Author: Aynure Gdp

Reuters agentliyi bildirir ki, neftin qiyməti yenidən bir barel üçün 100 dollara çata bilər: “Sabah broker şirkətləri ticarətə başlayacaq, neft 100 dollara yüksələcək və bu, yalnız başlanğıcdır.” GDP xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyəti Dubay və Əbu-Dabi birjalarında ticarətin dayandırıldığını açıqlayıb. Bazar ertəsi və çərşənbə axşamı günləri hərraclar keçirilməyəcək. Bloomberg-in məlumatına görə, Yaxın Şərqdə baş verən yeni münaqişə fonunda Misir və Səudiyyə Ərəbistanı bazarlarında eniş müşahidə olunub. Səudiyyə Ərəbistanının əsas indeksi olan Tadawul 2,2 faiz, Misir indeksi isə 2,5 faiz azalıb. Küveyt birjası isə ehtiyat tədbiri olaraq ticarəti müvəqqəti dayandırıb. Regionun infrastrukturunda da problemlər yaranmağa başlayıb. Mayeləşdirilmiş təbii qazın…

Read More

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) gəmilərin Hörmüz boğazından keçidini qadağan edərək, gündəlik 20–21 milyon barrel neftin (dünya istehlakının təxminən 20%-i) keçdiyi əsas marşrutu faktiki olaraq bağladığını elan edib. GDP xəbər verir ki, qərb mediası ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra tankerlərin boğazdan yan keçməyə başladığını bildirir. Bloomberg-in məlumatına görə, gəmilər hər iki tərəfdə toplanır, sahiblər isə kapitanları ehtiyatlı olmağa çağırır. Neft qiymətləri Asiya ticarətinin açılması ilə kəskin şəkildə yüksələ bilər. Bazar gününə OPEC+ iclası planlaşdırılıb və burada hasilatın 137 min barrel artırılması gözlənilirdi, lakin indi daha əhəmiyyətli artım mümkündür. Məlumat Ətraflı Bağlanma elanı İİKK radio tezliyində “heç bir gəminin…

Read More

Dollar dəyər itirir. G10 ölkələrinə qarşı deyil, orada əsasən sabitdir, ancaq inkişaf etməkdə olan bazarlara qarşı, demək olar ki, hər gün yeni minimumlar görür. Bütün bunların əsas benefisiarlarından biri Braziliya realıdır ki, hazırda ABŞ dolları qarşısında təxminən 2 ilin ən güclü səviyyəsindədir… Dolların düşməsinin nə ilə əlaqəli olmadığını başa düşmək vacibdir. Xaotik şəkildə tətbiq edilən qarşılıqlı tariflərə və Tram pulun FED-ə hücumlarına baxmayaraq, ehtiyatları idarə edənlərin investisiyaları sabit qalır. Bu, dolların ehtiyat valyuta statusunun təhlükə altında olmadığını göstərir — ona alternativ hələ ki, yoxdur. Hal-hazırda gördüyümüz: 1. Zəifləmə epizodik xarakter daşıyır. İki əsas epizod — 2025-ci ilin yazında tariflərin nəticələri…

Read More

OPEC+ ölkələri gələn ay neft hasilatını artırmaq üçün prinsipial razılıq əldə ediblər. GDP xəbər verir ki, qərar Amerika və İsrailin İrana endirdiyi zərbələr fonunda neft qiymətlərində müşahidə olunan gərginliyin təsirini azaltmaq məqsədi daşıyır. Məlumata görə, Səudiyyə Ərəbistanı və Rusiyanın rəhbərlik etdiyi əsas danışıq iştirakçıları birinci rübdə bir sıra qiymət artımlarını dayandırmışdılar. Yeni razılaşmaya əsasən, hasilat gündəlik 206 min barrel artırılacaq. Danışıqların məxfi xarakter daşıdığını vurğulayan nümayəndələr adlarının çəkilməməsini xahiş ediblər. Qərarın regional gərginlik və enerji bazarlarındakı qeyri-müəyyənlik şəraitində qəbul edildiyi bildirilir.

