Close Menu
    What's Hot

    ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

    10 Sentyabr 2026

    “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

    10 Sentyabr 2026

    İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

    10 Sentyabr 2026
    Trending
    • ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub
    • “Unibank”ın sədr müavini vəzifədən ayrılıb
    • İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
    • Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib
    • FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər
    • Azərbaycanla Dünya Bankı arasında 53 layihəyə 4,9 milyard dollar ayrılıb- Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
    • Şəxsi baqaj üçün gömrük bəyannaməsi qaydaları yeniləndi, yeni qayda 30 gündən sonra qüvvəyə minəcək
    • Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

      10 Sentyabr 2026
      Recent

      ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

      10 Sentyabr 2026

      “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

      10 Sentyabr 2026

      FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

      09 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital”da yeni təyinat

      07 Sentyabr 2026

      Azərbaycan kapital bazarında yeni dinamika: Bakı Fond Birjasının dövriyyəsi azalıb, əqd sayı artıb

      07 Sentyabr 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Neft İran və ABŞ arasında gərginlik fonunda bahalaşmaqda davam edir

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026
      Recent

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026

      Dövlət təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 481 milyon manat daxil olub

      08 Sentyabr 2026

      Dövlət əmlakı üzrə büdcə daxilolmaları proqnozu 23,8 faiz üstələyib

      08 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » AccessBank Azərbaycanın Baş Biznes İnzibatçısı Renat Hümbətov: “Mərkəzi Bankın tənzimləmələri banklar arasında bərabər rəqabət mühiti yaradıb,-bank sektorunun iqtisadi şoklara davamlığı artıb”
    Bank

    AccessBank Azərbaycanın Baş Biznes İnzibatçısı Renat Hümbətov: “Mərkəzi Bankın tənzimləmələri banklar arasında bərabər rəqabət mühiti yaradıb,-bank sektorunun iqtisadi şoklara davamlığı artıb”

    22 Aprel 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    AccessBank Azərbaycanın İdarə Heyətinin üzvü, Baş Biznes İnzibatçısı Renat Hümbətov bank sektoru, banklararası bazar və Mərkəzi Bankın son tənzimləmə addımları barədə GDP.AZ-a müsahibə verib.

    Renat Hümbətov banklararası bazarın əhəmiyyətindən, Mərkəzi Bankın tənzimləmə siyasətindən və bank sektorunun dayanıqlığından danışıb. O, bildirib ki,Mərkəzi Bank tərəfindən təşkil edilən banklararası bazar bank sektoru üçün son dərəcə əhəmiyyətli bir mexanizmdir. “Biz banklararası bazardan həm vəsait alırıq, həm də vəsait yerləşdiririk. Kreditləşmə aktivliyi azaldıqda əlimizdə toplanan pulu müvəqqəti olaraq bazarda yerləşdiririk, ehtiyac yarandıqda isə oradan vəsait cəlb edirik,” -deyə o bildirib.

    Hümbətov vurğulayıb ki, banklararası bazardan alınan vəsaitlər uzunmüddətli xarakter daşımır və daha çox likvidliyin effektiv idarə olunması  məqsədilə istifadə olunur: “Bu vəsaitləri 24 və ya 36 aylıq kreditə yönəltmək mümkün deyil. Onlar qısamüddətli likvidlik problemlərini həll etmək üçün nəzərdə tutulub.”

    Mərkəzi Bankın tənzimləmə qərarları bərabər şərait formalaşdırıb

    2024-cü ilin sentyabrından etibarən Mərkəzi Bankın həyata keçirdiyi yeni tənzimləmə siyasətini AccessBank-ın üst rəhbərliyi müsbət dəyərləndirir. Hümbətovun fikrincə, bu addımlar bütün banklar üçün bərabər rəqabət mühiti yaradıb.

    “Əvvəllər cəlb edilən vəsaitin maya dəyəri banklarda kəskin fərqlənirdi . Bu fərq kreditin satış qiymətini birbaşa müəyyənləşdirirdi. Maya dəyəri aşağı olan bank daha ucuz kredit təklif edə bilirdi. Mərkəzi Bankın son qərarları bu  məqamı aradan qaldırdı. Hazırda banklar arasında rəqabət daha hiss olunandır . Bu da öz növbəsində müştərinin cəlb olunmasında  faizın daha münasib, xidmət keyfiyyətinin daha yüksək və bank məsullarının daha əlçatan olunmasına gətirib çıxarır” deyə Hümbətov əlavə edib.

    Bank sektoru iqtisadi şoklara davamlıdır

    Hümbətov onu da qeyd edib ki, keçmiş devalvasiya böhranından əldə edilən təcrübə bank sektorunun dayanıqlığını əhəmiyyətli dərəcədə artırıb: “Bugün elə bir iqtisadi şok ola bilməz ki, bank sektoru ona hazır olmasın. Banklar üçün çətin anlar yaşana bilər, lakin dayanıqlıq kifayət qədər güclənib.”

     Xarici mənbələrdən vəsait cəlbi daha sərfəlidir

    Baş Biznes İnzibatçısı bankların xarici mənbələrdən vəsait cəlb etməyə üstünlük verməsinin əsas səbəblərini də izah edib. Onun sözlərinə görə, filial şəbəkəsi vasitəsilə pərakəndə depozit toplamaq böyük əməliyyat xərclərini əhatə edir: əmək haqqı, filial saxlama xərcləri və s. Buna qarşılıq, institutsional mənbədən toplu vəsait cəlbi daha sadə və idarəolunandır.

    “Kredit xətti üzrə alınan vəsaitin ödəniş cədvəli müəyyəndir, biz onu rahatlıqla planlaşdıra bilirik. Pərakəndə depozitlər isə müştərinin istənilən vaxt bağlaya biləcəyi öhdəliklərdir. Buna görə də həmin portfel üzrə daha yüksək likvidlik ehtiyatı saxlamaq məcburiyyətindəyik,” — deyə Hümbətov bildirib.

    Mənfəətin idarəedilməsi

    Sonda Hümbətov bankın mənfəətinə təsir edən amilləri sadalayıb: gəlirin azalması, vəsaitin maya dəyərinin artması, əmək haqqı və inzibati xərclər, ehtiyatlar və vergi yükü. Onun fikrincə, bu amillərin hamısını eyni vaxtda idarə etmək zəruridir.

    “Biz marjamızı qorumağa çalışırıq, çünki bank kommersiya təşkilatıdır. Lakin bəzən şərait bizi marjanı bir qədər aşağı salmağa məcbur edir. Maya dəyəri artarsa, ya xərcləri azaltmalısan, ya ehtiyatların keyfiyyətini yaxşılaşdırmalısan, ya da hər ikisini eyni vaxtda etməlisən. Banklar da elə bunu etməyə çalışır,” — deyə o qeyd edib.

     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

    10 Sentyabr 2026

    “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

    10 Sentyabr 2026

    FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

    09 Sentyabr 2026

    Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb

    09 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.