Author: Aynure Gdp

Brent neftinin qiyməti  2025-ci ilin oktyabrın 7-dən bəri ilk dəfə 108 dollardan yuxarı qalxıb GDP xəbər verir ki, ICE birjasında bu markalı neftin iyun fyuçersinin qiyməti 2,64% artaraq barelə görə 108,11 dollar təşkil edib. Neft qiymətləri, İran və ABŞ arasında sülh danışıqlarını bərpa etmək cəhdlərinin dalana dirənməsi səbəbindən yüksəlib, Bloomberg yazır. Həftə sonu ABŞ prezidenti Donald Tramp danışıqlarda vasitəçi rolunu oynayan Pakistana danışıq aparanların planlaşdırılan səfərini ləğv edib, İran isə ona hədə-qorxu gələrsə, danışıqlar aparmayacağını bildirib.

Read More

Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Maliyyə icarəsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs və ya xarici hüquqi şəxsin yerli filialı maliyyə icarəsi fəaliyyətini Mərkəzi Bank tərəfindən aparılan maliyyə icarəsi verənlərin reyestrinə daxil edildikdən sonra həyata keçirə bilər. Reyestrə daxil edilmə üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəniləcək. İcarəyə verənin (xarici hüquqi şəxsin yerli filialı istisna olmaqla) filialı tərəfindən maliyyə icarəsi fəaliyyəti Mərkəzi Banka məlumat verilməklə həyata keçirilə bilər. Mərkəzi Bank tərəfindən aparılan reyestr ictimaiyyət üçün açıqdır. Reyestrə…

Read More

Sahibkarlığın inkişafına dəstək istiqamətində təşəbbüslərini davam etdirən Rabitəbank, Sahibkarlar Gününün təsis edilməsinin 10 illiyi münasibətilə hüquqi şəxslər və sahibkar fiziki şəxslər üçün qeyri-kredit məhsulları üzrə xüsusi güzəşt kampaniyasına start verir. 25 aprel – 25 may 2026-cı il tarixlərini əhatə edən kampaniya çərçivəsində sahibkarlara bankın müxtəlif qeyri-kredit məhsul və xidmətləri üzrə endirimli və üstün şərtlər təqdim olunacaq. Kampaniyanın əsas məqsədi sahibkarlıq subyektlərinin maliyyə xidmətlərinə çıxışını daha da asanlaşdırmaq, onların gündəlik bank əməliyyatlarında rahatlığını artırmaq və biznes fəaliyyətlərinə əlavə dəyər yaratmaqdır. Kampaniya həm mövcud müştərilər, həm də yeni hesab açmaq üçün müraciət edən hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulub. Sahibkarlar…

Read More

ABŞ dollarının beynəlxalq hesablamalardakı rolu yenidən güclənir. Bloomberg agentliyinin məlumatına görə, dolların SWIFT ödəniş sistemindəki payı 2025-ci ilin noyabr ayından etibarən davamlı artım tendensiyası göstərir. Yanvar ayında qeydə alınan müvəqqəti azalma yalnız texniki xarakter daşıyıb və Yaxın Şərqdəki gərginliyin kəskinləşməsi fonunda artım yenidən sürətlənib. GDP Bloomberg-ə istinadən xəbər verir ki, dolların SWIFT vasitəsilə aparılan əməliyyatlardakı payı son aylarda əhəmiyyətli şəkildə yüksəlib. Agentlik bu artımı qlobal ticarət və maliyyə axınlarında “təhlükəsizlik və likvidlik” axtarışının güclənməsi ilə əlaqələndirir. Xüsusilə ABŞ-ın İrana qarşı hərbi addımlarının intensivləşdiyi dövrdə bir çox ölkənin və korporasiyanın dollar likvidliyinə təlabatı artıb. Son illərdə bir sıra ölkələr və maliyyə…

Read More

Fondlar texnologiya fyuçerslərini müşahidə tarixində rekord sürətlə alırlar — rəqəmlərə görə Goldman Sachs-a “təşəkkür” demək olar. NASDAQ və S&P500 növbəti tarixi maksimumlara (ATH) doğru irəliləyir. GDP xəbər verir ki, şirkətlər kütləvi şəkildə öz səhm geri alımlarını (buyback) elan edir, SOX indeksi isə artıq 18 gündür ardıcıl olaraq yalnız yaşıl zonada bağlanır. Bu, yarımkeçirici sektorun barometri üçün tarixdə ən uzun yüksəliş seriyasıdır. Eyni zamanda, SOXETF üzrə RSI göstəricisi bütün tarix boyu rekord dərəcədə həddən artıq alışı (overbought) göstərir. Amma FOMO (nəyisə qaçırma qorxusu) şərtləri diktə edəndə, bunu kim nəzərə alır ki? Məntiq sadədir: “ağıllı pullar” (fondlar) fyuçerslərə yığılır, korporasiyalar öz səhm­lərini…

