- Dövlət büdcəsinin gəlirlərində 6,3% azalma, xərclərində 13,5% artım qeydə alınıb
- Azərbaycanda quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 6%-dən çox artıb
- “Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
- AZCON Holding-in Baş Direktoru Şahin Babayev: “Çinlə logistika sahəsində strateji tərəfdaşlığı genişləndiririk”
- Tamerlan Rüstəmov: “Fırıldaqçılıqla mərkəzləşdirilmiş mübarizə artıq bir çox ölkədə reallıqdır”
- Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub
- Nvidia süni intellekt agentləri üçün açıq platforma olan NemoClaw-ı təqdim edəcək.
- Brent nefti 92,89 dollara qədər ucuzlaşıb
Author: Aynure Gdp
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının birgə təşkilatçılığı, “PAŞA Holding”in dəstəyi ilə oktyabrın 1-də Azərbaycan Ticarət Forumu keçiriləcək. “KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusuna həsr olunacaq forumun məqsədi sahibkarların iştirakı ilə idxal-ixrac əməliyyatları ilə bağlı mövcud vəziyyəti və imkanları, onların ixracda payının artırılmasını və ticarət sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etməkdir. Forumda dövlət rəsmilərinin, idxal-ixrac, istehsalat, logistika, gömrük təmsilçiliyi və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Azərbaycan Ticarət Forumu ilə bağlı ətraflı məlumat və qeydiyyatdan keçmək üçün: https://forum2024.agtl.org.az/#form
İlham Əliyev Ağdam Sənaye Parkında bir sıra müəssisələrin açılışında iştirak edib: ▪️ Müxtəlif təyinatlı ayaqqabı istehsalı fabrikləri. ▪️Elektrik paylayıcı avadanlıqların, elektrik rozetkalarının və beton yarımstansiyalarının istehsalı zavodu. ▪️Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodu. ▪️ Divar kağızı istehsalı zavodu. ▪️ Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatlarının istehsalı zavodu. ▪️Dam örtükləri istehsalı zavodu.
Türkiyə Mərkəzi Bankı ardıcıl altıncı iclasda illik 50% dərəcəsini saxlayıb GDP xəbər verir ki, Türkiyə Mərkəzi bankı yeddi günlük repo əməliyyatları üzrə faiz dərəcəsi illik 50% səviyyəsində qalıb. Bu, 2002-ci ildən bəri ən yüksək səviyyədir. Qərar analitiklərin proqnozları ilə üst-üstə düşüb. Mərkəzi Bankın bəyanatında baza inflyasiyanın qiymətləndirilməsi avqust iclası ilə müqayisədə dəyişməyib. Yüksək faiz dərəcələri də daxil olmaqla daxili tələbin zəifləməsi inflyasiya üzərində aşağı istiqamətli təzyiq yaratsa da, inflyasiyanın sürətlənməsi riski qalmaqdadır. “Üçüncü rübün göstəriciləri göstərir ki, Türkiyədə daxili tələb zəifləməkdə davam edir və bu, inflyasiyanın yavaşlamasına səbəb olur. Əsas inflyasiyada əhəmiyyətli və davamlı azalma baş verənə və inflyasiya gözləntiləri…
Avrozonada inflyasiya avqustda 2,2% səviyyəsində təsdiqlənib GDP xəbər verir ki, Avropa İttifaqının Eurostat statistika idarəsinin yekun məlumatlarına görə, 2024-cü ilin avqustunda avrozonada istehlak qiymətləri illik müqayisədə 2,2% artıb. Məlumatlar həm ilkin qiymətləndirmə, həm də Trading Economics tərəfindən sorğu edilən analitiklərin konsensus proqnozu ilə üst-üstə düşdü. İyul ayı ilə müqayisədə inflyasiya 2,6% səviyyəsində azalıb.
