- ABB-nin rəhbəri Abbas İbrahimov: “Rusiyadakı törəmə bankımız ötən il 50 milyon dollar qazanıb”
- ABB müştərilərin ümumilikdə 3 milyon 958.704 min manat vəsaitini fırıldaqçılıq cəhdlərindən qoruyub
- AzerGold “Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsini təqdim edib
- Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb
- Tramp: ABŞ-da enerji böhranı yoxdur, neft ehtiyatları kifayət qədərdir
- Nazir: “Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib”
- Taleh Kazımov: “Lombardlarla bağlı hüquqi-normativ baza yenilənib və razılaşdırma mərhələsindədir”
- “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək
Author: Aynure Gdp
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov AMB tərəfindən təşkil edilən “Dünyada dayanıqlı maliyyələşdirmənin təşviqi: dayanıqlı maliyyələşdirmə taksonomiyalarının uyğunluğu və müqayisəliliyi üzrə Yol Xəritəsi” mövzusunda panel müzakirəsində çıxış edib. “İlk növbədə, biz prioritetlər, məlumatlar və tənzimləmə daxil olmaqla yaşıl maliyyə üçün funksional ekosistem yaradacağıq”, – deyə Mərkəzi Bankın sədri bildirib. T.Kazımovun sözlərinə görə, AMB artıq Azərbaycan Yaşıl Taksonomiyasını hazırlayıb və bu prosesə müxtəlif maraqlı tərəflər, nazirliklər, maliyyə sənayesi assosiasiyaları və beynəlxalq maliyyə təşkilatları cəlb olunub. Mərkəzi Bank rəhbəri qeyd edib ki, Azərbaycanın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində 1991-ci illə müqayisədə 2050-ci ilə qədər emissiyaların 40 faiz azaldılması nəzərdə…
Trampın keçid komandası Bayden administrasiyasının elektromobillərə tətbiq etdiyi 7500 dollar məbləğində vergi güzəştini ləğv etməyi planlaşdırır. “Tesla”nın rəhbəri İlon Mask bu ilin əvvəlində bəyan etmişdi ki, bu subsidiyanın ləğvi “Tesla” satışlarına təsir göstərə bilər, lakin elektromobil bazarındakı “General Motors” kimi rəqiblərini müflis vəziyyətinə sala bilər.
Enerji əmtəə bazarında əhəmiyyətli qiymət dəyişiklikləri müşahidə olunub. Dünən əsas enerji daşıyıcılarının qiymətlərində müxtəlif istiqamətli dinamika qeydə alınıb. GDP xəbər verir ki, ən kəskin azalma təbii qaz qiymətlərində baş verib – 7.27% ucuzlaşma müşahidə edilib. Metanol qiymətləri də 0.65% geriləyib. Digər tərəfdən, Avropanın əsas təbii qaz mərkəzi olan Hollandiyanın TTF indeksi 5.54% artıb. Böyük Britaniyanın təbii qaz qiymətləri də 4.95% yüksəlib. Neft məhsulları və xam neft bazarında da müsbət dinamika müşahidə olunub: Bu qiymət dəyişiklikləri qlobal enerji bazarında davam edən volatilliyin göstəricisidir.
Bu gün COP29 Global forumu zamanı Mavi Zonada təşkil olunan “Daha Yaxşı Pambıq” konfransı zamanı Azərbaycan Tekstil Assosiasiyası ilə “Uztəxtilprom” Assosiasiyası arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədə Azərbaycan Tekstil Assosiasiyasının İcraçı direktoru Fəridə Axundova və “Uztextilprom” Assosiasiyasının Sədri Mirmuxsin Sultanov imza atıblar. Bu Memorandum iki təşkilat arasında strateji tərəfdaşlığın başlanğıcıdır və davamlı inkişaf, ekoloji məsuliyyət və COP29 prinsiplərinin tətbiqi əsasında tekstil sənayesinin inkişafına yönəlib. Əməkdaşlığın əsas məqsədləri dayanıqlı tekstil texnologiyaları və ekoloji təmiz istehsal sahəsində təcrübə mübadiləsi, hər iki ölkənin tekstil sənayesində enerji effektivliyi və texnologiyaların tətbiqinə dəstək, həmçinin karbon izinin azaldılması və tullantıların idarə olunmasını əhatə edən COP29…
Azərbaycanda “yaşıl istiqrazlar”ın qarşısında duran əsas maneə qanunverici çərçivənin olmamasıdır. Bunu “PAŞA Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev COP29 çərçivəsində keçirilən “Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” adlı tədbirdə bildirib. “COP29 öncəsində də “yaşıl istiqrazlar”a maraq var idi. Müzakirə olunacaq əsas məsələlərdən biri “yaşıl istiqrazlar”ın yaradılmasıdır. Lakin bu istiqrazların inkişafına mane olan əsas səbəb qanunverici bazanın yoxluğudur. Müvafiq qanunverici çərçivə olmadan “yaşıl istiqrazlar” bazara təqdim edilə bilməz və biz bu cür məhsulları təklif edə bilmərik. Bu istiqamətdə qanunverici orqanlarla iş aparılır və düzgün həll yolları hazırlanmalıdır ki, istiqrazlar bazara çıxarılanda hər hansı problem yaranmasın”, – deyə…
Nazir: “Son 30 ildə Azərbaycan CAREC ölkələrinə 4,2 milyard ABŞ dolları birbaşa investisiya yatırıb”