Read More

Çin Mərkəzi Bankı  yerli və xarici banklar və qurumlar arasında yuanda sərhədlərarası maliyyələşməni (istiqrazlar və banklararası kreditlər) asanlaşdırır. GDP xəbər verir ki, bu addım ölkə xaricindəki ofşor yuanlardan istifadəni təşviq etmək məqsədi daşıyır. Çin Xalq Bankının bu tədbirləri, yanvarın sonunda xarici investorlara daxili bazarda REPO əməliyyatlarında iştirak etməyə icazə verməsindən sonra həyata keçirilir. Gözlənilir ki, bu təşəbbüslər sərhədlərarası maliyyələşmənin həcminin artmasına səbəb olacaq. Ofşor yuana artan tələbatı qarşılamaq üçün Honq Konq bu aydan etibarən “Biznesin Yuanla Kreditləşdirilməsi Proqramı”nın ümumi həcmini ikiqat artırıb. Banklar üçün əvvəllər müəyyən edilmiş kvota, müştərilərin ticarətin maliyyələşdirilməsi, kapital qoyuluşları və digər biznes məqsədləri üçün yuandan daha…

Read More

Süni intellekt çipləri bazarının lideri “Nvidia Corp.” tarixinin ən güclü maliyyə hesabatlarından birini açıqlamasına baxmayaraq, səhmləri 5,5% dəyər itirib. Bu paradoksal vəziyyət bazarda süni intellekt “balonu” ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Şirkətin keçən rüb üzrə mənfəəti təxminən iki dəfə artaraq analitiklərin gözləntilərini üstələyib, gəlir isə rekord həddə çatıb. Bundan başqa, “Nvidia”nın cari rüb üzrə proqnozu da bazar proqnozlarından yüksək olub. Lakin güclü maliyyə göstəriciləri investorları qane etməyib. Bazar ekspertlərinin fikrincə, investorlar süni intellekt sektorunda şişirdilmiş qiymətləndirmələrdən və mümkən “balon” effektindən ehtiyatlanırlar. Bu narahatlıq nəticəsində “Nvidia” ilə yanaşı, digər çip istehsalçılarının da səhmləri ucuzlaşıb. “Broadcom Inc.” 3,2%, “Lam Research Corp.”…

Read More

2025-ci ilin yanvar ayı ilə 2026-cı ilin yanvar ayı arasında müqayisə aparıldıqda əmanətçilərin sayında əhəmiyyətli bir artım müşahidə olunur. GDP Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi statistik məlumatlara istinadla  xəbər verir ki, 2025-ci il yanvarın 31-nə olan göstəricilərə görə, bank sektorunda müddətli əmanətçilərin sayı 154.181 nəfər təşkil etmişdir. 2026-cı ilin eyni dövründə, yəni yanvarın 31-nə olan göstərici isə 197.073 nəfərə yüksəlmişdir. Bu rəqəmlər göstərir ki, bir il ərzində müddətli əmanətçilərin sayında 42.892 nəfərlik artım baş vermişdir. Faiz ifadəsində bu artım təxminən 27.82 % təşkil edir. Beləliklə, 2026-cı ilin yanvar ayında bank sektorunda unikal müddətli əmanətçilərin sayı əvvəlki ilin eyni dövrü ilə…

Read More

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sistem əhəmiyyətli banklarını açıqlayıb. GDP xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Bank Respublika” ASC və “Unibank KB” ASC-dir. Sistem əhəmiyyətli banklar ölkənin maliyyə sabitliyi üçün xüsusi əhəmiyyət daşıyan, mümkün problemi bütün bank sisteminə təsir edə biləcək banklardır. Bu banklar Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xüsusi meyarlarlaqiymətləndirilir. Qiymətləndirmə dörd istiqaməti əhatə edir: ölçü, qarşılıqlı bağlılıq, əvəzolunmazlıq və mürəkkəblik. Ölçü üzrə cəmi aktivlər və depozit portfeli nəzərə alınır. Qarşılıqlı bağlılıq bankın digər maliyyə institutları ilə öhdəlik və tələblərini əhatə edir. Əvəzolunmazlıq meyarında ödəniş əməliyyatları (o cümlədən AZİPS üzərindən), əmanətçi…

Read More

2026-cı ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən ümumilikdə 156 milyon 604 min manat sığorta haqqı toplanılıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı aylıq statistikaya əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,3% azalıb. Ödənişlərdə kəskin artım Hesabat ayında sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 62 milyon 12 min manat təşkil edib. Bu, illik müqayisədə 30,2% çoxdur. Ödənişlərin dinamikası bazarın ayrı-ayrı seqmentlərində fərqli mənzərə yaradıb. Könüllü sığorta növləri üzrə ödənişlər 34% artaraq 50 milyon 262 min manata, icbari sığorta üzrə ödənişlər isə 16,2% artaraq 11 milyon 750 min manata çatıb. Şirkətlərin ödəniş renkinqi Hesabat dövründə  ən çox…

Read More