Author: Aynure Gdp

Dünyanın aparıcı 10 bankı, o cümlədən Morgan Stanley, HSBC və Goldman Sachs, S&P 500 indeksinin 2025-ci ilin sonuna qədər 8%-dən çox artaraq 6550 bəndə çatacağını proqnozlaşdırır. GDP xəbər verir ki, çərşənbə axşamı keçirilən ticarətlərin bağlanışı zamanı indeksin dəyəri 6034,91 bənd təşkil edirdi. Gələn il gözlənilən artım tarixi perspektivdəki orta illik artım göstəricisindən (təxminən 11%) aşağı olacaq. 2024-cü ilin əvvəlindən bu yana indeks təxminən 27% artım göstərib. Bu artım əsasən texnoloji şirkətlərin, o cümlədən Nvidia-nın səhmlərinin qiymətlərindəki əhəmiyyətli artım və Donald Trampın prezident seçkilərindəki qələbəsi fonunda baş verib. Lakin ekspertlər gözləyirlər ki, Tramp vəzifəyə başladıqdan sonra gələn il investorlar daha ehtiyatlı…

Read More

Bu gün günorta saatlarında ABŞ-da yanacaq ehtiyatları və inflyasiya ilə bağlı məlumatların gözlənilməsi fonunda neftin qiyməti artmağa davam edib. GDP xəbər verir ki, dünya bazarları üçün əsas hadisə ABŞ-da noyabr ayı üzrə istehlak qiymətləri dinamikası haqqında hesabatın saat 16:30-da (Bakı vaxtı ilə) dərc edilməsidir. Bundan əlavə, bazar iştirakçıları ABŞ prezidenti Co Bayden administrasiyasının Rusiya neftinin ixracına qarşı daha sərt sanksiyaları nəzərdən keçirdiyi ilə bağlı KİV-lərin məlumatlarını qiymətləndirirlər. Londondakı ICE Futures birjasında Brent markalı neftin fevral fyuçersləri Bakı vaxtı ilə 15:35-də 0,65 dollar və ya 0,9% bahalaşaraq bir barel üçün 72,84 dollar səviyyəsində ticarət olunur. Eyni zamanda, Nyu-York əmtəə birjasında WTI…

Read More

İlon Maskın Amerikanın aerokosmik şirkəti SpaceX, şirkətin ümumi dəyərinin 350 milyard dollar olaraq qiymətləndirilməsi əsasında insayderlərdən səhmlərin geri alınması ilə bağlı müqavilə bağlayıb. GDP xəbər verir ki, bu barədə Financial Times dörd mənbəyə istinadən məlumat yayıb. Mənbələrin məlumatına görə, SpaceX tərəfdaşları ilə birlikdə əməkdaşlardan və erkən mərhələdə olan investorlarından 1,25 milyard dollar məbləğində səhmləri 185 dollar qiymətləndirmə ilə geri alacaq. Şirkətin özü bu məbləğin 500 milyon dollarını ödəyəcək, qalan məbləği isə investorlar təmin edəcək. Sentyabr ayında şirkət oxşar bir əməliyyatı səhmlərin qiyməti 112 dollar olaraq dəyərləndirildiyi şərtlərlə həyata keçirmişdi. Beləliklə, qiymət 65% artmışdır. 350 milyard dollarlıq kapitalizasiya ilə SpaceX dünyada…

Read More

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İbrahim Məmmədzadə və Fərahim Hacıyev ilə növbəti görüşünü keçirib. GDP xəbər verir ki,görüşdə qaliblərin fərdi inkişaf proqramı çərçivəsində bir sıra strateji məsələlər müzakirə olunub. Xüsusilə, kapital bazarlarının inkişafı, dayanıqlı maliyyələşmənin genişləndirilməsi, istiqraz və səhm ticarətinin təşviqi kimi mühüm istiqamətlər nəzərdən keçirilib. Həmçinin bu sahədə yeni tənzimləyici alətlərin hazırlanması müzakirə edilib. Taleh Kazımov qaliblərə idarəetmə bacarıqlarının artırılması üzrə tövsiyələrini verərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Read More

Azərbaycanın 2024-cü ilin ilk 9 ayında digər investisiyalar üzrə xalis maliyyə aktivləri 82.4 milyon ABŞ dolları artarkən, xalis maliyyə öhdəlikləri 1.4 milyard ABŞ dolları azalıb. GDP Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kreditlər və ssudalar sahəsində müşahidə olunan mənzərə qarışıq dinamikanı əks etdirir. Xalis maliyyə aktivləri 10.4 milyon ABŞ dolları azalarkən, xalis maliyyə öhdəliklərində 834.0 milyon ABŞ dolları həcmində azalma qeydə alınıb. Hesabat dövründə bəzi sektorlarda öhdəliklərin artımı diqqət çəkir. Belə ki, bank sektoru üzrə öhdəliklər 36.2 milyon ABŞ dolları, müəssisələrin kreditləri üzrə öhdəliklər isə 63.9 milyon ABŞ dolları artıb. Eyni zamanda, neft-qaz sektorunun kreditləri üzrə 395.1 milyon ABŞ…

