- Abbas İbrahimov: “Citi ilə əməkdaşlığı yeni sahələrdə genişləndirəcəyik”
- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
Author: Aynure Gdp
İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğundakı Şeyx Məhəmməd məscidinin (arxeoloji muzey) bərpası və ərazinin abadlaşdırılması üçün 349 min 712 manat məbləğində vəsait xərcləməyi planlaşdırıb. GDP xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən tender elan olunub. Layihə çərçivəsində məscidin tarixi memarlıq üslubunun qorunub saxlanması ilə yanaşı, məscidə məxsus ərazinin abadlaşdırılması və turistlər üçün daha əlverişli şəraitin yaradılması nəzərdə tutulur. Tender haqqında əsas məlumatlar: Bu mühüm layihə Basqal qəsəbəsinin tarixi irsinin qorunması və turizm potensialının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət Turizm Agentliyi layihənin şəffaf və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün bütün maraqlı tərəfləri tenderə…
Tarif Şurası bir sıra kommunal xidmətlər və dərman vasitələri üçün yeni qiymətlər müəyyənləşdirib. GDP xəbər verir ki, yeni dəyişikliyə əsasən əhali üzrə aylıq istehlak həcmi aşağıdaki kimi olacaq. 200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 5% artırılaraq 8 qəpikdən 8,4 qəpiyə; 200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 11,1% artırılaraq 9 qəpikdən 10 qəpiyə; 300 kilovatt saatdan çox olan hissə üçün 15,4% artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.
Tarif (qiymət) Şurasının iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq iclasda su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib. İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilirdi. Şuranın yaydığı press-relizdə bildirilir ki, su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiq olunmuş tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial xarakterli, həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiq olunub. Əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib.…
Son bir ildə dünyanın ən varlı 500 insanının sərvəti 1,5 trilyon dollar artaraq ilk dəfə 10 trilyon dolları keçib. GDP xəbər verir ki, ən zəngin 10 iş adamından yalnız ikisi texnologiya sektorundan kənardır. Bunlar lüks məhsullar istehsal edən LVMH holdinqinin qurucusu Bernar Arno (5-ci yer) və 10-cu yeri tutan, Berkshire Hathaway-in investisiya eksperti Uorren Baffetdir. Siyahının lideri böyük fərqlə Tesla və SpaceX-in qurucusu İlon Maskdır – onun sərvəti 432 milyard dollara çatıb. Son bir ildə onun sərvəti 203 milyard dollar artıb. İkinci yerdə Amazon-un qurucusu Ceff Bezos (sərvəti 239 milyard dollar), üçüncü yerdə isə Meta-nın (keçmiş Facebook) rəhbəri Mark Zukerberq…
McDonald’s şirkətinin səhmləri son dövrdə geriləmə trendi göstərib və hazırda 288.85 ABŞ dolları ilə 5 həftəlik minimum səviyyəyə enib. GDP xəbər verir ki, şirkətin dəyərindəki bu azalma son bir ay ərzində 1.07%-lik itki ilə müşahidə olunub. Daha geniş zaman çərçivəsində, yəni son 12 ay ərzində isə McDonald’s səhmləri ümumilikdə 2.74% azalıb. Bu rəqəmlər, həm qlobal iqtisadi şəraitin, həm də istehlakçıların xərcləmə vərdişlərindəki dəyişikliklərin şirkətin maliyyə göstəricilərinə təsir edə biləcəyini göstərir.
