- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Əliyar Məmmədyarov: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb”
- Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
Author: Aynure Gdp
Almaniyanın avtomobil nəhəngi Volkswagen dünya üzrə istehsalını ildə 3 milyon avtomobil azaltmağı planlaşdırır. GDP xəbər verir ki, şirkətin baş direktoru Oliver Blume “Manager Magazin” jurnalına verdiyi müsahibədə sərt qənaət kursu elan edərək, artım proqnozlarından imtina edib. Blume son üç ildə dünyanın köklü şəkildə dəyişdiyini vurğulayaraq, mövcud bazar və rəqabət şəraitində istehsal həcmlərinin planlaşdırılmasının real olmadığını bildirib. Artıq Çində istehsal gücü 1 milyon avtomobil azaldılıb. Avropada, xüsusilə Volkswagen və Audi markaları üzrə 2028-ci ilə qədər ildə əlavə 1 milyon avtomobilin istehsaldan çıxarılması nəzərdə tutulur. Blume qeyd edib ki, beləliklə, şirkət ümumi istehsal gücünü 12 milyondan ildə 9 milyon avtomobil səviyyəsinə endirəcək.…
Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında Dövlət Xəzinədarlıq Agentliyi və Dövlət Maliyyə Nəzarəti Xidmətinin görülən işləri, qarşıdakı vəzifələr və cari məsələlər müzakirə edilib. İclasda maliyyə naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət nəticəsində makroiqtisadi sabitlik gücləndirilib, maliyyə dayanıqlığı təmin edilib. 2026-cı ilin yanvar-mart aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika davam edib: gəlirlər 9,6 milyard manat (proqnoza nisbətən 5% artıq), xərclər isə 7,8 milyard manatdan çox olub. Xəzinədarlıq Agentliyinin hesabatında qeyd olunub ki, sənədlərin icra müddəti ötən illə müqayisədə 2 dəfəyədək sürətlənib, real vaxt rejimində məlumatlara çıxış imkanı verən “Maliyyə Hesabatlılıq Portalı” yaradılıb. Həmçinin 75 adda…
Bu gün ticarət zamanı ABŞ fond indeksləri yüksəlir. Treyderlər korporativ xəbərləri dəyərləndirir və İslamabadda ABŞ ilə İran arasında növbəti sülh danışıqları raundunu gözləyirlər. KİV-in məlumatına görə, əvvəlki əks siqnallara baxmayaraq, Tehran öz nümayəndələrini oraya göndərməyə hazırlaşır. ABŞ nümayəndə heyətinə yenidən ABŞ vitse-prezidenti Cey Di Vens rəhbərlik edəcək. Ekspertlər tərəflərin çərşənbə günü başa çatan atəşkəsin ən azından uzadılması barədə razılığa gələ biləcəyinə ümid edirlər. Çərşənbə axşamı investorlar Kevin Uorşun Federal Ehtiyat Sisteminin sədri vəzifəsinə təsdiqlənməsi üzrə Senatın Bank Komitəsindəki dinləmələri izləyəcəklər. Dinləmələr üçün hazırlanmış Uorşun bəyanatında o, “Federal Ehtiyatın siyasətinin müstəqilliyinin qorunmasını” təmin etmək niyyətində olduğunu bildirib. Çərşənbə axşamı Moskva vaxtı…
Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Respublikasına gəlmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə Azərbaycan Respublikasından xarici ölkələrə getmiş Azərbaycan Respublikası vətəndaşlarının sayı barədə məlumat yayıb. GDP xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Respublikasına dünyanın 172 ölkəsindən 484,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 25,9 faizi Rusiya Federasiyası, 21,7 faizi Türkiyə, 8,9 faizi İran, 5,3 faizi Gürcüstan, 4,1 faizi Qazaxıstan, 3,6 faizi Hindistan, hər birindən 3 faiz olmaqla Pakistan və Özbəkistan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,1 faizi Çin,…
“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilib. GDP xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Dövlət başçısının qərarı ilə güzəştli ipoteka krediti almaq hüququ olan şəxslərin siyahısına yeni kateqoriya əlavə edilib. Dəyişikliyə əsasən, ən azı 3 il hakimlik stajı olan Azərbaycan Respublikası məhkəmələrinin hakimləri artıq Fondun vəsaiti hesabına verilən güzəştli ipoteka kreditindən yararlana biləcəklər. Fərman imzalandığı gündən qüvvəyə minir.
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində ümumilikdə 237 yeni, tam təmirli mənzil vətəndaşlara satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində təqdim edilir. Fonddan GDP-yə verilən məlumata görə, 1, 2 və 3 otaqlı mənzillərin aylıq ödənişləri 925 manatdan başlayır. Yaşayış sahələri ilə tanışlıq və seçim aprelin 28-də saat 15:00-dan etibarən açıq olacaq. Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin tam siyahısı ilə Fondun təqdim etdiyi keçid vasitəsilə tanış ola bilərlər. Prosesin qaydaları,…
Azərbaycan Mərkəzi Bankı (AMB) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının hesablanması qaydalarında dəyişikliklər edib. GDP xəbər verir ki, müvafiq qərar AMB İdarə Heyəti tərəfindən 1 aprel 2026-cı il tarixində qəbul olunub. Qərara əsasən, əvvəl tətbiq olunan Bonus-Malus (BM) sistemi əvəzlənərək “sığorta tarixçəsi əmsalı” mexanizmi tətbiq edilir. Yeni yanaşmaya görə, sığorta haqqının hesablanması artıq sığortalının əvvəlki sığorta tarixçəsi və təqsirli hadisələri əsasında müəyyən olunacaq. Dəyişikliklərə əsasən, sığorta tarixçəsi əmsalı minimum 0.60, maksimum isə 3 səviyyəsində müəyyən edilib. Əmsal hər bir şəxs üzrə ayrıca formalaşacaq və müxtəlif nəqliyyat vasitələri üzrə fərqli tətbiq oluna biləcək. Yeni qaydalara görə, fiziki…
Apple uzunmüddətli baş direktor Tim Kukun sentyabr ayında vəzifəsini tərk edəcəyini və İdarə heyətinin sədri postuna keçəcəyini bildirib. GDP xəbər verir ki, gözlənildiyi kimi, Tim Kuku Apple-ın aparat mühəndisliyi üzrə baş vitse-prezidenti Con Ternus əvəz edəcək. Ternus sentyabrın 1-dən etibarən şirkətin yeni baş direktoru kimi fəaliyyətə başlayacaq. Tim Kuk 2011-ci ildə Stiv Cobsdan təhvil aldığı Apple-ı dünyanın ən dəyərli şirkətlərindən birinə çevirib. Onun rəhbərlik dövründə Apple bir neçə dəfə trilyon dollarlıq bazar dəyərini keçib, yeni məhsul kateqoriyaları — Apple Watch və AirPods kimi qurğular — təqdim edilib. Con Ternus isə Apple-da uzun illərdir çalışan təcrübəli mühəndis və rəhbər şəxslərdən biridir.…
Tim Kuk sentyabrda Apple şirkətinin baş direktoru vəzifəsini tərk edəcək, onu Con Ternus əvəz edəcək, şirkətdə bildirilib.
Volkswagen-ın direktorlar şurasının üzvü almanlardan Çin zavodlarında avtomobil istehsalını öyrənmək üçün ora getməyi tələb edir.