Səhm emissiyaları tərəfindən baxanda potensial olaraq 3 ilin tamamına açıq kütləvi təklifə çıxarıla biləcək səhm kapiatlı bizim fikrimizcə 500 milyona qədər ola bilər. GDP xəbər verir ki, bunu Bakı Fond Birjasının İdarə heyətinin sədri Ruslan xəlilov deyib. O bildirib ki, sonuncu İPO Beynəlxalq Bankın 80 milyonluq həcmi çıxanda. Biz komanda daxilində aparılan araşdırmalarda şirkətlərin balanslarını təhlil edirik. Əsasən hansı şirkətlər İPO-ya hazırdır və hansı hissəni İPO-ya çıxarıla bilər bu kimi məslələri araşdırırıq. Ruslan Xəlilov qeyd edib ki, xırda hissələri çıxsaq ideal olaraq yəni prosesi yaxşı idarə ediləcəyini təxmin etsək bu həcmi heç olmasa 500 milyona çatdırmağı təxmin edirəm. Qeyd etmək…
Çalışırıq listinqin digər seqmentlərinin şərtlərini elə edək ki,hətta listinqin minimal qaydalarını ödəməyən şirkət həvəslənsin gəlsin. Bunu Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov GDP-yə açıqlamasında deyib. O bildirib: “Daha çox dayanıqlıq baxımdan listinqə zəif şirkət düşməli deyil. Listinqə düşən şirkət minimal standartlara cavab verməlidir.” Ruslan Xəlilov əlavə edib, eyni zamanda çalışırıq listinqin digər seqmentlərinin şərtlərini elə edək ki, hətta listinqin minimal qaydalarını ödəməyən şirkət həvəslənsin gəlsin. “Digər seqmentdə təcrübə toplayaraq,qaydalara alınaraq özünü yetişdirib listinqin yüksək seqmentinə çıxa bilsin.Bizim listinq qaydalarına yenidən baxılması ilə bağlı yanaşmamız bu yöndəndir”,-deyə BFB rəhbəri qeyd edib.
ABŞ Federal Ehtiyat Sistemi 2020-ci ilin martından bəri ilk dəfə baza dərəcəsini 50 baza bəndi azaldaraq 4,75-5%-ə endirdi. GDP xəbər verir ki, FED-in yenilənmiş makro proqnozu işsizliyin daha yüksək səviyyələrini və inflyasiyanın aşağı səviyyələrini nəzərdə tutur ki, bu da pul siyasətinin davamlı yumşaldılmasının lehinədir. FED, həmçinin təxmin edilən ÜDM artımı (2,1% əvəzinə 2%), işsizliyin artımının sürətləndirilməsi (4%-dən 4,4%-ə qədər) və qiymət dinamikası baxımından ABŞ iqtisadiyyatının əsas göstəriciləri üzrə proqnozları yeniləyib – inflyasiya proqnozu 2,6%-dən 2.3 %-ə qədər aşağı salıb. Baza inflyasiyanın bu il 2,6% (2,8%-ə qarşı) və gələn il 2,2% (2,3%-ə qarşı) olacağı gözlənilir. Mütəxəssislərin fikrincə, indi Braziliya və digər…
Mərkəzi Bankın İdarə Heyətinin 12 sentyabr 2024-cü il tarixli Qərarı ilə “K Group” MMC-yə elektron pul təşkilatı, “M.A.X Sistemləri Plyus” MMC və “Cibpay” MMC-yə ödəniş təşkilatı, həmçinin “Azərikard” MMC-yə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub. GDP Azərbaycan Mərkəzi Bankına İstinadən xəbər verir ki,Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.
2024-cü ilin ilk 8 ayı ərzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti satış və mübadilə mərkəzindən pərakəndə formada 2580 ədəd qızıl külçə, 1634 ədəd qızıl sikkə satılıb. Bu barədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən GDP -yə məlumat verilib Qeyd edək ki, “AzerGold” QSC 2018-ci ildən etibarən ilk dəfə olaraq yerli qızıl və gümüş xammalından hazırlanan sikkə və külçələri pərakəndə bazarda satışa təqdim edib. Məlumata görə, satılan gümüş sikkələrin sayı isə 78 ədəd təşkil edir.
