- “Norm Sement” klinker istehsalı gücünü 14% artıraraq 2 milyon tona çatdırıb
- PR və MarCom üzrə yeni kurs – “360 dərəcə Kommunikasiya” başlayır
- Dövlət büdcəsinin gəlirlərində 6,3% azalma, xərclərində 13,5% artım qeydə alınıb
- Azərbaycanda quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 6%-dən çox artıb
- “Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
- AZCON Holding-in Baş Direktoru Şahin Babayev: “Çinlə logistika sahəsində strateji tərəfdaşlığı genişləndiririk”
- Tamerlan Rüstəmov: “Fırıldaqçılıqla mərkəzləşdirilmiş mübarizə artıq bir çox ölkədə reallıqdır”
- Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub
Author: Aynure Gdp
İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. GDP xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışında deyib. İqtisadi artımın 4,3 faiz təşkil etdiyini söyləyən dövlət başçısı bildirib: “Dünyada gedən bugünkü prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda deyə bilərəm ki, bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir”.
Azərbaycan Mərkəzi Bankı (AMB) “Bakı Sığorta” ASC-nin lisenziyasının qüvvəsini məhdudlaşdırıb. Bu barədə AMB-nin məlumatında bildirilir. Məlumata görə, “Sığorta fəaliyyəti haqqında” qanunun 105.1.1-ci maddəsinə müvafiq olaraq, şirkətin könüllü müraciəti əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılıb.
İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmuşdur. Bu da çox müsbət göstəricidir. GDP xəbər verir ki, bunu Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışında deyib. O qeyd edib edib: “Mən artıq bəyan etdim ki, gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq, baxmayaraq ki, inflyasiya çox aşağı səviyyədədir, baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı. Bütün bunlara baxmayaraq, biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik”
Prezident neft hasilatında buraxılmış nöqsanlarla bağlı xarici neft şirkətlərindən tələbləri açıqlayıb.Ancaq neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və onlardan tələb edilmişdir ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin, dövlət başçısı qeyd edib.”Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq”, – Prezident İlham Əliyev vurğulayıb.
Hazırda bir korporativ müştərimiz üçün yaşıl istiqraz buraxılışı üzərində işləyirik GDP xəbər verir ki, PAŞA Bank ASC-in İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev, bankın 2024-cü ilin birinci yarısının maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında, istiqraz buraxılışı ilə bağlı planlarından danışıb. O qeyd edib ki, ümumiyyətlə maliyyələşmə vasitələrindən biri də istiqrazlardır və bank tərəfindən müştərilər üçün müxtəlif maliyyə modelləri təklif edilir. Nağıyev bildirib ki, PAŞA Bank müştərilərinə həm birbaşa kredit vermək, həm də istiqraz buraxaraq maliyyələşmə təmin etmək imkanı yaradır. O vurğulayıb ki, bu proses müvafiq mərhələlərdən, o cümlədən karbon qiymətləndirilməsindən keçdikdən sonra maliyyələşmənin forması müəyyən olunur. Müxtəlif maliyyə həlləri tətbiq edilə bilər – bir…
Bizə karbon qiymətləndirməsini həyata keçirmək üçün trilyonlarla dollar vəsait lazımdır GDP xəbər verir ki, bunu İqlim Dəyişikliyi təşkilatının nümayəndəsi Niclas Svenningsen deyib. O bildirib ki, bilirsiniz ki, 2015-ci ildə Kopenhagendə karbon emmisiyylarının azaldılması öhdəliklərin yerinə yetirilməsi üçün 100 milyon dollar ayrılıb.Bizə karbon qiymətləndirilməsinu həyata keçirmək trilyonlarla dollar vəsait lazımdır. Niclos Svenningsen qeyd edib ki, biz bunun necə reallaşdırılmasını anlamalıyıq. “Bunun beynəlxalq kreditlər, qrantlarla yoxsa Şimal Şərq, Cənub Qərb tərəfdaşlığı çərçivəsində reallaşdırmalıdır? Bu çox fundamental məsələdir.Əgər bu çərçivədə hər hansı tədbir həyata keçirmək istəyənlər bunu nəzərə almalıdır”,- İqlim Dəyişikliyi təşkilatının nümayəndəsi vurğulayıb.
Azərbaycan Mərkəzi Bankı “Banklarda korporativ idarəetmə Standartları”nda dəyişikliklər etməklə, bundan sonra təkcə Səhmdarların Ümumi Yığıncağına deyil, bütün səhmdarlarla strateji baxış və missiya bəyanatını təqdim etməli olacaq. GDP xəbər verir ki, bu qərarı AMB-nin İdarə Heyətinin sədri 12 sentyabr 2024-cü il tarixində imzalayıb. Həmin qaydanın 3.4-cü yarımbəndinə əsasən hər bir bank öz strateji baxışını müəyyən edir və onun əsasında strateji planlaşdırma dövrü üçün missiya bəyanatını hazırlayır. Strateji baxış və missiya bəyanatı Müşahidə Şurası tərəfindən təsdiq edilir və məlumat üçün bankın səhmdarlarına təqdim edilir.3.5-ci yarımbəndinə əsasən isə, bankın strateji baxış və missiya bəyanatı əsasında strateji plan hazırlanmalıdır. Strateji plan Müşahidə Şurası tərəfindən…
PAŞA Bank ASC-nin qapalı yerləşdirmə ilə buraxılan istiqrazlarının qalıq məbləği 87 milyon dollardır. GDP xəbər verir ki, PAŞA Bank ASC-in İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı Murad Süleymanov, bankın 2024-cü ilin birinci yarısının maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında açıqlama verib. Onun sözlərinə görə, 2021-ci ilin sonunda və 2022-ci ilin əvvəlində PAŞA Bank qapalı yerləşdirmə yolu ilə 20 milyon dollarlıq istiqraz buraxmışdır. 2022-ci ildə isə 40 milyon dollarlıq daha bir qapalı yerləşdirmə ilə istiqraz buraxılışı həyata keçirilib. Murad Süleymanov əlavə edib ki, hazırda istiqrazların qalıq məbləği 87 milyon dollardır. Bu istiqrazlar 7 illik müddətə buraxılıb və hazırda onların 3-4 illik geri ödəmə müddəti qalıb.
Qaimə və invoysların bir pəncərədən idarə olunması sisteminin qurulmasına çalışırıq. GDP xəbər verir ki, PAŞA Bank ASC-in İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev, bankın 2024-cü ilin birinci yarısının maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında qaimə və invoysların idarə olunması ilə bağlı yeni sistemin qurulması üzərində çalışdıqlarını bildirib. Onun sözlərinə görə, Azərbaycan Banklar Assosiasiyası (ABA) vasitəsilə bütün qaimə və invoysların bir pəncərədən idarə olunması sisteminin yaradılmasına çalışırlar. Bəhruz Nağıyev əlavə edib ki, faktorinq bazarının böyüməsi üçün bir neçə əlavə addım atılmalıdır. Bunun üçün debitor borcların xülasəsini əks etdirən bir sistemin qurulması vacibdir. O, qeyd edib ki, bu sistem Türkiyədə geniş yayılıb və Azərbaycanda da tətbiq…
