- “Norm Sement” klinker istehsalı gücünü 14% artıraraq 2 milyon tona çatdırıb
- PR və MarCom üzrə yeni kurs – “360 dərəcə Kommunikasiya” başlayır
- Dövlət büdcəsinin gəlirlərində 6,3% azalma, xərclərində 13,5% artım qeydə alınıb
- Azərbaycanda quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 6%-dən çox artıb
- “Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
- AZCON Holding-in Baş Direktoru Şahin Babayev: “Çinlə logistika sahəsində strateji tərəfdaşlığı genişləndiririk”
- Tamerlan Rüstəmov: “Fırıldaqçılıqla mərkəzləşdirilmiş mübarizə artıq bir çox ölkədə reallıqdır”
- Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub
Author: Aynure Gdp
Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, Memorandumun əsas məqsədi ölkədə islami sığorta xidmətlərindən istifadəni genişləndirmək üçün qurumlar arasında əməkdaşlığın hüquqi çərçivəsinin təmin edilməsidir. Anlaşma Memorandumu çərçivəsində qurumlar arasında islami sığorta sahəsində təcrübə mübadiləsinin, müxtəlif təlim və seminarların təşkili, eləcə də qarşılıqlı səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.Qeyd edilib ki, bu əməkdaşlıq ölkədə yeni maliyyə alətlərinin tətbiqinin genişlənməsinə, bununla da ölkəyə investisiya axınının sürətlənməsinə töhfə verəcək.
Marqaret Kotton: Beynəlxalq Valyuta Fondu subsidiyaları dəstəkləsə də zərərli subsidiyalara qarşıdır
Beynəlxalq Valyuta Fondu subsidiyaları dəstəkləsə də zərərli subsidiyalara qarşıdır. GDP xəbər verir ki, bunu Bakıda keçirilən Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda çıxış edərkən Beynəlxalq Valyuta Fondunun nümayəndəsi Marqaret Kotton deyib O bildirib ki, karbon qiymətqoymasından əldə olunan gəlirlər faydalı subsidiyaların yönəldilə bilər.İnfrastruktur və dekorbonizasiya digər hədəflərə yönəldilə bilər. Marqaret Kotton əlavə edib ki, karbon emissiyasının azaldılması və karbon qiymətqoyması mürəkkəb mövzulardan biridir.
Yaşıl enerjinin istehsal olunması və yaşıl enerjininin dünya bazarına nəqli Azərbaycan enerji siyasətinin prioritetdir. Bunu Bakıda keçirilən Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda çıxış edərkən Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib. O bildirib: “Karbon qiymətqoyma alətlərinin tətbiqi qarşıya çıxabiləcək maneələri daha yaxşı anlamağa və onların öhdəsindən gəlməyə kömək edir.Bu forum bu cür innovasiyaların paylanılması üçün mükəmməl platformadır.” Orxan Nəzərli qeyd edib ki, ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı gündəmində iddialı hədəflər yer alır. “Azərbaycan 2030 Sosial -İqtisadi inkişafa dair milli prioritetlərə uyğun olaraq yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji milli prioritetlər olaraq seçilmiş və 2022- 2026 illər…
Biz hesab edirik ki,təbii sərvətlərə malik olan ölkələrin xüsusi öhdəliyi var. GDP xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib O bildirib ki, fondun fəaliyyətə başlaması üçün ilkin olaraq 1 milyard ABŞ dolları məbləğində kapital toplanması və ən azı 10 donor ölkənin fonda qoşulması planlaşdırılır ki, fikrimizcə, COP29 çərçivəsində bu məsələ əsas müzakirə mövzularından biri olacaq.
OPEC+ ölkələrindən neft tədarükü 2023-cü ildəki 50,3 milyon barellə müqayisədə 2050-ci ilə qədər gündəlik 62,9 milyon barrelə qədər arta bilər. GDP xəbər verir ki,bu qiymətləndirmə OPEC-in uzunmüddətli Dünya Neft Proqnozunda(WOO) öz əksini tapıb. 2029-cu ilə qədər OPEC+ ölkələri sutkada 53,1 milyon barel neft tədarükünü təmin edə bilər.
