- ABB-nin rəhbəri Abbas İbrahimov: “Rusiyadakı törəmə bankımız ötən il 50 milyon dollar qazanıb”
- ABB müştərilərin ümumilikdə 3 milyon 958.704 min manat vəsaitini fırıldaqçılıq cəhdlərindən qoruyub
- AzerGold “Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsini təqdim edib
- Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb
- Tramp: ABŞ-da enerji böhranı yoxdur, neft ehtiyatları kifayət qədərdir
- Nazir: “Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib”
- Taleh Kazımov: “Lombardlarla bağlı hüquqi-normativ baza yenilənib və razılaşdırma mərhələsindədir”
- “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək
Author: Aynure Gdp
Bernstein analitikləri proqnozlaşdırır ki, bitkoin 2025-ci ilin sonunadək 200 000 dollar səviyyəsinə yüksələ bilər. GDP xəbər verir ki, qiymət artımının əsas drayveri kimi Trampın kriptovalyuta siyasəti, ABŞ-da bitkoin strateji ehtiyatının yaradılması, tənzimləmədə şəffaflıq və institusional investorlar tərəfindən tələbatın artması göstərilir. Qeyd edək ki, hazırda bitkoin təxminən 70 000 dollar səviyyəsində ticarət olunur.
TikTok-un Çində yerləşən ana şirkəti ByteDance, son səhmlərin geri alışı təklifindən sonra öz dəyərini təxminən 300 milyard dollar olaraq qiymətləndirir, deyə şənbə günü The Wall Street Journal məlumat yayıb. GDP xəbər verir ki, bu, texnologiya nəhənginin populyar TikTok tətbiqinin ABŞ-da qadağan olunma təhlükəsi ilə üzləşdiyi bir vaxtda baş verir. TikTok-un ana şirkəti ByteDance, son günlərdə investorlarına səhmləri təxminən hər biri 180 dollar qiymətinə geri almağı planlaşdırdıqlarını bildirib. Məlumata görə, ByteDance investorları Donald Trump-ın yenidən Ağ Evə qayıtmasını TikTok-un ABŞ-dakı ümidləri üçün ümumilikdə müsbət hesab edirlər. İyun ayında Bloomberg BusinessWeek müsahibəsində Trump belə deyib: “Mən TikTok-un tərəfdarıyam, çünki rəqabət olmalıdır. TikTok olmasa, yalnız Facebook və Instagram qalır.” Daha əvvəl Trump TikTok-u milli təhlükəsizlik…
WTI xam neft fyuçersləri Norveçin Qərbi Avropadakı ən böyük neft yatağı olan Johan Sverdrup yatağında elektrik kəsintisi səbəbindən istehsalın dayandırılması xəbərindən sonra 2.5%-dən çox artaraq barrel üçün 68.8 dollara yüksəlib. GDP xəbər verir ki, bu gözlənilməz bağlanma Şimal dənizi bazarında təchizatla bağlı narahatlıqları artırıb. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsində artan gərginlik də qiymətlərin bahalaşmasına təsir edib. Rusiya genişmiqyaslı hava hücumu ilə Ukraynanın elektrik infrastrukturuna ciddi ziyan vurub. Qeyd edək ki, ötən həftə neft qiymətləri Çin iqtisadiyyatının zəif göstəriciləri və Beynəlxalq Enerji Agentliyinin 2025-ci ilədək qlobal neft təchizatında artıqlıq proqnozları fonunda 3%-dən çox ucuzlaşmışdı. Qeyd: WTI (West Texas Intermediate) – Amerika Birləşmiş…
Çin hökumətinin alüminiumun ixracatına tətbiq etdiyi güzəştləri ləğv etməsi dünya bazarında alüminium qiymətlərinin 5,5% artmasına səbəb oldu Londondakı Metal Birjasında alüminium qiymətləri cümə günü keçirilən ticarət sessiyasının nəticələrinə görə 5,5% artaraq 1 ton üçün 2,64 min dollar səviyyəsinə yüksəlib. Bu, apreldən bəri alüminium qiymətlərindəki ən böyük sıçrayış oldu. Çin hökumətinin bu addımı, yeni seçilmiş ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən hər hansı proteksionist tədbirlərin qəbul edilməsindən əvvəl ölkənin ticarət profisitinin azaldılması cəhdi ola bilər. Çin hökuməti alüminiumun ixracına tətbiq etdiyi vergi güzəştlərini ləğv edərək bu sektorun ixracatını məhdudlaşdırır. Bunun nəticəsində alüminium qiymətləri dünya bazarında kəskin şəkildə yüksəlib. Həmin qərar Çinin…
