Author: Aynure Gdp

“Morgan Stanley” analitikləri süni intellekt (AI) sənayesində formalaşan təhlükəli kapital dövriyyəsi modelinə diqqəti cəlb edib. GDP xəbər verir ki, bankın hesabatında qeyd olunur ki, “OpenAI” ətrafında cəmlənən investisiya dairəsi real gəlirlərdən çox, qarşılıqlı öhdəliklər hesabına böyüyür və bu, genişmiqyaslı sistemli risk yaradır. Hesabata görə, “Microsoft”un “OpenAI”-yə qoyduğu 13 milyard dollarlıq sərmayə, şirkətin bulud xidmətlərinə 250 milyard dollaradək xərcləmə öhdəliyi ilə müşayiət olunub. Eyni zamanda, “Oracle” 300 milyard dollarlıq saziş çərçivəsində əldə etdiyi vəsaiti “Nvidia” çiplərinə yönəldir. “Nvidia” isə “OpenAI”-yə sərmayə qoyur, “OpenAI” isə həmin qrafik prosessorlarını satın alır. Bundan əlavə, “Amazon” 50 milyard dollarlıq yatırım ayırır, “OpenAI” isə “AWS” platformasına…

Read More

Son hesabatlar göstərir ki, İranla bağlı hərbi münaqişə dünya bazarlarının ümumi dəyərini 12 trilyon dollar azaldıb. GDP xəbər verir ki, bu rəqəm Almaniya, Yaponiya və Böyük Britaniya iqtisadiyyatlarının cəmindən də çoxdur. Ekspertlər qeyd edir ki, geosiyasi gərginlik, neft qiymətlərindəki kəskin dalğalanmalar və tədarük zəncirlərində yaranan fasilələr qlobal iqtisadiyyata ağır zərbə vurub. İtkilər əsasən enerji bazarları, sərmayə axını və beynəlxalq ticarət mexanizmlərində özünü göstərib.

Read More

Son məlumatlara görə, bazarlarda qarışıq bir mənzərə müşahidə olunur. GDP xəbər verir ki,Bitcoin-in dəyəri 68.833 dollar səviyyəsindədir və 2 min dollardan çox ucuzlaşıb. ABŞ dollar indeksi isə 99.86 səviyyəsinə enib. Asiya bazarlarında Şanxay indeksi 3.899,12 bəndə yüksələrək 10 bənd artıb. Honq Konq, Nikkei 225 və Euro Stoxx 50 gələcək müqavilələri də müsbət istiqamətdə hərəkət edir. S&P 500 gələcək müqaviləsi də 24 bəndlik artımla diqqəti cəlb edir. Enerji bazarlarında Brent neftin qiyməti 100,94 dollar səviyyəsindədir və bir qədər geriləmə müşahidə olunur.Təbii qazda kiçik bir artım, ABŞ 10 illik dövlət istiqrazlarının gələcək müqavilələrində isə cüzi eniş var. Qızıl 4.462,55 dollar səviyyəsinə yüksələrək…

Read More

Trampın imzası ilk dəfə iyunda 100 dollarlıq əskinaslarda görünəcək GDP xəbər verir ki ,ABŞ Maliyyə Nazirliyi illərlə davam edən ənənələrə zidd olaraq, Trampın imzası ilə ilk 100 dollarlıq əskinasların buraxılışına iyun ayında başlayacaq. Bu barədə Reuters agentliyi nazirliyin açıqlamasına istinadən məlumat yayıb. KİV-in qeyd etdiyinə görə, ABŞ xəzinədarının imzası olmayan əskinasların buraxılışı 165 il ərzində pozulmadan qorunan ənənəyə son qoyacaq və bu, görünməmiş addım olacaq.

