- “Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
- AZCON Holding-in Baş Direktoru Şahin Babayev: “Çinlə logistika sahəsində strateji tərəfdaşlığı genişləndiririk”
- Tamerlan Rüstəmov: “Fırıldaqçılıqla mərkəzləşdirilmiş mübarizə artıq bir çox ölkədə reallıqdır”
- Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub
- Nvidia süni intellekt agentləri üçün açıq platforma olan NemoClaw-ı təqdim edəcək.
- Brent nefti 92,89 dollara qədər ucuzlaşıb
- ABŞ səhm bazarı həftəyə yüksəlişlə başladı
- Reuters: “ABŞ BƏƏ və Hindistanda Rusiya ilə bağlı daha iki treyderi sanksiya siyahısından çıxardıb”
Author: Aynure Gdp
2024-cü ilin ilk 8 ayı ərzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti satış və mübadilə mərkəzindən pərakəndə formada 64.26 kq qızıl, 1.05 kq gümüş məhsulları satılıb. Bu barədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən GDP -yə məlumat verilib Qeyd edək ki, “AzerGold” QSC 2018-ci ildən etibarən ilk dəfə olaraq yerli qızıl və gümüş xammalından hazırlanan sikkə və külçələri pərakəndə bazarda satışa təqdim edib.
Manatın nominal effektiv məzənnəsinin bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib
Bu dövrdə manatın nominal effektiv məzənnəsinin (2024-cü ilin 8 ayında 2.8%) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, uçot dərəcəsi ilə bağlı əvvəlki iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Ötən iclasdan bəri illik inflyasiya yüksəlsə də, hədəf diapazonu (4±2%) daxilində olub. Belə ki, 2024-cü ilin avqust ayında 12 aylıq inflyasiya 3.5%, ərzaq malları üzrə inflyasiya 3%, qeyri-ərzaq malları üzrə 1.8%, xidmətlər üzrə 5.6% təşkil edib. İllik baza inflyasiya isə 2.4% olub. İnflyasiyanın xarici fonu ümumilikdə sabitdir. Bu dövrdə manatın nominal effektiv məzənnəsinin (2024-cü ilin 8 ayında 2.8%) bahalaşması idxal inflyasiyasının…
Təminatsız bazarda 1 gün ərzində baş tutan əməliyyatların orta həcmi də avqust ayında maksimum həddə (534 mln. manat) çatıb GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının faiz qərarı ilə bağlı press-relizində məlumat verilib. Bildirilir ki, pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq sterilizasiya əməliyyatlarının ilin əvvəlindən həcmini kəskin azaldıb. Press-relizdə həmçinin Mərkəzi Bankın notların həcminin azaldığı qeyd edilib “Mərkəzi Bankın emissiya etdiyi notların həcmi cari ilin 8 ayında 45.6% azalıb. Avqust ayında 1 günlük təminatsız əməliyyatlar…
Microsoft və BlackRock investisiya şirkəti süni intellektin inkişafı üçün 30 milyard dollarlıq fond yaradır GDP xəbər verir ki, Microsoft Korporasiyası sentyabrın 17-də axşam məqsədi inkişafa investisiya olacaq Qlobal AI İnfrastruktur İnvestisiya Tərəfdaşlığı (GAIIP) beynəlxalq layihəsinin yaradılmasını elan etdi.süni intellekt (AI) və əlaqəli infrastrukturla bağlı perspektivli inkişaflar. Layihədə Microsoft ilə birlikdə Amerikanın BlackRock investisiya fondu, yüksək texnologiyalı avadanlıq istehsalçısı Nvidia və MGX (BƏƏ) investisiya şirkəti iştirak edir. Birinci mərhələdə 30 milyard dollar həcmində investisiya fondu yaradılır, növbəti mərhələdə fondun həcminin 100 milyard dollara çatdırılması nəzərdə tutulur.
Çin ultra varlıların sayına görə ABŞ-ı qabaqlayır GDP xəbər verir ki, son 10 ildə sentilyonerlərin, yəni xalis sərvəti 100 milyon dollar və ya daha çox olan insanların sayı dünya üzrə 54% artaraq 29350 nəfərə çatıb. Çində sentimilyonçuların sayı son on il ərzində 108% artaraq, eyni dövrdə super zənginlərin sıraları 81% artan ABŞ-ın təsirli göstəricilərini belə geridə qoyub. Avropada, əksinə, son on ildə yüz milyonçuların sayının artımı kifayət qədər səngiyib, cəmi 26%.
Nazirlər Kabineti işəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərini müəyyən edib GDP xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər olan işəgötürənlər bu ilin sonuna qədər, iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər gələn il iyulun 1-nə qədər, ailə kəndli təsərrüfatları və ailə müəssisələrinin işəgötürənləri isə gələn ilin sonuna qədər əmək müqavilələrini elektron sənəd formasına keçirməlidir.
Tədiyə balansının cari əməliyyatlar hesabında 2024-cü ilin ilk 6 ayında 2.6 mlrd. ABŞ dolları və ya ÜDM-in 7.5%-i səviyyəsində profisit olub. GDP xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının Faiz dəhlizinin parametrləri haqqında press-relizində bildirilir. Qeyd edilib ki, cari hesabın başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin ilk 8 ayında 5.5 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Ölkənin strateji valyuta ehtiyatları 8 ayda 6.1% artaraq 72.6 mlrd. ABŞ dollarına çatıb.
Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında tam təmin edilib. İlin qalan dövründə dövlətin birbaşa xarici valyutada artan xərclərinin (COP29 və digər dövlət xərcləri) icrasına dəstək məqsədilə Mərkəzi Bankın valyuta bazarına satış yönlü müdaxiləsi istisna olunmur. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi bankının faiz qərarı ilə bağlı press-relizində məlumat verilib. Məlumata görə,bu əməliyyatlar Mərkəzi Bank tərəfindən 2022-2023-cü illərdə valyuta bazarına edilmiş 4.2 milyard ABŞ dolları həcmində alış yönlü müdaxilə nəticəsində əldə edilmiş xarici valyuta hesabına aparılacaqdır. Gözlənilən satış yönlü valyuta müdaxiləsi həm də əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verəcəkdir.
