- ABB-nin rəhbəri Abbas İbrahimov: “Rusiyadakı törəmə bankımız ötən il 50 milyon dollar qazanıb”
- ABB müştərilərin ümumilikdə 3 milyon 958.704 min manat vəsaitini fırıldaqçılıq cəhdlərindən qoruyub
- AzerGold “Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsini təqdim edib
- Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb
- Tramp: ABŞ-da enerji böhranı yoxdur, neft ehtiyatları kifayət qədərdir
- Nazir: “Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib”
- Taleh Kazımov: “Lombardlarla bağlı hüquqi-normativ baza yenilənib və razılaşdırma mərhələsindədir”
- “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək
Author: Aynure Gdp
Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 280 manat olacağı nəzərdə tutulur. Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb. Başqa sözlə, 2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur. Qeyd edək ki, hazırda da Azərbaycanda minimum əmək pensiyası 280 manatdır.
Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsinin gəlir və xərcləri 7 milyard 676 milyon 420 min manat məbləğində proqnozlaşdırılır. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib. Nazir qeyd edib ki, bu, 2024-cü illə müqayisədə 726 milyon 560 min manat, yaxud 10,45 faizdən çoxdur. İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə gəlir və xərcləri 260 milyon 700 min manat məbləğində proqnozlaşdırılır. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,5 % çoxdur. Nazir bildirib ki, İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsinin…
Azərbaycanda daxili borcun həcminin artması maliyyə bazarının kifayət qədər inkişafına səbəb olmayıb, lakin büdcə xərclərinin artmasına gətirib çıxarıb. GDP xəbər verir ki,bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb. Qeyd edilib ki, daxili dövlət borcu üzrə ödənişlər dövlət büdcəsinin tərkibində 2025-ci il üçün 958 mln. manat (136,8 mln. manat əsas borc və 821,2 mln. manat faiz borcu) proqnozlaşdırılır ki, bu da dövlət borcuna xidmətlə bağlı xərclərin ümumi məbləğinin 39,9%-nə, habelə dövlət büdcəsi gəlirlərinin 2,5%-nə, dövlət büdcəsi xərclərinin isə 2,3%-nə bərabərdir. Bu məbləğ, 2024-cü ilin ilkin proqnozundan 458 mln. manat, yenidən baxılmış məbləğdən isə…
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə birlikdə Azərbaycanda iki günəş elektrik stansiyası layihəsini maliyyələşdirəcəyini elan edib. GDP xəbər verir ki, bu barədə Bakıda keçirilən 29-cu illik İqlim Dəyişikliyi Konfransında (COP29) elan edilib. Üç bank Azərbaycanda ümumi gücü 760 MVt olan iki günəş elektrik stansiyasının tikintisini dəstəkləyərək 160 milyon ABŞ dolları ayıracağqla İki layihənin investorları olan “Masdar” və “SOCAR Green”, artıq Qafqazın ən böyük bərpa olunan enerji layihələri olan Biləsuvar və Neftçalada 445 MVt və 315 MVt olan günəş parklarının təməlini qoyublar və onları 2027-ci ildə istifadəyə verməyi planlaşdırırlar. Bu, Azərbaycanın…
Qızıl seçkilərdən sonra onilliklərin ən böyük enişini nümayiş ettirir. Deutsche Bank-ın məlumatına görə, ABŞ-da respublikaçı namizədin qələbəsindən sonra iki gün ərzində qiymətli metal ən azı son 13 prezident seçkisi üçün ən pis nəticələrini göstərib. Seçki günündən bu yana qızılın qiyməti təxminən 7% azalıb, digər bir neçə aktiv sinfi isə seçkidən sonrakı yüksəlişdən faydalanıb. “İnsanlar, adətən, heç nə işləmədiyi zaman qızıla maraq göstərirlər,” deyə US Bank-ın investisiya strategiyası üzrə baş direktoru Rob Havort bildirib. “Halbuki, hazırda səhmlər yaxşı performans göstərir; hətta aşağı keyfiyyətli korporativ kreditlərdən də yaxşı gəlir əldə etmək olar. Buna görə də, kimsə portfelin artırılması üçün alternativ vasitələr axtarmağa…
Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Abbas İbrahimov COP29-un “Elm, Texnologiya və Rəqəmsallaşma Günü” çərçivəsində təşkil olunan tədbirlər barədə məlumat verib. GDP xəbər verir ki, onun sözlərinə görə, ABB pavilyonunda bank əməkdaşları korporativ müştərilər üçün rəqəmsal həlləri təqdim ediblər. Tədbir çərçivəsində Visa şirkəti ilə əməkdaşlıq nəticəsində hazırlanan ABB mobile tətbiqindəki Karbon İzi Kalkulyatorunun təqdimatı keçirilib. İbrahimov qeyd edib ki, pavilyonda həmçinin startaplar arasında dayanıqlılıq mövzusunda müsabiqə, rəqəmsal məhsul və xidmətlərlə bağlı təqdimatlar və panel müzakirələri təşkil olunub. Bankın rəhbəri bildirib ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçiləri – ABB-nin Müşahidə Şurasının sədri Şahmar Mövsümov və Müşahidə Şurasının üzvü Xalid Əhədov…
Azərbaycanın pambıq və tekstil sənayesinin ən böyük şirkəti olan GP Cotton Holdings, COP29-un altıncı günü Yaşıl Zonada “Davamlı Heyvandarlıq İstehsalı: İqlim Dayanıqlılığı Üçün Biznes və Kənd Təsərrüfatının Birliyi” adlı ölkə heyvandarlığının inkişafı baxımından önəmli sessiya keçirdib. Tədbir iqlim dəyişikliyi fonunda davamlı təcrübələrin zəruriliyini müzakirə etmək üçün heyvandarlıq və kənd təsərrüfatı sektorlarından tanınmış simaları bir araya gətirib. GP Cotton Holdings şirkətinin Müşahidə şurasının müşaviri Gülnarə Həsənovanın moderatorluq etdiyi sessiyanın panelində Alltech şirkətinin Ətraf mühit, Sosial və İdarəetmə üzrə Qlobal vitse-prezidenti Tara McCarthy, Qlobal Südçülük Platformasının İcraçı direktor Donald Moore, Qlobal Davamlı Mal Əti Platformasının Latın Amerikası üzrə regional direktoru Josefina Eisele, GP Cotton Holdings şirkətinin Müşahidə şurasının sədri John…
Azərbaycanda əsas kapitala yatırılan investisiyalar bu ilin yanvar-oktyabr aylarında 14,4 milyard manat olub. Bu, 2023-ün eyni dövrü ilə müqayisədə 4,4% azdır. GDP xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə neft-qaz sektoruna investisiyalar 9,1%, qeyri-neft sektoruna isə 2% azalıb. İnvestisiyaların 7,3 milyard manatı (50,8%) istehsal sahələrinə, 5,2 milyard manatı (35,9%) xidmət sektoruna, 1,9 milyard manatı (13,3%) isə mənzil tikintisinə yönəldilib. Ümumi sərmayələrin 11,9 milyard manatını və ya 83%-ni daxili investisiyalar təşkil edib. Qeyd edək ki, tikinti-quraşdırma işlərinə 10,4 milyard manat və ya ümumi investisiyaların 72,3%-i sərf olunub.
