- Sənaye parklarında güzəştlər nəticəsində rezidentlər 567 milyon manat qənaət edib
- Abbas İbrahimov: “Citi ilə əməkdaşlığı yeni sahələrdə genişləndirəcəyik”
- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
Author: Aynure Gdp
2023-cü ilin 11 ayı ilə 2024-cü ilin 11 ayı arasında manatın nominal və real effektiv məzənnələrində (NEER və REER) müəyyən dəyişikliklər müşahidə edilib. GDP xəbər verir ki, nominal effektiv məzənnəyə (NEER) nəzər yetirsək, ümumi göstərici 2023-cü ilin noyabr ayında 102,0 olduğu halda, 2024-cü ilin noyabrında 107,5-ə yüksəlib. Bu, manatın nominal dəyərinin ümumi göstərici üzrə 5,5 bənd və ya 5,39% artımını ifadə edir. Qeyri-neft sektoru üzrə isə artım daha güclüdür: 2023-cü ildə 168,5, 2024-cü ildə isə 180,4səviyyəsinə yüksələrək 11,9 bənd və ya 7,06% artıb. Bu, qeyri-neft sektorunda manatın nominal dəyərinin daha çox gücləndiyini göstərir. Real effektiv məzənnəyə (REER) gəldikdə, ümumi göstərici 2023-cü ilin noyabrında 121,4 olduğu halda, 2024-cü ilin eyni dövründə 122,6-ya çatıb. Bu, cəmi 1,2 bənd və ya 0,99% artımı…
Ötən gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. GDP xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, son məlumata görə, hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Mənzil İnşaatı Dövlət Agentliyi ilə birgə 2018-ci ildən bəri güzəştli mənzillərin satışını həyata keçirir. GDP xəbər verir ki,bu müddət ərzində 4802 şəxsə 233,1 milyon manat məbləğində güzəştli ipoteka krediti təqdim edilib. Güzəştli mənzillərin 70 %-dən çoxu, yəni təxminən 3361 mənzil İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə satılıb.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun məlumatına əsasən, ölkə üzrə ipoteka kreditlərinin ümumi həcmi 4,5 milyard manat təşkil edir. GDP xəbər verir ki, bunun 3,3 milyard manatı dövlət xətti ilə 52,4 min şəxsə, 1,2 milyard manatı isə bankların daxili ipoteka proqramları çərçivəsində 12 min şəxsə təqdim olunub. Kreditlərin 32 %-i, yəni 1,44 milyard manatı güzəştli kateqoriyalara aid şəxslərə, 73 %-i, yəni 3,285 milyard manatı isə gənclərə və gənc ailələrə yönəldilib. Bundan əlavə, kreditlərin 18 %-i, yəni 810 milyon manatı ölkənin 50 regionunda həyata keçirilib.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (Fond) aktivləri 3,7 milyard manat, məcmu kapitalı isə 1,23 milyard manat təşkil edir. GDP xəbər verir ki, 2005-ci ildən etibarən fəaliyyət göstərən qurum toplam 136,1 milyon manatlıq mənfəət əldə edib. Fond, ölkənin suveren reytinqinə (BBB-) bərabər beynəlxalq reytinqə malik yeganə maliyyə təsisatıdır. Bu, onun dayanıqlı və etibarlı maliyyə qurumu olduğunu təsdiqləyir. Fəaliyyət göstərdiyi 18 il ərzində bütün illəri mənfəətlə başa vurmuş, istiqraz emissiyası ilə əlaqədar olaraq 1,906 milyard manatdan çox öhdəlikləri uğurla icra etmişdir. Fondun qiymətli kağızlar bazarındakı ən mühüm nailiyyətlərindən biri ən uzunmüddətli emissiyaya sahib olmasıdır. İstiqrazlarının orta müddəti 22 il təşkil…
Dekabrın 25-də Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən media nümayəndələri üçün yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri barədə birgünlük təlim təşkil edilib. Təlim çərçivəsində iştirakçılara Azərbaycanda əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmi haqqında ətraflı məlumat verilib. Tədbirdə jurnalistlərin mövzu ilə bağlı sualları cavablandırılıb. Təlim zamanı açıqlanan məlumata görə, ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə 60 minə yaxın ailə mənzil şəraitini yaxşılaşdırıb. Bu ailələrin 70 faizdən çoxunu gənclər təşkil edir. Media nümayəndələrinə həmçinin Fondun sahibkarlığa dəstək alətləri barədə də məlumat təqdim edilib. Qeyd olunub ki, indiyədək Fondun…
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu 2024-cü ildə əhəmiyyətli göstəricilərə nail olub. Fondun ipoteka kreditlərinin həcmi 3 milyon manatı keçib, kirayə mənzillərin sayı 6000-i ötüb və sahibkarlara verilən zəmanətli kreditlərin həcmi 500 min manata çatıb. GDP xəbər verir ki, hazırda Fondun kapitallaşma səviyyəsi 33.4 faiz təşkil edir və qiymətli kağızlar bazarında ən uzunmüddətli emissiya (orta müddət 22 il) məhz bu quruma məxsusdur. Fond həmçinin mütərəqqi risk menecmenti sisteminə malikdir.
Azərbaycanın bank sektorunun aktivləri 50 milyard 164.6 milyon manata çatıb. GDP xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb. Məlumata görə bankların cəmi öhdəlikləri 43 milyard 662.6 milyon manat, balans kapitalı isə 6 milyard 502 milyard manat təşkil edib. İlin əvvəlindən bankların aktivləri 2%, öhdəlikləri 1.3% və balans kapitalı 7.2% artıb.
İpoteka Kredit Zəmanət Fondunun verdiyi ipoteka kreditlərinin həcmi 3 milyon manatı keçib, kirayə mənzillərin sayı isə 6000-i ötüb və sahibkarlara verilən zəmanətli kreditlərin həcmi 500 min manata çatıb. GDP xəbər verir ki, hazırda Fondun kapitallaşma səviyyəsi 33.4 faiz təşkil edir və qiymətli kağızlar bazarında ən uzunmüddətli emissiya (orta müddət 22 il) məhz bu quruma məxsusdur. Fond həmçinin mütərəqqi risk menecmenti sisteminə malikdir.