Read More

Son məlumatlara əsasən, BTC/USD cütlüyü 68.833 dollar səviyyəsində qərarlaşıb və 2.027 dollarlıq azalma ilə dəyər itirib. GDP xəbər verir ki, eyni dövrdə ABŞ dolları indeksi cüzi 0,08% azalaraq 99,86 səviyyəsində olub. Çinin Şanxay indeksi isə 10,04% yüksəlişlə 3.899,12 bəndə çatıb, bu da Çin bazarında güclü bir yüksəlişin yaşandığını göstərir. Asiya bazarlarına nəzər salsaq, Hanq Senq fyüçersləri 214 bənd artaraq 24.979,0-a, Nikkei 225 fyüçersləri isə 717,5 bənd yüksələrək 53.120,0-a qalxıb. Avropa tərəfində də Euro Stoxx 50 fyüçersləri 27,0 bənd artımla 5.519,0-a, S&P 500 fyüçersləri isə 24,00 bəndlik yüksəlişlə 6.549,00-a çatıb. Enerji bazarında Brent neftin qiyməti 0,95 dollar azalaraq 100,94 dollar olub,…

Read More

1973-cü ilin 26 mart tarixində Susan Şou London Fond Birjasının polad qapılarından içəri addımlayanda, o, sadəcə bir broker kimi deyil, 172 illik kişi hegemonluğunu qıran bir pioner kimi tarixə düşdü. Lakin bu qələbə nə asan qazanılmışdı, nə də sistemli bərabərsizliyin sonu idi. Bu gün, həmin hadisədən 53 il keçməsinə baxmayaraq, Londonun maliyyə mərkəzi olan “Siti” (The City) hələ də keçmişin kölgələrindən tam xilas ola bilməyib. 1950–60-cı illərdə qadınların birjaya daxil olmaq cəhdləri qarşısında irəli sürülən “texniki infrastruktur çatışmazlığı”- yəni qadın tualetlərinin olmaması- əslində sistemli diskriminasiyanın utancverici bir «səbəbi» idi. Bu arqument o dövrün idarəçiləri tərəfindən ciddi bir hüquqi əsas kimi…

Read More

OPEK-in Beynəlxalq İnkişaf Fondu infrastrukturun inkişafı və kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışının genişləndirilməsi məqsədilə Azərbaycana 110 milyon ABŞ dollarından çox vəsait ayırıb. Bu barədə fondun məlumatında bildirilir. Qərar təşkilatın İdarə Heyətinin 195-ci iclasında, Afrika, Asiya, Latın Amerikası və Karib hövzəsi, eləcə də Avropa ölkələrində inkişaf layihələrinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş 890 milyon ABŞ dolları məbləğində daha geniş maliyyə paketi çərçivəsində qəbul olunub. Dövlət sektoru üzrə Azərbaycana Sumqayıtda günə 100 min kubmetr gücündə çirkab sularının təmizlənməsi qurğusunun tikintisi layihəsinin həyata keçirilməsi üçün 90,4 milyon ABŞ dolları məbləğində kredit veriləcək. Gözlənilir ki, layihə ən azı 427 min nəfər üçün…

Read More

Neft cümə axşamı səhər qiymət qazanır, öncəki gün itirdiyi mövqelərini bərpa edir. GDP xəbər verir ki,Londondakı ICE Futures birjasında may ayı üzrə Brent markalı neftin fyüçerslərinin qiyməti Bakı vaxtı ilə saat 8:06-a olan məlumata görə 1,85 dollar və ya 1,81% artaraq barel üçün 104,07 dollar təşkil edir. Nyu-York Əmtəə Birjasının elektron ticarətində may ayı üzrə WTI markalı neftin fyüçersləri isə bu vaxtadək 1,73 dollar bə ya 1,92% bahalaşaraq barel üçün 92,05 dollar olub

Read More

Cari bazarda əsas göstəricilər qarışıq mənzərə ortaya qoyur. GDP xəbər verir ki, Bitcoin 70 min 757 dollara yüksəlib və 230 dollarlıq artım göstərir. ABŞ dollar indeksi 99.28 səviyyəsində qalaraq cüzi 0.05% yüksəlib. Asiya bazarlarında Şanxay indeksi 3915.49-a çatıb, 34.21 bal artım qeydə alınıb. Honq Konq futurları 25077.5 səviyyəsindədir, Nikkei 225 futurları isə 53315-a yüksələrək müsbət seyrini davam etdirir. Avropada Euro Stoxx 50 futurları 5565 balda, S&P 500 futurları isə 6643.50-dir. Enerji bazarında Brent nefti 96.18 dollara düşərək 4.05% azalıb. Təbii qaz isə 2841 səviyyəsində demək olar ki, sabit qalıb. ABŞ 10 illik istiqraz futurları 110.81-ə yüksəlib. Qiymətli metallar tərəfində qızıl…

Read More