- “Norm Sement” klinker istehsalı gücünü 14% artıraraq 2 milyon tona çatdırıb
- PR və MarCom üzrə yeni kurs – “360 dərəcə Kommunikasiya” başlayır
- Dövlət büdcəsinin gəlirlərində 6,3% azalma, xərclərində 13,5% artım qeydə alınıb
- Azərbaycanda quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 6%-dən çox artıb
- “Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
- AZCON Holding-in Baş Direktoru Şahin Babayev: “Çinlə logistika sahəsində strateji tərəfdaşlığı genişləndiririk”
- Tamerlan Rüstəmov: “Fırıldaqçılıqla mərkəzləşdirilmiş mübarizə artıq bir çox ölkədə reallıqdır”
- Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub
Author: Aynure Gdp
Brent nefti 3 həftəlik minimuma enib GDP xəbər verir ki, zəif bazar əhval-ruhiyyəsi Yaxın Şərqdən gələn riskləri üstələdiyi üçün Brent markalı neftin fyuçersləri bir barel üçün 70 dollara qədər ucuzlaşaraq üç həftənin ən aşağı səviyyəsinə çatıb. Qiymətlər Çindən tələbin zəifləməsi ilə bağlı narahatlıqlarla yanaşı, OPEK-in dekabrda hasilatı artırmaq planlarına əməl edəcəyi gözləntilərinin təzyiqi altındadır. OPEC bazarı qiymətləndirmək üçün çərşənbə günü iclas keçirəcək.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük Təchizat” ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə təyinat olub. GDP xəbər verir ki, Elgün Məhəmmədəlizadə İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. Qeyd edək ki, Elgün Məhəmmədəlizadə Bakalavr və Magistr təhsilini Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “İqtisadi kibernetika” ixtisası üzrə almış, Almaniyanın Hamburg şəhərində Menecerlərin təkmilləşdirilməsi proqramını bitirmişdir. Böyük Britaniyanın Satınalma və Təchizat Zənciri sahəsində beynəlxalq sertifikatı olan CIPS sertifikatina sahibdir.Elgün Məhəmmədəlizadə PMD Group MMC-də təchizat üzrə qrup rəhbəri, Agro Food İnvestments MMC-də Qrup Satınalma Meneceri, Agrotrade Supply MMC şirkətlər qrupunda Qrup Satinalma rəhbəri vəzifələrində çalışmışdır. ATS Food MMC-də Satınalma və Logistika…
Azərbaycan Mərkəzi Bankı (AMB) “Xalq Sığorta” ASC-nin vəzifəli şəxsini 300 manat cərimə edib. GDP bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Sığorta fəaliyyəti haqqında” qanunun 78-ci maddəsinin tələblərinin pozulduğu məlum olub. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə müvafiq olaraq sığorta şirkətinin əməkdaşına qarşı tədbir görülüb.
Hazırda qızıl sikkə və külçələrin satışı ilə bağlı xarici satış platformaları ilə hər hansı bir əməkdaşlıq nəzərdən keçirilmir. AzerGold QSC, hazırda qızıl sikkə və külçələrin satışı ilə bağlı xarici satış platformaları ilə hər hansı bir əməkdaşlıq nəzərdən keçirilmədiyini açıqlayıb. Bu barədə “Azergold” GDP-yə məlumat verilib. Qeyd edək ki, 2021-ci ildən etibarən İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə milli zərgərlik bazarının inkişafı məqsədilə yerli qızıl xammalından istehsal olunan qiymətli məhsulların Satış və Mübadilə Mərkəzi istifadəyə verilib. Mərkəz, Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşir və burada sikkə və külçələrin satışı, eləcə də qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı – mübadiləsi təmin…
Bu gün Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 105 illik yubileyidir. Bu illər ərzində ölkədə mərkəzi bankçılıq uzun inkişaf yolu keçib. Tarixi inkişaf mərhələləri Ölkənin maliyyə tarixində mühüm bir mərhələnin başlanğıcı Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə bağlıdır. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq AXC mühüm dövlətçilik atributlarının əksəriyyətinin yaradılmasına nail oldu. AXC hökumətinin yaratdığı dövlətçilik atributlarından biri də məhz müstəqil mərkəzi bankın təsis edilməsi və milli pul nişanlarının yaradılması idi. Belə ki, AXC Hökuməti tərəfindən 1919-cu il martın 7-də Azərbaycan Dövlət Bankının (ADB) təşkili barədə layihə qəbul olundu. 1919-cu il sentyabrın 18-də ADB-nin nizamnaməsi təsdiqləndi və sentyabrın…
Tayland höküməti iqtisadiyyatı stimullaşdırmaq üçün vətəndaşlara 300 dollar verməyə başlayıb. GDP xəbər verir ki, ilk növbədə əhalinin ən həssas təbəqələrindən olan 14,5 milyon insan ümumilikdə pul alacaq, proqram 45 milyon tay üçün nəzərdə tutulub. “The Financial Times” yazır ki, ümumi dəyəri 14 milyard dollardır.
Avropa Komissiyası Almaniya və Türkiyəyə dönərin resepti ilə bağlı mübahisəni həll etmək üçün 6 ay vaxt verib. GDP xəbər verir ki, əks halda bu məsələ ilə Brüssel özü məşğul olacaq. Türkiyə iki il əvvəl Avrupa İttifaqı (Aİ) ilə əlaqə saxlayıb. Ankara xörəyin türk qaydalarına uyğun, yəni müəyyən növ ətlə (toyuq, mal və quzu ətinə icazə verilir, dana və hinduşka ətinə icazə verilmir) hazırlanmasını istəyir, hansı ki, marinadlanaraq, müəyyən qaydada doğransın. Türkiyədən gələn mühacirlər sayəsində dönərin məşhurlaşdığı Almaniya buna qarşı çıxıb. Alman versiyasında yemək pide çörəyindən çox pide çörəyində, kələm və ya salat ilə verilir və sarımsaq kimi souslarla doldurulur. Ankara…
Donald Tramp yenidən seçiləcəyi təqdirdə Google-u məsuliyyətə cəlb edəcəyi ilə hədələyib. GDP xəbər verir ki,Trampın bu qərarına səbəb axtarış sistemi onun barəsində yalnız “pis hekayələr” və Kamala Harris üçün “yalnız yaxşı” nəticələr çıxarır. Google-a məxsus səsli köməkçi Alexa Kamala Harrisi tərifləyir və Tramp haqqında susur.