2024-cü ilin 15 yanvarında Azərbaycan Mərkəzi Bankı “PashaPay” MMC-yə elektron pul təşkilatı kimi müddətsiz lisenziya verib. 2024-cü ilin may ayında “Kapital Bank” ASC tərəfindən “PashaPay” MMC-yə 48,704 milyon manat investisiya yatırılıb və həmin ilin iyun ayında şirkətin nizamnamə kapitalı 18,022 milyon manatdan 40,022 milyon manata yüksəldilib. Şirkətin gəlir və xərcləri, mənfəət göstəriciləri kimi digər maliyyə məlumatları isə ictimaiyyətə açıqlanmayıb. “PashaPay” MMC-nin 2024-cü ildə “m10” adlı elektron pulqabısı vasitəsilə təqdim etdiyi xidmətlər genişləndirilib. İlin sonuna qədər 180 yeni provayder əlavə edilərək ümumi xidmət təminatçıların sayı 267-yə çatdırılıb. Eyni zamanda, “Bakıkart” inteqrasiyası həyata keçirilib ki, bu da istifadəçilərə ictimai nəqliyyatda rəqəmsal ödəniş…
2025-ci ildə ölkədə ÜDM real ifadədə 3,5 faiz artaraq 129,2 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM real ifadədə 4,9 faiz artaraq 92,2 milyard manat təşkil edəcək. Bu il ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının 71,3 faizə çatacağı gözlənilir. Proqnozlara əsasən, 2025-ci ildə neft-qaz sektoru üzrə ÜDM real ifadədə 0,5 faiz artacaq. GDP bu barədə Maliyyə Nazirliyinin 2025-ci ilin dövlət büdcəsinin proqnoz göstəriciləri bağlı təqdim etdiyi “Vətəndaşın Büdcə Bələdçisi” ndə bildirilir. Dövlət büdcəsində “Azərilayt” markalı xam neftin və təbii qazın qiyməti proqnozlara müvafiq olaraq bir barel üçün 70 ABŞ dolları və 1 min kubmetr üçün 242 ABŞ dolları qəbul edilməklə hesablanıb. İqtisadiyyat Nazirliyinin…
Biznes kredit portfeli 3 milyard manat həddini keçib və bazar payı 20%- dən çox olub GDP xəbər verir ki, PAŞA Bankın Baş icraçı direktoru və İdarə heyətinin sədri Cavid Quliyev, Yeni il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sosial media vasitəsilə yayımladığı təbrik mesajında bu uğurları vurğulayıb. Cavid Quliyev bildirib ki, bankın biznes kredit portfeli 3 milyard AZN həddini keçib və bazar payı 20 faizdən çox olub. PAŞA Bank, qeyri-neft sektorunun inkişafına yönələn təşəbbüsləri ilə ölkənin iqtisadi inkişafına mühüm töhfə verib. Korporativ bankçılıq seqmentində liderliyini qoruyan bank, eyni zamanda kiçik və orta sahibkarlıq sahəsində yeni imkanlar yaradıb.…
ABŞ-ın əsas səhm indeksləri ilin son tam həftəsində artımla tamamladi. Bazarlar çərşənbə günü tətil səbəbindən bağlanışdan sonra həftənin ikinci yarısında zəiflədi və əvvəlki qazancını bir qədər itirdi. İstehlakçı inamı və istehsalat azaldı Bazar ertəsi, The Conference Board istehlakçı inamı indeksinin resessiya əlamətlərini göstərdiyini bildirdi. Noyabr ayı üçün uzunmüddətli əmtəə sifarişləri 1.1% azaldı, gözlənilən 0.2% artımı qarşılaya bilmədi. Azalma əsasən kommersiya təyyarələri sifarişlərinin azalması və müdafiə xərclərinin az olması ilə əlaqələndirilir. Yeni ev satışları isə proqnozları bir qədər aşağıda – illik 664,000 vahid səviyyəsində idi, lakin oktyabrın qasırğadan təsirlənən rəqəmlərindən irəliləyiş göstərdi. Həftəlik işsizlik müavinətləri tələbləri 219,000-ə düşərək noyabrın ortalarından bəri…
“Troni İnvestisiya Şirkəti” QSC-də yeni təyinat olub. GDP xəbər verir ki, Elmidar Şirinzadə “Troni İnvestisiya Şirkəti”nin direktoru təyin edilib. Elmidar Şirinzadə “Unicapital İnvestisiya Şirkəti” ASC-də 2023-cü ilin martından 2024-cü ilin aprel ayına kimi Anderraytinq şöbəsinin müdiri, 2024-cü ilin aprelindən sentyabrına kimi Korporativ satış şöbəsinin müdiri kimi çalışıb. Qeyd edək ki, Troni İnvestisiya QSC Azərbaycan Respublikasının Mərkəzi Bankı (ARMB) tərəfindən verilmiş IS-08 nömrəli lisenziya əsasında fəaliyyət göstərir.