ABB bazar proseslərində aktiv iştirak etməyə davam edəcək. Eyni zamanda, müştərilərimiz üçün təkliflərimizi daim inkişaf etdiririk, bu da onların sərmayələrinin səmərəliliyini 2 dəfə artırmağa imkan verir. Bu, əlbəttə ki, bizə əlavə məsuliyyət yükləyir. GDP xəbər verir ki, bunu ABB-nin İdarə heyətinin sədri Abbas İbrahimov ABB səhmlərinin yerləşdirlməsinin yekunlarına dair mətbuat konfrasında deyib. Bank rəhbəri qeyd edib:”İPO nəticəsində 1 səhmə düşən orta qiymət 27.44 qəpik təşkil edib.” Abbas İbrahimov əlavə edib ki,ABB 2024-cü ildə də gəlirlə fəaliyyət göstərir. Cari ilin 1 sentyabr tarixinə ABB 212 milyon manatdan çox xalis mənfəət qazanıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçirilən Türkiyə-ABŞ İş Şurasının tədbirində bildirib ki, ABŞ Türkiyənin ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) tədarükçüsünə çevrilib və Ankara bu sektorda uzunmüddətli razılaşmalar əldə etməyə çalışır. GDP xəbər verir ki,tədbir zamanı Ərdoğan ABŞ-ın mövcud ticarət məhdudiyyətlərinə də toxunub.“Əlavə gömrük rüsumları, dəmir, polad və alüminium sektorlarında CAATSA sanksiyaları kimi birtərəfli tədbirlər və məhdudiyyətlər aradan qaldırılmalıdır” deyə qeyd edib.
NEQSOL HOLDİNQ Təhsilin İnkişafı Fondu və Texnologiya SNI ilə əməkdaşlıq edərək, Silikon Vadisi standartlarına əsaslanan inqilabi İT təhsil platforması olan Peerstack Academy-nin istifadəyə verib. GDP xəbər verir ki,bu təşəbbüs NEQSOL-un Azərbaycanda innovasiyaları təşviq etmək və texnoloji istedadları inkişaf etdirmək öhdəliyini əks etdirir. Peerstack Akademiyası ilkin olaraq 250 iştirakçıya sürətlə inkişaf edən rəqəmsal iqtisadiyyatın ehtiyaclarına uyğunlaşdırılmış hərtərəfli İT təhsili verən proqramlar təklif edəcək. Kurslar dünya səviyyəli təhsil metodologiyalarını yerli təcrübə ilə birləşdirərək Azərbaycan Texniki Universitetinin yeni yaradılmış kampusunda keçiriləcək. NEQSOL Akademiyası bu transformasiyaedici proqrama daha geniş çıxışı təmin edərək, təhsil haqlarının əhəmiyyətli bir hissəsini sponsorluq edəcək. Tərəfdaşlıq NEQSOL Holdinqin telekommunikasiya, enerji…
Azərbaycanda qızıl, mis və gümüş istehsalçısı “Anglo Asian Mining plc” Qaradağ mis yatağı üzrə ilk müstəqil Mineral Resurs Qiymətləndirməsinin tamamlandığını elan edib. GDP xəbər verir ki, bu qiymətləndirmə “Mining Plus UK” tərəfindən aparılıb və ümumilikdə 285 milyon ton filizdə təxminən 900 000 ton mis metalının olduğunu təsdiq edib. Şirkətdən bildirilir ki, orta mis dərəcəsi 0.32 faiz təşkil edib. Hazırda London birjasında qızılın bir tonunun fyuçersi $9 762-dir. JORC kateqoriyasına əsasən, təsdiq edilmiş resurs kimi 86.9 milyon ton filizdə 304,300 ton mis hasil edilə biləcək. 198.0 milyon ton filizdə 592 600 ton mis hasil ediləcək və ümumilikdə 896 900 ton mis…