Read More

Təkrar gəlirlər balansı üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 1.4 milyard ABŞ dolları təşkil edib. GDP xəbər verir ki, bu əməliyyatlar çərçivəsində daxilolmalar 969.4 milyon ABŞ dolları, ödənişlər isə 478.4 milyon ABŞ dolları təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 87.5%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 10.7%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 1.8%-ni isə digər daxilolmalar təşkil edib. Ölkəyə göndərilən pul baratlarının həcmi 33.7% azalaraq 848.5 milyon ABŞ dollarına düşüb. Bununla yanaşı, ölkədən köçürülən pul baratlarının həcmi 1.6% artaraq 408.3 milyon ABŞ dolları olub. Nəticədə, pul baratları üzrə 440.2 milyon ABŞ dolları həcmində müsbət saldo…

Read More

2024-cü ilin 9 ayı üzrə tədiyə balansı haqqında məlumatlar geniş təhlil edilmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 3,952.9 milyon ABŞ dolları profisit yaranın. Xarici ticarət balansı 7,004.0 milyon ABŞ dolları müsbət nəticə göstərib. GDP xəbər verir ki, bununla yanaşı, xidmətlər balansında -1,563.5 milyon ABŞ dolları, ilkin gəlirlər balansında -1,978.5 milyon ABŞ dolları kəsir müşahidə olunub. İnvestisiya gəlirlərinin repatriasiyası -2,362.4 milyon ABŞ dolları təşkil edib. Təkrar gəlirlər balansı isə 490.9 milyon ABŞ dolları ilə müsbət olub.

Read More

2024-cü ilin ilk 9 ayı ərzində cari əməliyyatlar balansında 4.0 milyard ABŞ dolları məbləğində profisit qeydə alınıb. GDP Mərkəzi Bankın yayımladığı “2024-cü ilin 9 ayı üzrə Tədiyə Balansı”na istinadən xəbər verir ki, Azərbaycanın tədiyə balansında müxtəlif xarici mühit faktorlarının təsiri müşahidə olunub. Bununla yanaşı, kapital və maliyyənin hərəkəti balansında, əsasən maliyyə öhdəliklərinin azalması ilə əlaqədar, 3.6 milyard ABŞ dolları həcmində kəsir yaranmışdır. Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları 200 milyon ABŞ dolları artıb. Hesabat dövründə xam neftin orta qiyməti isə 86 ABŞ dolları/barel olub ki, bu da iqtisadi sabitliyə müsbət təsir göstərib.

Read More

Bakı Fond Birjası QSC-nin Müşahidə Şurasının sədri Fərid Axundov, 2007-ci ildən PAŞA Bank-ın ilk baş direktoru kimi fəaliyyətə başladıqdan sonra, 17 illik müvəffəqiyyətli bir yolun ardınca, 01.01.2025-ci ildən etibarən bankın Müşahidə Şurasından ayrılacağını açıqlayıb. GDP xəbər verir ki, Axundov bildirib: “Bu illər mənim üçün həm böyümə, həm öyrənmə, həm də böyük qürur mənbəyi olub. PAŞA Bank-ın Azərbaycanda aparıcı maliyyə institutu kimi yüksəlməsinə şahid olmaq mənə çox böyük fəxarət hissi yaşadıb. Həm bank sahəsindəki peşəkar fəaliyyətim, həm də bu möhtəşəm ölkənin vətəndaşı olaraq əldə etdiyim nailiyyətlərdən qürur duyuram.” Gələcəyə nəzər yetirərək, Fərid Axundov Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasının sədri kimi…

Read More

Niderland İnkişaf Bankı (FMO) Veysəloğlu Şirkətlər Qrupu ilə əməkdaşlıq çərçivəsində Azərbaycana 23 milyon ABŞ dolları həcmində uzunmüddətli kredit ayırıb. GDp xəbər verir ki, bu maliyyələşmə 2024-cü ildə ölkəyə cəlb edilən ikinci iri həcmli xarici investisiya hesab olunur. FMO ilə “Araz” supermarketlər şəbəkəsi arasında imzalanan müqavilə əsasında həyata keçirilən layihə, bankın Azərbaycanda ilk dəstəklədiyi aqrobiznes layihəsi kimi qiymətləndirilir. Layihənin əsas hədəfləri arasında yeni logistika anbar kompleksinin inşası, infrastrukturun genişləndirilməsi və müştəri xidmətinin keyfiyyətinin artırılması durur. Maliyyə dəstəyi Azərbaycanın pərakəndə ticarət və aqrobiznesi üçün əhəmiyyətli perspektivlər açır. Layihə vasitəsilə regionlarda fermerlər üçün yeni imkanlar yaradılacaq, kiçik və orta ölçülü fermerlərin bazara çıxışı…

Read More