SOCAR-ın 2024-cü ildə ödəmədiyi və 2025-ci ildə ödəyəcəyi dividend məbləğlərinin cəmi 662 milyon manata çatacaq. Hesablama Palatasının “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində bildirilir ki, 2024-cü ildə dövlət qeyri-maliyyə təşkilatlarından alınacaq 408,0 milyon manat dividend ödənişi yalnız Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üzrə nəzərdə tutulub. Lakin həmin dövr ərzində SOCAR tərəfindən bu məbləğin ödənilməsi təmin edilməyib. Eyni zamanda, 2023-cü ildə də SOCAR üzrə 200,0 milyon manat dividend ödənişi nəzərdə tutulsa da, ödənilməyib. Buna baxmayaraq, 2025-ci ilin büdcə layihəsində SOCAR-dan alınacaq dividendin məbləği 54,0 milyon manat artırılaraq 462,0 milyon manata çatdırılıb. Beləliklə, SOCAR-ın 2024-cü ildə ödəmədiyi…
Maliyyə naziri Samir Şərifov Dövlət Neft Fondundan gələn il dövlət büdcəsinə transfertin artımına aydınlıq gətirib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib ki, artım Ermənistanın ciddi şəkildə silahlanması ilə bağlıdır: “Ermənistan ciddi şəkildə silahlanır. Buna cavab olaraq, cənab Prezidentin tapşırığına əsasən, milli təhlükəsizlik xərclərinin artrılmasına, ona görə də Neft Fondundan transfertin artırılmasına ehtiyac yaranıb. Bilirsiniz ki, biz Neft Fondundan transfertin cari illə müqayisədə artmasının tərəfdarı deyildik”.Qeyd edək ki, 2025-ci ildə ARDNF-dən dövlət büdcəsinə transfert 14 milyard 481 milyon manat…
Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2024-cü ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 31 milyard 542,5 milyon manat vəsait daxil olmuşdur. Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd edilib ki, büdcədən 28 milyard 108,2 milyon manat vəsait xərclənib. Büdcənin icrasında 3 milyard 434,3 milyon manatlıq profisit (artıqlıq) yaranıb.
Paşa Bank – Azərbaycanın aparıcı korporativ maliyyə institutu, kiçik və orta sahibkarlar üçün bank qarantiyaları üzrə 80% endirim kampaniyası elan edib. Bank qarantiyası nədir və niyə lazımdır? Bank qarantiyası bir tərəfin (bankın) digər tərəfin öhdəliklərinin yerinə yetirilməsinə zəmanət verməsidir. Bu, mal və xidmətlərin alış-satışı, tenderlər, icra və avans ödənişləri zamanı tətbiq olunan zəmanətlərdir. Bank öz öhdəliyini təsdiqləyir və bu, maliyyə əməliyyatlarının daha rahat və etibarlı həyata keçirilməsini təmin edir. Paşa Bankın kampaniyası və təklifləri: Paşa Bank 31 dekabr 2024-cü il tarixinədək kiçik və orta sahibkarlar üçün tender, icra və avans qarantiyaları üzrə 80% endirim kampaniyası keçirir. Bu kampaniya çərçivəsində aşağıdakı…
“Mərkəzi Bankın ilk növbədə mandatı makroiqtisadi sabitliyin təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün hər hansı rejim uyğundursa, onu da seçəcəyik. Bu gün hökumətlə bir yerdə düşünürük ki, makroiqtisadi sabitliyin təmin edilməsi üçün sabit məzənnə rejimi ən əlverişlidir”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. “Gələn il, o biri il üzən məzənnəyə keçmək kimi məqsədimiz yoxdur. Bu il, növbəti illərdə də büdcə və orta müddətli xərclərdə də gördüyünüz kimi, manat/dollarda 1,7 məzənnə proqnozlaşdırılıb. Orta müddətli dövrdə də…
“Prezidentin hökumətin qarşısında qoyduğu məsələ əməkhaqlarının artırılması ilə bağlıdır”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanımaliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, əməkhaqlarının, sosial ödənişlərin artırılması ilə bağlı hökumətə tapşırıq verilib: “Bu da büdcə layihəsində əksini tapıb”. Mənbə:APA
