlarında: Brent nefti 107,45 dollar/barel, 0,06% artıb; təbii qaz 2839-da 0,04% cüzi azalıb. ABŞ 10 illik dövlət istiqrazları futurları 110,89-da 0,08 bənd, təxminən 0,07% dəyişib. Qiymətli metallardan…
ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauell ölkənin dövlət borcunun hazırkı vəziyyətini “dözülməz” adlandıraraq ciddi xəbərdarlıq edib. GDP xəbər verir ki, onun sözlərinə görə, borcun artım temp iqtisadi inkişafı xeyli qabaqlayır və bu tendensiya davam edərsə, nəticələr fəlakətli ola bilər. Pauell vurğulayıb ki, Amerika Birləşmiş Ştatları öz borcunu tamamilə sıfırlamalı deyil, lakin büdcə tarazlığının təmin edilməsi və iqtisadiyyatın borclanma tempindən daha sürətli böyüməsi vacib şərtdir. Əks halda, yaxın vaxtlarda qəti addımlar atılmasa, vəziyyət “pis son”la nəticələnəcək. Bu açıqlama ABŞ Maliyyə Nazirliyinin mart ayında dərc etdiyi məlumatlardan sonra verilib. Həmin hesabata əsasən, ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə 39 trilyon…
Aviasiya yanacağının qiymətləri Avropada bir neçə həftə ərzində 100%-dən çox artıb. Bu həftə Böyük Britaniya Yaxın Şərqdən aviasiya yanacağı daşıyan son tanker gəmisini alacaq. GDP xəbər verir ki, BVF xəbərdarlıq edir ki, Yaxın Şərqdəki münaqişə bir çox ölkələrin iqtisadi perspektivlərini pisləşdirir. İrana qarşı əməliyyat Avropada qaz böhranı təhlükəsini yenidən canlandırıb. İranla müharibə inflyasiyanın artımını sürətləndirir və dünya iqtisadi artımını ləngidir. İnkişaf etməkdə olan ölkələr ərzaq məhsullarının bahalaşması ilə üzləşirlər. Yaxın Şərq, Afrika, Asiya-Sakit Okean regionu və Latın Amerikası münaqişə səbəbindən ərzaq və gübrə qiymətlərinin artımını hiss edir.
