- SOCAR-ın “yaşıl” istiqrazları üzrə 4-cü faiz ödənişi həyata keçirilib
- “Rabitəbank” ASC kotirovka elan edir
- Dünya iqtisadiyyatı son 50 ilin ən böyük enerji böhranı, 20 milyon barellik risk və qlobal inflyasiya ilə üz-üzə – Azərbaycan iqtisadiyyatı üçün fürsətlər və gözləntilər
- “Norm Sement” klinker istehsalı gücünü 14% artıraraq 2 milyon tona çatdırıb
- PR və MarCom üzrə yeni kurs – “360 dərəcə Kommunikasiya” başlayır
- Dövlət büdcəsinin gəlirlərində 6,3% azalma, xərclərində 13,5% artım qeydə alınıb
- Azərbaycanda quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 6%-dən çox artıb
- “Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
Author: Aynure Gdp
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə biznes proseslərin optimallaşdırılması çərçivəsində Mərkəzi Bankın Gəncə və Quba Regional Mərkəzlərinin, Sumqayıt Şəhər İdarəsinin cari ilin sonunda fəaliyyətinə xitam verilməsi nəzərdə tutulur. GDP xəbər verir ki, qərarın qəbul edilməsi ölkədə fəaliyyət göstərən bankların nağd pulun logistikası üzrə regional infrastrukturunun inkişafı, bu infrastruktur vasitəsilə müvafiq regionlarda nağd pula olan tələbin ödənilməsi və biznes proseslərin effektivliyinin artırılması ilə əlaqədardır. Bununla da Gəncə Regional Mərkəzində xidmət olunan banklara və poçt rabitəsinin milli operatoruna Mərkəzi Bankın Yevlax Ehtiyat Mərkəzində, Quba Regional Mərkəzi və Sumqayıt Şəhər İdarəsində xidmət olunan banklara və poçt rabitəsinin milli operatoruna isə Mərkəzi…
Bank Avrasiya” ASC-nin səhmdarları dəyişib. Məlumata görə, buu barədə qərar səhmdarların ümumi yığıncağında verilib. Bank məlumatı təsdiq edib. Qərara əsasən, bankın nizamnamə kapitalının 37,50 % hissəsinə malik olan “YevroStandart” MMC-nin payı “Top Properties” MMC-yə, digər səhmdar “PMD Group” MMC-nin 37.5 % payının 12.00 % hissəsi “Top Properties” MMC-yə, 24.50 % hissəsi Bankın digər səhmdarı “Azbizneskom” MMC-yə və 1.00 % hissəsinin fiziki şəxs Eynullayev Rüstəm Tariverdi oğluna satılıb. Nəticədə, bankın nizamnamə kapitalının 49.50 faizinə “Top Properties” MMC, 49.50 faizinə “Azbizneskom” MMC və 1 faizinə isə fiziki şəxs Eynullayev Rüstəm Tariverdi oğlu sahib olub. Həmçinin, Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən Seyidzadə Rüfət Faxrəddin…
“Norm” ASC və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tərəfdaşlığı çərçivəsində Norm Ustalar Klubunun üzvlərinin sertifikasiya imtahanının birinci mərhələsi həyata keçirilib. Bu mərhələdə ustaların nəzəri biliklərinin qiymətləndirilməsi aparılıb və imtahanda 27 nəfər iştirak edib. Nəzəri imtahanda “İnşaat ustası” peşə ixtisasının modulları üzrə test tapşırıqlarının cavablandırılması tələb olunub. İlk mərhələni uğurla tamamlayan ustalar ikinci mərhələdə praktik imtahana cəlb olunacaqlar. Hər iki mərhələdən uğurla keçən ustalara TKTA tərəfindən peşə ixtisasını təsdiq edən sənəd təqdim olunacaq. Qeyd edək ki, “Norm” ASC ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında qeyri-formal və informal təhsilin tanınması istiqamətində Anlaşma Memorandumu cari ilin əvvəlində imzalanıb. Əməkdaşlıq çərçivəsində inşaat ustalarının bilik…
Əməyin Mühafizəsi Mərkəzinə sədr müavini təyin edilibGDP xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyəti sədrinə müavin təyin edilib. Bu vəzifə Mürsəl Rüstəmova həvalə olunub. O, eyni zamanda Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) sədridir.
