- “Norm Sement” klinker istehsalı gücünü 14% artıraraq 2 milyon tona çatdırıb
- PR və MarCom üzrə yeni kurs – “360 dərəcə Kommunikasiya” başlayır
- Dövlət büdcəsinin gəlirlərində 6,3% azalma, xərclərində 13,5% artım qeydə alınıb
- Azərbaycanda quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 6%-dən çox artıb
- “Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
- AZCON Holding-in Baş Direktoru Şahin Babayev: “Çinlə logistika sahəsində strateji tərəfdaşlığı genişləndiririk”
- Tamerlan Rüstəmov: “Fırıldaqçılıqla mərkəzləşdirilmiş mübarizə artıq bir çox ölkədə reallıqdır”
- Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub
Author: Aynure Gdp
2024-cü il 23 sentyabr tarixində Asiya İnkişaf Bankının (AİB) ölkə nümayəndəliyinin ofisində sözügedən Bankın Azərbaycanda həyata keçirdiyi texniki yardım layihəsi çərçivəsində “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” (AFBİA) üzv təşkilatları üçün Suveren Yaşıl İstiqrazlar Çərçivəsi üzrə təlim proqramına start verilib. GDP xəbər verir ki,suveren Yaşıl İstiqrazlar Çərçivəsinə dair regional və qlobal perspektivdə qabaqcıl beynəlxalq təcrübələrin təhlili ilə yanaşı yaşıl istiqrazlara maraq doğuran mövzuları əhatə edəcək bu təlim proqramı 5 (beş) gün davam edəcək.
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 4 milyard 378 milyon 217 min manat təşkil edib. GDP xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 % çoxdur. O cümlədən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 32,1 % artaraq 1 milyard 411 milyon 951 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 3,5 % azalaraq 2 milyard 809 milyon 397 min manat, aksizlər üzrə daxilolmalar 11,4 % azalaraq 130 milyon 843 min manat, yol vergisi üzrə daxilolmalar isə 14 % azalaraq 26 milyon 27 min manat olub
Görüşün sonunda effektiv fəaliyyətin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin icrası barədə qərar qəbul olunub. GDP xəbər verir ki, Mərkəzi Bankın baş direktoru Vüsal Xəlilov Azərbaycan Banklar Assosiasiyasına üzv olan bankların nümayəndələri ilə görüşüb. Görüş zamanı Mərkəzi Bank tərəfindən innovativ maliyyə texnologiyalarının tətbiqi və rəqəmsal bankçılıq ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslərdən bəhs olunub. Bu istiqamətdə icra olunan layihələrə banklar tərəfindən nəzarət tədbirlərinin gücləndirilməsinin və layihələrin idarə edilməsinin səmərəliliyinin artırılmasının vacibliyi vurğulanıb. Görüşdə həmçinin layihələrin icra müddətlərinin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi üzrə fikir mübadiləsi aparılıb. Görüşün sonunda effektiv fəaliyyətin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin icrası barədə qərar qəbul olunub.
Almaniya Almaniyanın Commerzbank-ın alınmasını dəstəkləmədiyini bildirib. GDP xəbər verir ki, Almaniyanın ikinci bankının İtaliyanın UniCredit qrupuna satılmasına icazə verməyəcəyini bildirir. Almaniya Maliyyə Nazirliyinin nümayəndəsi qeyd edib ki, biz bu barədə UniCredit-ə məlumat verdik.
Digər investisiya şirkətləri vasitəsi ilə 1435 səhmdar daxil olub. GDP xəbər verir ki, bunu ABB-nin İdarə heyətinin sədri Abbas İbrahimov ABB səhmlərinin yerləşdirlməsinin yekunlarına dair mətbuat konfrasında deyib. O bildirib ki, ümumi 33 min 710 yeni investor cəlb olunub. Bundan 26 min 370-i və ya 84%-i rəqəmsal platformalar vasitəsi ilə olub. Abbas İbrahimov qeyd edib ki, bizə digər investisiya şirkətləri vasitəsi ilə 1435 səhmdar daxil olub. “Sifarişlərin say olaraq təxminən 1200 ədədi bizim tərəfdaş bir bankımızın rəqəmsal platforması vasitəsilə daxil olub. Məbləğ olaraq 5 milyon 600 min manatlıq sifariş digər bank və investisiya şirkətlərinin müştərilərindən daxil olub”-, deyə ABB-nin İdarə…
ABB-nin fiziki şəxs səhmdarlarının sayı 1794 nəfərdən 35 min 105 nəfərə qədər artıb. Bunu ABB-nin İdarə heyətinin sədri Abbas İbrahimov ABB səhmlərinin yerləşdirlməsinin yekunlarına dair mətbuat konfrasında deyib. O bildirib: “3 aylıq proses ölkəmizin kapital bazarları üçün tarixi nəticə ilə tamamlanıb. Belə ki, ABB səhmlərinə 33 mindən çox investor 50 min ədədə yaxın sifariş yerləşdirib və bütün sifarişlər icra olunub.” Abbas İbarhimovun sözlərinə görə, beləliklə, ABB-nin fiziki şəxs səhmdarlarının sayı 1794 nəfərdən 35 104 nəfərə qədər artıb.
Azərbaycanın milli aviadaşıyıcısı AZAL İsraildə baş verən son hadisələr və təhlükəsizlik məsələləri ilə əlaqədar Bakıdan Ben Qurion Hava Limanına (Təl-Əviv) və əks istiqamətdə reysləri dayandırıb. GDP xəbər verir ki,bu barədə AZAL məlumat yayımlayıb Təl-Əvivə aviabiletləri olan sərnişinlər vəsaitlərini tam geri ala və ya biletlərini başqa reysə cəriməsiz dəyişə bilərlər.
Çinə işgüzar səfər çərçivəsində Çinin Orta Dəhliz üzərindən fəaliyyət göstərən aparıcı logistika şirkətlərinin rəhbərləri və əyalətlərin rəsmiləri ilə görüşdük. GDP xəbər verir ki, bunu rəsmi sosial media hesablarında Rabitə Nəqliyyat və Yüksək Texnologiyalar Naziri Rəşad Nəbiyev yazıb. Nazir bildirib: “Orta featured vasitəsilə daşımaların təşkili, infrastrukturun ötürücülük qabiliyyətinin artırılması sahəsində gorülən işlər və qonşu ölkələrlə əməkdaşlıq məsələlərini müzakirə etdik” Nazir qeyd edib ki, nümayəndələri son zamanlar Orta Dəhliz üzrə daşımaların sürətinin artmasında, keyfiyyət göstəricilərində irəliləyiş müşahidə olunduğunu bildirdilər
