Author: Aynure Gdp

Maliyyə naziri Samir Şərifov dünya bazarlarında neftin qiymətinin düşəcəyi təqdirdə ehtiyat addımların planlaşdırıldığını deyib. Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı nazir qeyd edib ki, neftin qiyməti enərsə büdcənin Dövlət Vergi Xidməti tərəfindən daxiolmaları 340 milyon manat azalması proqnozlaşdırılır. O bildirib ki, bu o qədər də sarsıdıcı fakt ola bilməz: “Dövlət Neft Fondunun gəlirlərinə gəldikdə isə təsir daha yüksəkdir. Burada söhbət 2 milyard 100 milyon manatlıq təsirdən gedir”. O bildirib ki, cari ilin büdcəsində neftin qiymətini 60 dollardan 75 dollara kimi yüksəldilib. “Növbəti il biz isə bu…

Read More

Gümüşün qiyməti çərşənbə günü bir unsiya üçün 31 dollara qədər yüksəlib. Lakin sənaye istifadəsi üzrə pessimist proqnozlar və Rusiya-Ukrayna müharibəsində artan gərginlik qiymət artımını məhdudlaşdırıb. GDP xəbər verir ki, 18 noyabrda atın iki aydır ən aşağı -30,2 dollara düşən qiymətlər, son günlərdə cüzi artış göstərib. Ukraynanın Böyük Britaniya və ABŞ istehsalı olan raketlərlə Rusiya ərazisinə zərbə endirməsi və Rusiyanın nüvə silahlarından istifadə ilə bağlı doktrinasını yenidən formalaşdırması vəziyyəti daha da gərginləşdirib. Eyni zamanda, Çində hökumətin yeni stimul paketləri tətbiq etməməsi və günəş panelləri bazarındakı artıqlıq səbəbindən sənaye tələbatı zəifləyib. Bununla yanaşı, Donald Trampın seçki qələbəsindən sonra Çinli günəş paneli istehsalçıları…

Read More

ABŞ-da benzin fyuçers müqavilələri son iki həftənin ən yüksək qiymətinə ticarət edilərək, təxminən 1 qallona 2,05 dollar səviyyəsində sabitləşib. GDP xəbər verir ki, bu zaman investor və analitiklər qarışıq təchizat siqnallarını və geosiyasi gərginliklərin neft qiymətlərinə təsirini qiymətləndirirlər. Amerikan Neft İnstitutu (API) son hesabatında benzin ehtiyatlarında 2,48 milyon barrel azalma qeydə alındığını bildirərək, benzin qiymətlərinin artmasını dəstəkləyib. Lakin Enerji İnformasiya İdarəsinin (EIA) məlumatları 15 noyabrda başa çatan həftə üçün benzin ehtiyatlarında 2,05 milyon barrel artım olduğunu göstərib ki, bu da proqnozlaşdırılan 1,62 milyon barrel artımı üstələyib. Eyni zamanda, ABŞ-da xam neft ehtiyatları 545,000 barrel artaraq proqnozları keçib. Bu artım 2024-cü…

Read More

Azərbaycanda qiymətli daşların və onlardan hazırlanan məhsulların nağdsız qaydada satılmasına görə maliyyə sanksiyasının tətbiq olunmasl təklif edilir. Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib. Onun sözlərinə görə, bununla əlaqədar Vergi Məcəlləsində, “Nağdsız hesablaşmalar haqqında” qanuna uyğun olaraq dəyişiklik edilməsi nəzərdə tutulur. “Dəyişikliklərə səbəb Avropa Şurasının MONEYVAL komitəsinin tələbidir”, – deyə vergi rəsmisi qeyd edib. © “Report”

Read More

“PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov COP29 çərçivəsində ICESCO-nun təşkilatçılığı ilə PAŞA Həyat Sığorta şirkəti və İRS Nəşriyyat Evinin birgə əməkdaşlığı ilə ərəb dilində nəşr olunmuş “Şuşa” kitabının təqdimat mərasimində çıxış edib. GDP xəbər verir ki, o, çıxışında şirkətin Azərbaycan sığorta bazarındakı lider mövqeyini və rəqəmsal transformasiya strategiyasını tətbiq edən ilk şirkət olduğunu vurğulayıb:””PAŞA Həyat Sığorta” olaraq, məqsədimiz yalnız mənfəət əldə etmək deyil, ölkəmiz və cəmiyyətimiz üçün dəyər yaratmaqdır. Bu istiqamətdə nəşriyyat evi və Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq edərək, müxtəlif dillərdə kitablar hazırlayırıq. Təqdim olunan kitabda sufi mədəniyyəti, xalqımızın mədəni irsi və ölkəmizin mədəniyyətinin zənginlikləri öz əksini…

