- ABB-nin rəhbəri Abbas İbrahimov: “Rusiyadakı törəmə bankımız ötən il 50 milyon dollar qazanıb”
- ABB müştərilərin ümumilikdə 3 milyon 958.704 min manat vəsaitini fırıldaqçılıq cəhdlərindən qoruyub
- AzerGold “Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsini təqdim edib
- Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb
- Tramp: ABŞ-da enerji böhranı yoxdur, neft ehtiyatları kifayət qədərdir
- Nazir: “Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib”
- Taleh Kazımov: “Lombardlarla bağlı hüquqi-normativ baza yenilənib və razılaşdırma mərhələsindədir”
- “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək
Author: Aynure Gdp
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “KOB-ların yaşıl iqtisadiyyatda rolu” mövzusunda panel müzakirə keçirilib. “Yaşıl zona”da təşkil edilən tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, iş adamları və “yaşıl iqtisadiyyat” sahəsində fəaliyyət göstərən startaplar iştirak ediblər. Paneldə İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, BMT-nin Cənub-Cənub Əməkdaşlıq Ofisinin direktoru Dima Əl-Xatib və digər yüksək səviyyəli qonaqlar çıxış edərək KOB-ların dünya iqtisadiyyatında və məşğulluqdakı rolundan, iqlim dəyişiklikləri ilə mübarizədəki əhəmiyyətindən danışıblar. Tədbirdə KOB-ların yaşıl transformasiyasının qlobal və milli səviyyədə birgə əməkdaşlıqla mümkün…
Bazarlarda ötən həftənin qazancının bir qismi itirildi, çünki yeni administrasiyanın siyasətləri ilə bağlı qeyri-müəyyənlik investorların əhvalına təsir etdi. Cümə günü Nasdaq 2%-dən, S&P 500 isə 1%-dən çox endi. Maliyyə və enerji səhmləri deregulyasiya ümidləri ilə qazanc əldə etsə də, səhiyyə səhmləri Robert F. Kennedy Jr.-ın Səhiyyə və İnsan Xidmətləri Naziri kimi namizədliyindən sonra tənzimləyici problemlərin işarələri ilə kəskin eniş göstərdi. Bitcoin və Elektrikli Avtomobil (EV) Volatilliyi Bitcoin seçkilərdən sonra 32% artaraq pro-kripto siyasətlərə olan nikbinliklə yüksəldi, lakin həftənin ortasında sabitləşdi. Tesla və Rivian kimi EV səhmləri böyük volatillik göstərdi. Tesla, Elon Musk-ın hökumətdə mümkün rolu ilə bağlı spekulyasiyalarla əvvəlcə yüksəldi,…
Ötən həftə Azərbaycan Mərkəzi Bankının sədr müavini Əliyar Məmmədyarov Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüşüb. GDP xəbər verir ki,görüş zamanı ölkədəki fintex ekosistemini təmsil edən təşkilatların ötən rübdəki fəaliyyət nəticələri geniş müzakirə olunub. Görüş çərçivəsində rəqəmsal ödənişlərin təşviqi, Açıq bankçılıq sisteminin tətbiqi və fintexlər ilə maliyyə sektorunun digər iştirakçıları arasında qarşılıqlı əməkdaşlıq imkanları kimi vacib məsələlər müzakirə edilib. Eyni zamanda, sektor nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov COP29 çərçivəsində keçirilən “İqlim Dəyişikliyinə Dayanıqlı Kiçik Orta Bizneslər” adlı tədbirdə çıxış edib. GDP-nin məlumatına görə, o bildirib ki, qlobal təşəbbüslə çıxış edərək KOB-ların yaşıl keçidini iqlim dəyişikliyi müzakirələrində və COP prosesində əsas prioritet kimi müəyyənləşdirmək üçün kompleks ekosistemin bütün iştirakçılarının səfərbər edilməsi hədəflənib. Məmmədovun sözlərinə görə, Bakı Bəyannaməsinin əhəmiyyətli məqamlarından biri də KOB-ların yaşıl transformasiyasında təmin edilə biləcək həll yollarının açıqlanmasıdır. Bu həll yollarına KOB-lar arasında məlumatlılığın artırılması, onların potensial və imkanlarının gücləndirilməsi, eləcə də yaşıl maliyyə və investisiya təchizatının stimullaşdırılması daxildir.