Read More

ABŞ-ın Hərbi Dəniz Qüvvələri Yaxın Şərqdə növbəti addımını ataraq, dəyəri 380 milyon dollar olan İran neftini daşıyan tankeri ələ keçirib. Bu hərəkət İranın əvvəlki xəbərdarlıqlarına baxmayaraq, regionda gərginliyi daha da artırır. Məlumata görə, ələ keçirilən tanker İranın enerji daşımalarına qarşı yönəlmiş ABŞ sanksiyalarını pozurdu. İran isə əvvəllər bəyan etmişdi ki, blokada və piratçılıq əməlləri davam edərsə, heç bir danışıqlar aparılmayacaq. Ekspertlər isə artıq diqqəti ABŞ-ın danışıqlar strategiyasına yönəldirlər. Bir çox analitiklərin fikrincə, keçmiş prezident Donald Tramp danışıqları elə aparır ki, qəsdən İranla hər hansı razılığa gəlinməsin. Bu proseslər fonunda ABŞ hərbi varlığını Yaxın Şərqdə davamlı olaraq gücləndirir. Ötən cümə axşamı…

Read More

“Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə bildirib ki, sahibkarlıq iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsidir. Onun sözlərinə görə, bank hazırda Birbank Biznes platforması üzərindən 214 minə yaxın sahibkara xidmət göstərir. Hidayətzadə qeyd edib ki, son illər təqdim edilən rəqəmsal həllər sahibkarların bank xidmətlərindən istifadə vərdişlərini ciddi şəkildə dəyişib: “Bu gün müştərilərimizin 91 faizi hesablarını məsafədən açır, ödəniş və köçürmələrin 98 faizi isə onlayn həyata keçirilir”. O vurğulayıb ki, əldə olunan inkişafın arxasında yalnız texnologiya deyil, sahibkarlarla qurulan davamlı münasibətlər, onların ehtiyaclarına uyğun təqdim olunan həllər və şəxsi inkişaflarını dəstəkləyən layihələr dayanır. Fərid Hidayətzadə Sahibkarlar Günü münasibətilə bütün tərəfdaşları təbrik…

Read More

17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə WUF13 Festivalı təşkil olunacaq. Festivalın açılışı aprelin 28-də Bakıda baş tutacaq. Tədbirlər ardıcıl olaraq aprelin 29-da Sumqayıtda, aprelin 30-da Qubada, mayın 2-də Lənkəranda, mayın 4-də Qəbələdə, mayın 5-də Şəkidə, mayın 6-da Mingəçevirdə, mayın 8-də Gəncədə keçiriləcək və mayın 10-da Xankəndidə yekunlaşacaq. Festival proqramı iki hissədən ibarətdir. Günün birinci yarısında tədbirin keçirildiyi şəhərlərin universitetlərində WUF13 ilə bağlı məlumatlandırma sessiyaları, ikinci yarısında isə açıq havada ictimai proqramlar reallaşdırılacaq. Axşam proqramı çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər…

Read More

Rusiya Bankının İdarə Heyəti 24 aprel tarixində keçirdiyi iclasda uçot dərəcəsini 50 baza bəndi – illik 14,5%-ə endirdi. Bu, tənzimləyicinin məlumatından irəli gəlir. GDP xəbər verir ki, bu, ardıcıl səkkizinci ucuzlaşma və Mərkəzi Bankın beşinci dəfə ardıcıl olaraq dərəcəni yarım faiz bəndi aşağı salmasıdır. Tənzimləyicinin açıqlamasında deyilir: “Daxili tələbin dinamikası mal və xidmətlərin təklifinin genişləndirilməsi imkanlarına yaxınlaşıb. Eyni zamanda, davamlı qiymət artımının göstəriciləri hələ ki, azalmır və Rusiya Bankının qiymətləndirməsinə görə, illik hesablamada 4-5% diapazonunda qalır. Xarici şərtlər və büdcə siyasətinin parametrləri tərəfindən əhəmiyyətli qeyri-müəyyənlik qalmaqdadır.”

Read More

Orxan Bayramov “AzRe Təkrarsığorta” şirkətinin Direktorlar Şurasının müstəqil üzvü təyin edilib. O, bu vəzifədə keçmiş bankir Asim Salamovu əvəzləyib. GDP xəbər verir ki, bununla da “AzRe”nin Direktorlar Şurası sədr Tokay Əlizadə ilə birlikdə üç nəfərdən ibarət olub. Xatırladaq ki, Orxan Bayramov 2013-2017-ci illərdə ASA-nın sədri, 2017-2018-ci illərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) baş katibi, 2018-2024-cü illərdə isə “Bakı Kart”ın operatoru – “K Group” MMC-nin direktoru vəzifəsində çalışıb. Qeyd edək ki,Maliyyə-biznes dairələrində o, Azərbaycan maliyyə naziri Samir Şərifovun kadrı kimi tanınan Orxan Bayramov 2024-cü ildə “Bakı Kart” tətbiqinin  10 günə yaxın işləməməsi səbəbindən   “K Group” MMC-nin direktoru vəzifəsindən işdən çıxarılmışdı. Mənbə:APA

Read More