Author: Aynure Gdp

Mərkəzi Bankda Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük.GDP xəbər verir ki,bunu Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Taleh Kazımov deyib O bildilirb ki, “Görüş zamanı DB-nin 2025-2029-cu illəri əhatə edəcək Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin mühüm istiqamətləri, davam edən investisiya layihələrinin cari statusu, eləcə də DB tərəfindən COP29 çərçivəsində göstərilə biləcək dəstək ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardıq.”Taleh Kazımov həmçinin “Görüşdə həmçinin qurumlar arasında mövcud əlaqələrin daha da genişləndirilməsi perspektivlərini və yaşıl taksonomiyanın hazırlanması üzrə DB-nin dəstək imkanlarını müzakirə etdik”,-deyə qeyd edib.

Read More

2024-cü ilin birinci yarısında Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 243 milyon dollar əməliyyat məsrəfləri və 698 milyon dollardan artıq əsaslı məsrəflər xərclənib. GDP xəbər verir ki, 2024-cü ildə AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanıb. Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edir. Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə bp-nin dünyada indiyədək həyata keçirdiyi…

Read More

UForex “Battle of Traders” müsabiqəsini keçirərək, növbəti dəfə gənc treyderlərə öz dəstəyini göstərdi. Müsabiqə ilə bağlı yaranan sualları “Unicapital İnvestisiya Şirkəti” ASC-nin Direktoru Elmira Qəribova cavablandırıb. – Elmira xanım, müsabiqənin məğzi və məqsədi haqqında bizə məlumat verə bilərsiniz? – Müsabiqənin əsas məqsədi yeni başlayan investisiya həvəskarlarına bu sahədə təcrübə toplamaq və özlərini nümayiş etdirmək üçün imkan yaratmaqdır. Sözügedən yarışma sayəsində treyderlər tamamilə risksiz, sıfır kapitalla bazara daxil olub özlərini sınamaq fürsəti qazanırlar. 20 gün ərzində iştirakçılarımız təlim hesablarında ticarət aparıb, ən uğurlu nəticəyə nail olmağa çalışacaqlar. – Sonda qalibləri nə gözləyir? – Sonda maksimum gəlir qazanan üç treyder qalib elan…

Read More