What's Hot
- Reuters: “ABŞ BƏƏ və Hindistanda Rusiya ilə bağlı daha iki treyderi sanksiya siyahısından çıxardıb”
- Donald Trampın oğulları Erik və Donald Tramp Kiçik, Powerus adlı yeni pilotsuz uçuş aparatları (PUA) istehsal edən şirkətə sərmayə qoyublar. Şirkət Ukraynadan PUA texnologiyaları əldə etməyi və istehsal etdiyi silahları Pentaqona satmağı planlaşdırır
- “PAŞA Maliyyə Holdinqi”nin İdarə Heyətinin sədrinə müavini təyin edilib
- Trampın İran açıqlaması nefti kəskin ucuzlaşdırdı – Qiymət 85 dollaradək düşüb
- ABŞ-ın WTI nefti 117 ABŞ dollarlıq zirvədən 95 ABŞ dollarına düşüb. Bu gün Bakı vaxtı ilə 00:30-da Tramp mətbuat konfransı keçirəcək.
- Neft qiymətlərində kəskin artım: Fyuçerslər 97 dolları keçdi
- Azərbaycanda qadınların iqtisadiyyatda rolu-Məşğulluq, əməkhaqqı fərqi və hüquqi təminat
- Rəsmi medianın məlumatına görə, Saudi Aramco təhlükəsizliyi və davamlı tədarükü təmin etmək üçün bəzi neft daşımalarını Yanbu limanına yönləndirir
Author: Aynure Gdp
ABB səhmlərinə 33 mindən artıq investor 49 min ədədə yaxın sifariş yerləşdirib. GDP xəbər verir ki, 10 sentyabr 2024-cü ildə ABB bankın səhmlərinə abunə yazılışı başa çatıb.İlkin məlumatlara görə, ABB səhmlərinə 33 mindən artıq investor 49 min ədədə yaxın sifariş yerləşdirib. Bu, ölkəmizin kapital bazarı üçün tarixi göstəricidir.Sifarişlərin icrası prosesi 17 sentyabr 2024-cü il tarixindən başlayaraq 6 iş günü müddətində davam edəcək və 24 sentyabr 2024-cü il tarixində başa çatacaq. Yerləşdirmənin nəticələri barədə məlumat 24 sentyabr 2024-cü il tarixində investorlara təqdim olunacaq.
İqtisadiyyat Nazirliyinin tabeliyində olan Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə “Binance” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. İmzalanma “Chain Reaction 2024” forumu çərçivəsində baş tutub. Memorandumu 4SIM-in icraçı direktoru Fariz Cəfərov və “Binance”ın regional bazarlar üzrə rəhbəri Vişal Saçindran imzalayıb. (c)Report
2024-cü ilin avqust ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,1 faiz təşkil edib. GDP Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsulları daha çox ucuzlaşıb.
2024-cü ilin avqust ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,1 faiz təşkil edib. GDP Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşıb Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Mərkəzi Bankın sədri Taleh Kazımov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə və Qafqaz regionu üzrə icraçı direktoru Elizabeta Falçettinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. GDP xəbər verir ki,görüş çərçivəsində maliyyə sektorunun dayanıqlı inkişafı, Mərkəzi Bankın sektorun inkişafı ilə bağlı strateji planları, real sektorun maliyyəyə çıxış imkanlarının genişləşdirilməsi, eləcə də “yaşıl keçid”lə bağlı icra olunacaq təşəbbüslərə AYİB-in dəstək imkanları müzakirə olunub. Görüşdə həmçinin Mərkəzi Bank və AYİB arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
2024-cü ilin yanvar-avqust aylarında ölkədə 80960.3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.3 faiz çox ümumi daxili məhsul(ÜDM) istehsal olunub. GDP xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. İqtisadi artım tempi iyulda illik 4.5 faiz olmuşdu. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0.2 faiz, qeyri neft-qaz sektorunda isə 7.0 faiz artıb. ÜDM istehsalının 37.9 faizi sənaye, 9.7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7.0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6.1 faizi tikinti, 6.0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.8 faizi informasiya və rabitə sahələrinin, 18.9 isə…
2024-cü il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1759,0 min nəfər olmuş, onlardan 881,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 877,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. GDP bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Muzdla işləyənlərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi təhsil, 12,8 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 14,7…
2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi 2023-cü ilin avqust ayına nisbətən 3.5 faiz olub və bu da 2023-cü ilin noyabrından bu tərəfə maksiumumdur. GDP xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb Qida məhsulları, içkilər və tütün məmulatları üzrə 3.0 faiz, qeyri-qida məhsulları üzrə 1.8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5.6 faiz təşkil edib. 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.4 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1.3 faiz təşkil edib.
Maliyyə Monitorinq Xidmətinin istinad etdiyi “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə yenidən baxılmalıdır. Bu gün investisiya şirkətləri ən çox qanunun “investorun yatırdığı pulun mənbəyi barədə məlumatları təqdim etməsi” tələbinə görə çətinliklə üzləşir. GDP xəbər verir ki, bunu Azərbaycan Fondu Bazarı İştirakçıları Assosiasiyasının (AFBİA) katibi Murad Yəhyayev deyib. O bildirib ki, investisiya edən şəxslərin əksəriyyəti vəsaitlərinin mənbəyini göstərə bilmir. “Misal üçün: babasından, nənəsindən qalan pulu yaxud da vaxtilə əmək müqaviləsi bağlamadan işləyib, ya da vətəndaş uzun illər əl işləri hazırlayıb bizneslə məşğul olub topladığı vəsaitlə qiymətli…
“ASAN ödəniş” sistemində istifadəçi sayı 700 minə çatır GDP xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) mətbuat xidmətindən verilən məlumata görə, “ASAN ödəniş” sistemində qeydiyyatdan keçən istifadəçilərin sayı 700 minə yaxınlaşıb. Vətəndaşlara xidmət 10 mindən çox terminal, asanpay.az veb-səhifəsi, eləcə də “iOS” və “Android” əməliyyat sistemləri üçün mövcud olan “ASAN ödəniş” mobil tətbiqi vasitəsilə göstərilir. Terminallar təkcə Bakıda deyil, demək olar ki, bütün bölgələrdə yerləşdirilib. Mətbuat xidmətindən bildirilir ki, portalda qeydiyyatdan keçmədən də onlayn ödəmə mümkündür. Lakin sistemdə hesab açmağın bir sıra üstünlükləri var:
