Teymur Mustafayev Azərbaycan Respublikasının Mərkəzi Bankında yeni vəzifəyə təyin olunub.
GDP xəbər verir ki,o, qurumda İnformasiya Texnologiyaları və Kiber Risklərin İdarəedilməsi şöbəsinin rəhbəri vəzifəsinə başlayıb.
Məlumata görə, T.Mustafayev 2025-ci ilin sentyabr ayından 2026-cı ilin aprel ayınadək Mərkəzi Bankda İcraçı direktorun müşaviri kimi fəaliyyət göstərib. 2026-cı ilin aprel ayından etibarən isə yeni vəzifədə işini davam etdirir.
T.Mustafayev informasiya texnologiyaları, risklərin idarə olunması, audit və kibertəhlükəsizlik sahələrində uzunmüddətli peşəkar təcrübəyə malikdir. O, 2024-cü ilin fevral ayından 2025-ci ilin avqust ayınadək Kapital Bank-da İT idarəetməsi üzrə ekspert kimi çalışıb.
Bundan əvvəl, 2022-ci ilin avqustundan 2024-cü ilin fevralınadək Azericard şirkətində Risklərin İdarəedilməsi və Keyfiyyətə Nəzarət şöbəsinin rəhbəri vəzifəsində işləyib.
T.Mustafayevin bank sektorundakı mühüm fəaliyyət mərhələlərindən biri də PASHA Bank-da keçib. O, 2018-ci ilin may ayından 2022-ci ilin noyabr ayınadək bankda əvvəlcə İT riskləri üzrə mütəxəssis, daha sonra isə İT və Kiber Risklər üzrə baş mütəxəssis vəzifələrində çalışıb.
Karyerasının əvvəlki mərhələlərində isə Smart Solutions LLC-də layihə koordinatoru, R.I.S.K. Company və PwC-də informasiya texnologiyaları auditoru kimi fəaliyyət göstərib. O, həmçinin qısa müddət Bank Standard Azerbaijan-da proqram təminatının test edilməsi sahəsində də çalışıb.

