Author: Aynure Gdp

Taleh Kazımov, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində Qafqaz və Mərkəzi Asiya regionu ölkələrinin mərkəzi bank sədrləri və maliyyə nazirlərinin qatıldığı görüşdə iştirak edib. GDP xəbər verir ki, bu barədə rəsmi sosial şəbəkə hesabında Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Taleh Kazımov yazıb. BVF-nin icraçı direktorunun müavini Bo Li-nin təşəbbüsü ilə keçirilən görüşdə region ölkələrində maliyyə inklüzivliyinin genişləndirilməsi və maliyyə dayanıqlılığının artırılması istiqamətində atılan addımlar müzakirə olunub. Kazımov, çıxışında BVF və digər beynəlxalq maliyyə institutlarının regionda potensialın inkişaf etdirilməsi, məsləhət xidməti və qarşılıqlı əlaqələndirmə vasitəsilə maliyyə inklüzivliyinin artırılması üçün təklif olunan dəstək imkanlarının önəmini vurğulayıb. O, həmçinin…

Read More

GİLTEX pis qoxunu zərərsizləşdirən geyimlərin istehsalına başlayıb. GDP xəbər verir ki,bunu GİLTEX MMC‐nin Baş direktoru Kamran Aqasi jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, GİLTEX pis qoxunu zərərsizləşdirən geyimlər istehsal edib. “Bu növ parçanın istehsalı üçün İngiltərə startapının təqdim etdiyi xüsusi texnologiyadan istifadə edilir. Biz artıq pis qoxunu zərərsizləşdirən geyimlərin test variantı hazırlanıb,”-deyə Kamran Aqasi qeyd edib.

Read More

Benchmark neftin qiymətləri əvvəlki iki seansda azaldıqdan sonra cümə günü səhər mülayim şəkildə yüksəlir. GDP xəbər verir ki, Bakı vaxtı ilə saat 09:03-ə Londonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçerslərinin dəyəri bir barel üçün 74,53 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,15 dollar (0,2%) bahadır. Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda dekabr ayı üçün WTI neftinin qiyməti 0,13 dollar (0,19%) artaraq 70,32 dollar/barelə çatıb.

Read More

2024-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 2 milyard 232,7 milyon manat təşkil edib. GDP xəbər verir ki, bu göstərici 2024-cü ilin sentyabrın 1-nə olan dövr ilə müqayisədə 183,9 milyon manat və ya 9% artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə faiz gəlirləri 329,6 milyon manat və ya 17,3% artım göstərib. Belə ki, 2023-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 1 milyard 903,1 milyon manat olub.Bu ilin sentyabrın 1-nə olan göstəriciyə nəzər salsaq, faiz gəlirləri 2 milyard 48,8 milyon manat təşkil edib. İllik müqayisə: 2024-cü ilin oktyabrında faiz gəlirləri 2023-cü ilin oktyabrı ilə…

Read More

“Dünya Bankı (DB)və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarının keçirildiyi ABŞ-nin Vaşinqton şəhərinə işgüzar səfərimiz başlayıb. Səfər çərçivəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Antonella Bassani ilə görüşdük” GDP xəbər verir ki, bunu “X” sosial şəbəkəsindəki səhifəsində Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov yazıb. O qeyd edib ki, görüş zamanı Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması istiqamətində görülən işləri və əhatə olunacaq strateji istiqamətləri müzakirə edilib: “Görüşdə həmçinin DB tərəfindən həyata keçirilən layihələrin ölkəmizin inkişaf prioritetləri və planlarının reallaşdırılmasına verdiyi mühüm töhfəni vurğuladıq. Mərkəzi Bank və DB arasında əməkdaşlığın genişləndirilməsi imkanlarından da danışdıq”.

Read More

Bu ilin sonundan etibarən, Dünya Bankının “Business Ready” hesabatı üzrə Azərbaycanın qiymətləndirilməsinə başlanacaq. Bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva İşçi qrupun iclasında deyib. Onun sözlərinə görə, bu proses çərçivəsində sahibkarlara, ekspert qruplarına və dövlət orqanlarına bir sıra sorğular göndəriləcək: “Məqsədimiz ondan ibarətdir ki, bu sorğulara sahibkarlar və ictimaiyyət tərəfindən düzgün və hərtərəfli məlumatlar verilsin”. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev isə bildirib ki, Azərbaycanın “Business Ready” hesabatına 2025-ci ilin sentyabrında…

Read More

Bu dəfə ETF nə olduğunu, onların adi investor üçün nədən maraqlı ola biləcəyini, necə və hansıları növləri olduğlarını ən sadə dildə yazacam. ETF nədir? ETF (Birja Ticarət Fondu), müəyyən bir indeks, sektor, mal və ya aktivlər toplusunu izləyən investisiya fondudur. Məsələn, bir ETF ABŞ-ın ən böyük şirkətlərinin səhmlərini, bir başqası isə dünya miqyasında texnologiya şirkətlərinin səhmlərini toplaya bilər. Bu, investorların bir ticarət alışı ilə çox sayda şirkətə investisiya etməsinə imkan verir. ETF-lər necə işləyir? ETF-lərin işləmə prinsipi, fondun müəyyən bir strategiyaya uyğun olaraq, portfelində bir sıra aktivlər alması üzərində qurulub. Sonra ETF, sərbəst şəkildə alınabilən və satıla bilən öz aksiyalarını…

Read More

Mərkəzi Bankın İdarə Heyətinin 25 sentyabr 2024-cü il tarixli Qərarı ilə “Cüzdan” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub. Bu barədə tənzimləyicinin açıqlamasına istinadən xəbər verir. Bununla da lisenziya verilmiş elektron pul təşkilatlarının sayı 13-ə yüksəlib

Read More