Read More

ABŞ-da ipoteka faiz dərəcələri 2024-cü ilin noyabr ayında rekord həddə artıb. GDP xəbər verir ki,30 illik ipoteka kreditləri üçün orta faiz dərəcəsi 6,90% təşkil edir ki, bu da son onilliklər üçün tarixi orta göstərici olan 6,05%-ə yaxındır. İpoteka bazarının son 34 ildə keçdiyi yol maraqlı dinamikaya malikdir. 1990-cı ilin aprel ayında faiz dərəcəsi rekord səviyyə olan 10,56%-ə qədər yüksəlmişdi. Əksinə, 2020-ci ilin dekabr ayında bu göstərici tarixi minimuma – 2,85%-ə düşmüşdü. Hazırkı 6,90% faiz dərəcəsi ev alıcıları və mülk sahibləri üçün ciddi maliyyə yükü yaradır. Bu, potensial ev alıcılarının krediti ödəmə qabiliyyətinə birbaşa təsir göstərir və daşınmaz əmlak bazarında aktivliyi…

Read More

COP29 çərçivəsində keçirilən “Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənarda” mövzusunda Nazirlərin dəyirmi masasında çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın Orta Dəhliz boyunca rəqəmsal həllərin tətbiqi ekoloji dayanıqlılığın gücləndirilməsindən danışıb. GDP xəbər verir ki, nazirin sözlərinə görə, bu məqsədlə hazırlanan rəqəmsal nəqliyyat və logistika informasiya sistemi dəhliz boyunca yüklərin izlənməsi və idarə edilməsində tam şəffaflıq təmin edəcək. “İnvestisiyalarımız və beynəlxalq tərəfdaşlıqlarımız Orta Dəhlizi dayanıqlı, səmərəli və davamlı nəqliyyat modelinə çevirməyə yönəlib. Bu səylər təkcə Azərbaycana deyil, dəhlizə cəlb olunmuş bütün ölkələrə fayda verəcək”, – deyə nazir əlavə edib.

Read More

COP29 çərçivəsində keçirilən “Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənarda” mövzusunda Nazirlərin dəyirmi masasında çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Orta Dəhlizdə “yaşıl enerji” layihələrinin genişləndirilməsi planlarını açıqlayıb. Nazir bildirib ki, 2013-cü ildən etibarən Orta Dəhlizin inkişafında dayanıqlılıq prinsipləri əsas götürülür. Bu çərçivədə dəmir yolu sistemində həm sərnişin, həm də yük daşımalarında müasir elektrik qatarlarına üstünlük verilir, mövcud infrastrukturun modernləşdirilməsi və yeni ərazilərdə günəş enerjisi sistemlərinin quraşdırılması planlaşdırılır. Rəşad Nəbiyev qeyd edib ki, Bakı Limanı 2022-ci ildə Xəzər hövzəsində ilk dəfə olaraq Avropa Dəniz Limanları Təşkilatından eko-liman sertifikatı alıb. 2025-ci ildən etibarən isə alternativ enerji…

Read More

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev COP29 çərçivəsində keçirilən mətbuat açıqlamasında Bakı şəhərinin yaşıl nəqliyyat transformasiyası haqqında məlumat verib. Nazirin sözlərinə görə, Azərbaycan hökuməti 2030-cu ilə qədər Bakı şəhərinin mobillik transformasiyası proqramını həyata keçirməyə başlayıb. Proqramın əsas məqsədi hər aktiv mobil vətəndaş üçün iqlim və nəqliyyatla bağlı karbon emissiyalarını ildə 0.6 metr/tona endirməkdir. Proqramın əsas hədəfləri aşağıdakılardır: – 100 km mikrohərəkətlilik zolaqlarının yaradılması (30 km-dən çox hissəsi artıq istifadədədir) – İctimai nəqliyyatın əhatə dairəsinin əhalinin 90%-nə çatdırılması – 2030-cu ilə qədər bütün avtobusların elektrik avtobusları ilə əvəz edilməsi (160 elektrik avtobus artıq əlavə edilib) Nəbiyev qeyd edib ki,…

Read More