Author: Aynure Gdp

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, Ukraynada vəziyyətin daha da gərginləşməməsi üçün Rusiya prezidenti Vladimir Putinə zəng edib.  GDP xəbər verir ki, The Washington Post qəzetinin vəziyyətdən xəbərdar olan mənbələrə istinadən verdiyi məlumata görə, Tramp cümə axşamı Putinlə ilk telefon söhbətini aparıb. Tramp söhbət zamanı Putinə müraciət edərək, Ukrayna münaqişəsinin daha da gərginləşməsindən çəkinməsini istəyib. Trampın prezident seçilməsindən sonra Putinlə keçirdiyi bu ilk telefon söhbəti dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir. Söhbətin ətraflı detallarına dair məlumat verilməsə də, Trampın Ukrayna ilə bağlı müraciəti ABŞ-Rusiya münasibətlərində yeni mərhələnin başlaya biləcəyinə dair müxtəlif təhlillərə yol açıb.

Read More

Warren Buffettin rəhbərlik etdiyi Berkshire Hathaway üçüncü rübdə Apple şirkətindəki payını 25% azaldaraq səhmlərdən çıxmağı davam etdirib. Şirkət nağd vəsaitlərini rekord hədd -325,2 milyard dollara çatdırıb. Berkshire bu rübdə Apple-ın 100 milyon səhmini sataraq, şirkətdəki payını 300 milyon səhmə endirib. 2024-cü ildə ümumilikdə 600 milyondan çox səhm satılsa da, Apple 69,9 milyard dollarlıq dəyərlə Berkshire-in ən böyük səhm paketi olaraq qalmaqdadır. Şirkətin rüblük əməliyyat mənfəəti 6% azalaraq 10,09 milyard dollar təşkil edib. Bu azalmanın əsas səbəbləri Helene qasırğası ilə bağlı sığorta öhdəliklərinin artması və ABŞ dollarının güclənməsi ilə əlaqədar valyuta itkiləridir. Warren Buffett mayda Apple səhmlərinin satışını federal vergi dərəcəsinin…

Read More

Texnologiya şirkətləri maliyyə ilinin sonunda işdən çıxarmalara daha çox müraciət etməyə başlayıblar. GDP xəbər verir ki,onlayn səyahət agentliyi Booking 6000 əməkdaşı (işçi heyətinin 25%-ni) ixtisar etmək niyyətindədir. Booking üçüncü rüb üzrə əməliyyat xərclərinin 13,6% artdığını açıqlayıb. İşdən çıxarmaları elan edən ilk şirkət deyil. ABŞ-a köçən Perm startapı Miro işçi heyətinin təxminən 18%-ni – 300 nəfəri işdən azad edəcək. Layoffs-un məlumatına görə, ABŞ-ın texnologiya sektorunda hər gün 780 əməkdaş işini itirir. Keçən il bu sahədə 263 min insan işsiz qalıb.

Read More

Noyabrın 27-si Yelo Bank-ın dəstəyi, Finance Time Şirkətinin təşkilatçılığı, və 123media-nın birgə təqdimatı ilə PR Forum 2024 keçiriləcək. Tədbirdə sahələrində tanınmış bir çox nüfuzlu spikerlər çıxış edəcək. Onlar öz təcrübələrini bölüşərək, iştirakçılara dəyərli məsləhətlər verəcəklər. PR Forumunun əsas məqsədi gənc mütəxəssisləri bir araya gətirmək və onlara qiymətli biliklər və təlimatlar verməkdir. Tədbir zamanı, müxtəlif sektorlarda uğur qazanmış mütəxəssislər öz hekayələrini, nailiyyətlərini və çətinlikləri necə aşdıqlarını paylaşacaq. Bu, iştirakçılara peşəkar inkişaf və şəbəkə qurma imkanı verəcəkdir. PR Forum, mövcud bilikləri genişləndirmək və iş dünyasında öz yerinizi möhkəmləndirmək üçün unikal bir tədbirdir. PR Forum 2024 Tərəfdaşları – İnnovasiyalar Mərkəzi, A-Qroup Sığorta Şirkəti, TAM…

Read More

Sement sektorunda xalis sıfır emissiyaya nail olmaq məqsədilə Xalis Sıfır Yol Xəritəsinin hazırlanması istiqamətində mühüm addım atılıb. GDP xəbər verir ki, Azərbaycan Sement İstehsalçıları Assosiasiyası ilə Avropa Sement Tədqiqatı Akademiyası (ECRA) arasında Anlaşma Memorandumu imzalanıb. ECRA-nın dəstəyi ilə hazırlanacaq yol xəritəsi, sement istehsalında karbon emissiyasının sıfıra endirilməsi üçün konkret addımları müəyyən edəcək. Layihə çərçivəsində Qlobal Sement və Beton Assosiasiyasının təsdiq edilmiş metodologiyasından istifadə olunacaq. Bu, yol xəritəsinin beynəlxalq standartlara uyğunluğunu təmin edəcək. Bu təşəbbüs sement sənayesinin ətraf mühitə təsirinin azaldılması və davamlı inkişaf məqsədlərinə nail olunması istiqamətində atılan əhəmiyyətli addımlardan biridir.

Read More

Bitcoin (BTC) kriptovalyuta bazarında yeni bir rekorda imza atdı. GDP xəbər verir ki,dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan Binance-də Bitcoin ilk dəfə 80,000 dollar səviyyəsini keçdi. Bu, Bitcoinin tarixində qeydə alınmış ən yüksək qiymətdir. Bu yüksəliş kriptovalyuta bazarında yeni bir dönüş nöqtəsi hesab olunur və rəqəmsal aktivlərə olan marağın artdığını göstərir.

Read More

Azərbaycan Beynəlxalq Bankı (ABB) Açıqsəhmdar Cəmiyyəti növbədənkənar ümumi yığıncağının keçiriləcək. GDP xəbər verir ki, yığıncaq 13 dekabr 2024-cü il tarixində saat 15:00-da Bakı şəhəri, Nizami küçəsi 67 ünvanında baş tutacaq. Toplantının əsas gündəliyində nizamnamə kapitalının artırılması və Nizamnamənin yeni redaksiyada təsdiq edilməsi məsələləri müzakirəsi var. Bundan əlavə, ABB-nin törəmə innovasiya şirkətinin yaradılması da gündəmdədir. Səsvermə qiyabi şəklində həyata keçiriləcək və səsvermə bülletenləri 1 dekabr 2024-cü il tarixindən etibarən səhmdarların şəxsi kabinetlərində yerləşdiriləcək.

Read More