Son 30 il ərzində Asiya İnkişaf Bankının (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) üzv olan ölkələrindən Azərbaycana birbaşa investisiyalar 1,4 milyard ABŞ dolları, Azərbaycanın CAREC ölkələrinə birbaşa investisiyaları isə 4,2 milyard ABŞ dolları təşkil edib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində keçirilən “İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığı üzrə Nazirlər Görüşü”ndə bildirib. “Azərbaycan CAREC-ə üzv ölkələr ilə ticarət və investisiya əlaqələrinin gücləndirilməsi istiqamətində səylərini davam etdirir. Bu ilin ilk 9 ayı ərzində Azərbaycanla CAREC üzv dövlətləri arasında ticarət dövriyyəsi təxminən 4 milyard ABŞ dolları təşkil edib və həmin dövrdə CAREC ölkələrinin Azərbaycanın ümumi xarici ticarətindəki payı 11,5% olub. Qarşılıqlı investisiyalarda da eyni müsbət dinamikanı müşahidə…
Azərbaycan Sement İstehsalçıları Assosiasiyası ölkənin sement və beton sektorunun Xalis Sıfır Yol Xəritəsini BMT-nin İqlim Dəyişmələri üzrə konfransı – COP29 Azərbaycanda təqdim etdi. Bununla da, assosiasiyanın üzvləri inşaat sektorunda karbon emissiyalarının azaldılmasını sürətləndirmək cəhdlərini qlobal arenada da nümayiş etdirdilər. Layihənin təqdimatında Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının direktoru İsrail Asəliyev, Qlobal Sement və Beton Assosiasiyasının (GCCA) CEO-su Tomas Giyo, VDZ Elmi-Tədqiqat İnstitunun CEO-su və Avropa Sement Tədqiqatları Akademiyasının nümayəndəsi Martin Şnayder, PMD Projects şirkətinin CEO-su Nəriman Topçibaşov spiker qismində çıxış etdilər. İsrail Asəliyev tədbirin açılış nitqini etdi və qeyd etdi ki, Azərbaycanın sement sənayesi təkcə yerli deyil, qlobal səviyyədə də lider sənayelərdən…
Azərbaycan Respublikasının Mərkəzi Bankı, COP29 çərçivəsində Dayanıqlı Maliyyə Taksonomiyalarının Qarşılıqlı Əlaqəliliyi və Müqayisəliliyinin İnkişafına dair Yol Xəritəsini təqdim edib. GDP xəbər verir ki, Beynəlxalq Maliyyə Korporasiyası (BMK), Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsi (DBMŞ), Dayanıqlı Maliyyə üzrə Beynəlxalq Platforma (DMBP), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) və BMT Ətraf Mühit Proqramının Maliyyə Təşəbbüsünün dəstəyi ilə hazırlanan bu təşəbbüs, Maliyyə, İnvestisiya və Ticarət Günündə elan olunub. Mərkəzi Bankın sədri Taleh Kazımov, Yol Xəritəsinin həyata keçirilməsində fəal iştirak edəcəklərini bildirib: “Biz Yol Xəritəsinin tətbiqi və inkişafa nəzarət üçün strateji tərəfdaşlarımızla güclərimizi birləşdirəcəyik,” deyə vurğulayıb. Yol Xəritəsi, Paris Sazişinin iqlim hədəfləri istiqamətində dayanıqlı…
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov Mərkəzi Bankın ev sahibi ölkə olaraq Azərbaycanın COP29 zamanı iqlim maliyyələşməsi gündəmini inkişaf etdirməyə sadiq olduğunu bəyan edib. Kazımov iqlim maliyyələşməsinin genişləndirilməsi üçün güclü bir mühitin yaradılmasının vacibliyini qeyd edərək, dayanıqlı maliyyə çərçivələrinin uyğunlaşdırılmasının əsas element olduğunu vurğulayıb. Lakin o, “dayanıqlı investisiya” anlayışının nə demək olduğunu sorğulayıb. Kazımov qeyd edib ki, aparılan sorğuda 5,300 aparıcı investorun 70 faizindən çoxu dayanıqlı investisiya anlayışının kifayət qədər aydın olmadığını bildirib ki, bu da dayanıqlılıq anlayışının dəqiq tərifinin ehtiyacını ortaya qoyur. Buna görə də, taksonomiyalar və onların uyğunlaşdırılması dayanıqlı maliyyənin müəyyənləşdirilməsi və izlənməsi baxımından fundamental əhəmiyyət daşıyır.…
Noyabr ayının 14-də Azərbaycan Respublikasının Mərkəzi Bankı COP29 çərçivəsində Maliyyə, İnvestisiya və Ticarət Günündə “Qlobal maliyyə sistemi: iqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi” mövzusunda mühüm tədbir təşkil edib. GDP xəbər verir ki, tədbir Paris Sazişi məqsədləri ilə uyğunluq çərçivəsində yaşıl keçid üçün iqlim maliyyələşməsinin genişləndirilməsi və resursların səfərbər edilməsi məsələlərini müzakirə məqsədilə Çoxtərəfli İnkişaf Bankları (MDB-lər), investorlar da daxil olmaqla dövlət və özəl sektorların liderlərini bir araya gətirib. Mərkəzi Bankın sədri Taleh Kazımov açılış nitqində iqlim maliyyələşməsindən danışarkən kollektiv fəaliyyətin zəruriliyini vurğulayıb:”Hamımız başa düşürük ki, iqlim dəyişikliyi təkcə ekoloji böhran deyil. Bu, bütün ölkələrdən dərhal və birgə fəaliyyət tələb edən mürəkkəb…