Beynəlxalq neft bazarlarındakı son vəziyyət OPEC+ ölkələrini dekabrda neft hasilatını artırmaq planlarını təxirə salmağa məcbur edə bilər. Bu barədə Reuters agentliyi mənbələrinə istinadən məlumat verir. GDP xəbər verir ki, agentliyin məlumatına görə, OPEC+ ölkələri yaxın günlərdə keçiriləcək görüşündə neft hasilatının artırılması planını bir ay və ya daha çox müddətə təxirə salmağı müzakirə edə bilərlər. Bu qərarın əsas səbəbi zəif neft tələbi və artan təkliflərlə bağlı narahatlıqlardır. Mənbələrin sözlərinə görə, OPEC+ ölkələri hazırda planlaşdırılan neft hasilatı artımını ləğv etmək və ya məhdudlaşdırmaq variantlarını da nəzərdən keçirirlər. Lakin son qərar həftə ərzində verilə bilər. Qeyd edək ki, OPEC+ ölkələri avqustun sonunda təxminən…
Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu (PIF), Kanada investisiya şirkəti Brookfield Asset Management Ltd.-ni dəstəkləyərək, yeni 2 milyard dollarlıq Yaxın Şərq fondu yaradacaq. Bu addım Brookfield-ə neftlə zəngin Körfəz regionunda daha çox sövdələşmələr aparmaq üçün əlavə maliyyə resursları təqdim edəcək. Çərşənbə günü verilən açıqlamaya görə, PIF Brookfield Middle East Partners şirkətini yaradacaq və buna maliyyə dəstəyi verəcək. Fondun ən azı yarısı Səudiyyə Ərəbistanında və daha geniş regionda biznesə investisiya qoymaq üçün nəzərdə tutulub. Bu, xarici sərmayələrin cəlb edilməsinə yönəlmiş mühüm addım hesab olunur. Anlaşma memorandumu krallığın “Gələcək İnvestisiya Təşəbbüsü” platformasında təqdim edildi. Bu, Brookfield ilə hər biri təxminən 1 trilyon dollarlıq…
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki neft emalı, neft-kimya, təbii qaz və enerji ticarətinin əsas iş sahələrində fəaliyyət göstərən törəməsi “SOCAR Türkiyə” şirkəti bu sahələrdən kənar qrup şirkətlərindən olan “Millenicom” telekommunikasiya şirkətini aktivindən çıxarır. GDP xəbər verir ki, bu barədə “SOCAR Türkiyə” məlumat yayıb. Bildirilib ki, “Millenicom” bu razılaşma çərçivəsində artıq “Albaraka Portföy Yönetimi” A.Ş. Dördüncü Qarışıq Risk Kapitalı İnvestisiya Fondu çətiri altında müştərilərinə xidmət göstərəcək. Qeyd edək ki, 2019-cu ildən “SOCAR Türkiyə” qrupuna daxil olan “Millenicom” şirkəti təxminən 400 min abunəçiyə sürətli, öhdəliksiz və limitsiz fiber internet xidməti təqdim edərək Türkiyənin aparıcı alternativ operatorlarından biri olub. Şirkət fərdi və…
Qızılın qiyməti bir unsiya üçün 2800 dollardan yuxarı qalxaraq yeni rekorda imza atıb. GDP xəbər verir ki, qızıl bahalaşmaqda davam edir, qiymətli metalın qiyməti çərşənbə günü bir unsiya üçün 2800 dolları keçərək rekordunu yeniləyib. Bakı vaxtı ilə saat 13:30-a dekabr qızıl fyuçerslərinin dəyəri 1 troya unsiyası üçün 2797,6 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 0,6% çoxdur. Əvvəllər ticarət zamanı qiymətli metalın qiyməti bir unsiya üçün 2801,7 dollara qalxıb. Qızılın qiymətinin artması ABŞ-da prezident seçkiləri ilə bağlı qeyri-müəyyənlik fonunda ən etibarlı aktivlərə tələbin ümumi artması ilə əlaqələndirilir, Avropa Mərkəzi Bankının icmalında deyilir ki, Donald Trampın ABŞ prezidentliyinə…
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2024-cü ilin yanvar-sentyabr ayları ərzində istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində daxil olan müraciətlərlə bağlı statistikanı açıqlayıb. GDP xəbər verir ki, Dövlət Xidmətinin məlumatına görə, 9 ay ərzində quruma ümumilikdə 5597 müraciət daxil olub. Müraciətlərin təhlili göstərir ki, vətəndaşları ən çox narahat edən məsələlər qeyri-qida məhsulları ilə bağlı olub. Müraciətlərin kateqoriyalar üzrə bölgüsü aşağıdakı kimidir: Qeyri-qida məhsulları üzrə müraciətlərin ətraflı təhlili göstərir ki, ən çox şikayətlər məişət əşyaları və texnikası (697), digər qeyri-ərzaq malları (586), mobil telefonlar (433) və geyim malları (389) ilə bağlı olub. Xidmət sahəsində isə…