COP29 çərçivəsində iqlim maliyyəsi, sərmayə və ticarət sahəsində yeni bir təşəbbüs – BICFIT Dialoqu başladılıb. BMT-nin müxtəlif qurumları ilə əməkdaşlıqda həyata keçiriləcək təşəbbüs, iqlim dəyişikliyi ilə mübarizədə maliyyə və ticarət əlaqələrini gücləndirməyi hədəfləyir. İqtisadiyyat naziri Mikayıl Cabbarov təşəbbüsün xüsusilə inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyətini vurğulayıb. Tədbirdə UNCTAD-ın baş katibi Rebeka Qrinspan, UNDP-nin administratoru Axim Ştayner və digər beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Dialoq çərçivəsində iqlim maliyyəsi, investisiya və ticarət siyasətlərinin formalaşdırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. Tədbirin sonunda keçmiş, hazırkı və növbəti COP Prezidentləri tərəfindən BICFIT Dialoqu üzrə Birgə Bəyannamə qəbul edilib.
İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov COP29 çərçivəsində keçirilən “İqlim Dəyişikliyinə Dayanıqlı Kiçik Orta Bizneslər” adlı tədbirdə çıxış edərkən bildirib ki, kiçik və orta biznes subyektlərinin yaşıl iqtisadiyyata keçidi iqlim dəyişikliyi ilə mübarizədə həlledici əhəmiyyət daşıyır. Məmmədovun sözlərinə görə, KOB-ların fərdi ekoloji təsiri az olsa da, onların ümumi təsiri iri şirkətlərlə müqayisə oluna bilər. Eyni zamanda, KOB-lar öz kiçik ölçüləri və məhdud resursları səbəbindən iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı daha həssasdırlar. KOBIA rəhbəri vurğulayıb ki, iqlim böhranının həlli milyonlarla KOB-un yaşıl iqtisadiyyat tələblərinə uyğunlaşması və xalis sıfır emissiyaya keçidi olmadan mümkün deyil.…
Milli Məclisdə 2025-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, Yaşayış minimumu, Ehtiyac meyarı haqqında qanun layihələrinin müzakirələrinin başladığı gün məlum olub.Müzakirələr adıçəkilən komitədə noyabrın 21-də başlayacaq. Xatırladaq ki, noyabrın 18-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq.
PAŞA Kapital və İsveçrənin Crossinvest Zürich AG şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb GDP xəbər verir ki, 15 noyabr 2024-cü il tarixində PAŞA Kapital İnvestisiya Şirkəti ilə İsveçrənin Crossinvest Zürich AG şirkəti arasında əməkdaşlıq memorandumunun imzalanma mərasimi keçirilib. Mərasimdə PAŞA Kapital İnvestisiya Şirkətinin İdarə Heyətinin sədri Ceyhun Hacıyev və Crossinvest Zürich AG-nin İdarə Heyətinin üzvü, İnkişaf Edən Bazarlar üzrə rəhbəri Fəqan Nağıyev iştirak ediblər. İmzalanmış strateji tərəfdaşlıq memorandumu çərçivəsində PAŞA Kapitalın yerli və xarici kapital bazarlarındakı fəaliyyətinin gücləndirilməsi, həmçinin Crossinvest Zürich AG-nin xarici investisiya məsləhətçiliyi sahəsində aktivliyinin artırılması planlaşdırılır. Sənədə əsasən, tərəflər maliyyə təhlili və investisiya idarəçiliyi sahəsində bilik və təcrübə…
Lənkəranda qadın sahibkarlar üçün həyata keçirilən “Qadın Sahibkarlar üçün Yaşıl Biznes və Eko-Liderliyin İnkişafı Proqramı” başa çatdı.“29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində iqlim dəyişmələri, onun həssas qruplar üzərində təsiri və bununla mübarizə yolları tez-tez müzakirə olunmaqdadır. Bu səbəblə 4-5 noyabr tarixlərində Lənkəran şəhərində qadın sahibkarlar üçün yaşıl bacarıqlar və dayanıqlı biznes təcrübələrini əhatə edən layihə icra olunub.“Qadın Sahibkarlar üçün Yaşıl Biznes və Eko-Liderliyin İnkişafı Proqramı” “Trendyol”un maliyyə, BMT-nin Azərbaycandakı Ofisinin təşkilati dəstəyi ilə Gender Hub Azerbaijan tərəfindən həyata keçirilmişdir. Proqram Azərbaycanın Lənkəran, Masallı, Cəlilabad, Beyləqan, Biləsuvar, Bərdə, Gəncə və Mingəçevir bölgələrindən olan, gender stereotipləri, maliyyə çətinlikləri və resurslara…
