- ABB-nin rəhbəri Abbas İbrahimov: “Rusiyadakı törəmə bankımız ötən il 50 milyon dollar qazanıb”
- ABB müştərilərin ümumilikdə 3 milyon 958.704 min manat vəsaitini fırıldaqçılıq cəhdlərindən qoruyub
- AzerGold “Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsini təqdim edib
- Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb
- Tramp: ABŞ-da enerji böhranı yoxdur, neft ehtiyatları kifayət qədərdir
- Nazir: “Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib”
- Taleh Kazımov: “Lombardlarla bağlı hüquqi-normativ baza yenilənib və razılaşdırma mərhələsindədir”
- “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək
Author: Aynure Gdp
“ABB Invest İnvestisiya Şirkəti” QSC-nin 2024-cü ilin yanvar-oktyabr ayları üzrə cəmi əməliyyatlarının həcmi də 2023-cü ildəki 6 milyard 480 milyon 575,085 min manatdan 2024-cü ildə 39 milyard 959 milyon 883,345 min manata yüksəlib. Bu, 33 milyard 479 milyon 308,260 min manat və ya 516.47% artım deməkdir. GDP xəbər verir ki, bu barədə Bakı Fond Birjasında ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri ilə bağlı aylıq hesabatda məlumat verilib. Hesabata görə, 2023-cü ildə dövriyyəsi 6 milyard 480 milyon 570,855 min sanat olub və bazar payı 18.38% təşkil edib. 2024-cü ildə isə dövriyyəsi 39 milyard 959 milyon 883,435 min manata çatıb və…
Mərkəzi Bank olaraq, COP29-un ev sahibi ölkəsi kimi, Davamlı Maliyyə Taksonomiyalarının Uyğunluğu və Müqayisəliliyinin İrəliləməsi üzrə Yol Xəritəsini hazırlamışıq. GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin rəhbəri Taleh Kazımov Toronto Mərkəzinə müsahibəsində deyib. Kazımovun sözlərinə görə, Yol Xəritəsi, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəklədiyi Davamlı Bankçılıq və Maliyyə Şəbəkəsi (SBFN), Davamlı Maliyyə üzrə Beynəlxalq Platforma və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb. Bu qlobal təşəbbüs, fərqli ölkələrin taksonomiyalarının uyğunlaşdırılması yolu ilə, iqlim hədəflərinə çatmaq üçün davamlı maliyyə standartlarının effektivliyini artırmağı hədəfləyir. “Taksonomiyaların uyğulu olması onların effektivliyini artırır. Hal-hazırda bir çox ölkə öz taksonomiyasını hazırlasa…
Azərbaycan nüvədən dinc məqsədlərlə istifadə prinsipinə sadiqdir və COP28, Nüvə Enerjisi Sammitindən sonra COP29-un da iqlim dəyişikliyi ilə mübarizədə nüvə enerjisinin əhəmiyyətini vurğulayan və onu təşviq edən bir platforma olmasına xüsusi diqqət yetirəcək. GDP xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Romada İtaliya və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Termo Nüvə Enerjisi Qrupunun (World Fusion Energy Group – WFEG) birinci nazirlər iclasındakı çıxışında deyib. Nazir nüvə enerjisinin yüksək səmərəliliyi, minimal resursla böyük miqdarda elektrik enerjisi istehsal etməsi və aşağı karbon emissiyası ilə təmiz, sabit və uzunmüddətli enerji mənbəyi kimi qlobal enerji keçidində…
Maliyyə bazarlarında kəskin artım müşahidə olunub. Dow Jones Sənaye İndeksi üzrə fyuçerslər 1,200 punkt və ya təxminən 2.9% artaraq son 1.5 ilin ən yüksək artımını qeydə alıb. GDP xəbər verir ki, Wall Street-in digər əsas indeksləri də müsbət dinamika nümayiş etdirib. Belə ki, S&P 500 fyuçersləri 2.4% yüksəlib, Nasdaq 100 texnologiya indeksi isə 1.8% artıb. Qeyd edək ki, Dow Jones indeksinin bir ticarət sessiyası ərzində 1,000 punktdan çox artması nadir hallarda baş verir. Sonuncu belə kəskin artım 2022-ci ilin noyabr ayında qeydə alınmışdı. Ekspertlər bu artımı investorların gələcəyə olan optimist gözləntiləri və maliyyə bazarlarında artan likvidliklə əlaqələndirirlər.
Tesla şirkətinin səhmləri Donald Trampın ABŞ prezidenti seçilməsi xəbərindən sonra 15% artıb. GDP xəbər verir ki, investorlar Elon Maskın şirkətinin Trampın Ağ Evə qayıdışından əhəmiyyətli dərəcədə faydalanacağını proqnozlaşdırır. Qeyd edək ki, Elon Mask respublikaçı namizədləri dəstəkləmək üçün 130 milyon dollardan çox vəsait sərf edib və X platformasında onların gündəliyini fəal şəkildə təbliğ edib. Tramp da öz növbəsində Floridadakı seçki kampaniyası zamanı Maskı tərifləyib. Wedbush analitikləri hesab edir ki, tənzimləmələrin azaldılması və emissiya standartlarının yumşaldılması Teslaya rəqabət üstünlüyü verə bilər. Mask özü də avtonom nəqliyyat vasitələrinin təsdiqlənməsi proseslərinin sadələşdirilməsinin potensial faydalarını vurğulayıb. Trampın qələbəsi İnflyasiyanın Azaldılması Aktı da daxil olmaqla bir…
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin gələcək siyasi kursunun əsas istiqamətlərini açıqlayıb. GDP xəbər verir ki,o, bundan sonra müharibələrin dayandırılacağını vəd edib. “Bizim kursumuz 180 dərəcə dəyişəcək. Biz bunu hər yerdə, bütün sahələrdə edəcəyik və bu, amerikalıların öz ölkələrində nəzarəti yenidən ələ alacağı dövr olacaq”, – deyə Tramp bildirib. Yeni prezident həmçinin Amerikanı “yenidən sağlam edəcəyini” vəd edib. O, vergilərin azaldılacağını və ABŞ-ın Səudiyyə Ərəbistanı və Rusiyadan daha çox neft ehtiyatına malik olduğunu qeyd edib.
Donald Tramp Floridada tərəfdarları qarşısında çıxış edərək özünü ABŞ prezident seçkilərinin qalibi elan edib. GDP xəbər verir ki, o, çıxışı zamanı Birləşmiş Ştatların “qızıl dövrünü” başlayacağını vəd edib. Tərəfdarları qarşısındakı nitqində Tramp seçkilərdə “heyrətamiz qələbə” qazandığını və bu qələbənin bütün Amerika xalqının maraqlarına xidmət edəcəyini bildirib. Qeyd edək ki, bu açıqlama rəsmi seçki nəticələrinin elan edilməsindən əvvəl səsləndirilib.
Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurasının yaradılmasına dair mühüm sənəd imzalanıb. GDP-nin məlumatına görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov öz rəsmi sosial şəbəkə hesabında bildirilib ki, imzalanan memorandum qurumlar arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olacaq. Sənəd təşkilata üzv ölkələrin mərkəzi (milli) bankları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcək. Eyni zamanda, memorandum çərçivəsində müxtəlif sahələrdə qurumlar arasında bilik və təcrübə mübadiləsinin təşviqi nəzərdə tutulur.
