Author: Aynure Gdp

2024-cü ilin yanvar-avqust ayları üzrə operativ məlumatlara əsasən, 8 ay ərzində Azərbaycanda 19,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. GDP Energetika Nazirliyə istinadən xəbər verir ki, respublika üzrə neft hasilatının 11,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,8 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5 milyon ton təşkil edib. Hesabat dövründə 16 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 13,9 milyon tonu konsorsiumun, 2,1 milyon tonu isə SOCAR-ın payına düşüb. Cari ilin yanvar-avqust aylarında ölkədə neft emalı 4,4 milyon tona yaxın təşkil edib. 2024-cü ilin avqust ayında gündəlik neft…

Read More

Mərkəzi Bankın sədri Taleh Kazımovun üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi İbrahim Məmmədzadə ilə növbəti görüşü keçirilib. GDP xəbər verir ki, görüş zamanı qalibin peşəkar sahədə hədəflərinin reallaşdırılması və mövcud potensialının inkişaf etdirilməsi ilə bağlı tövsiyələr səsləndirilib. Həmçinin qalibin fərdi inkişaf planı üzrə bilik və bacarığının artırılması, eləcə də Mərkəzi Bankda həyata keçirilən təşəbbüslərdə iştirakı istiqamətində müzakirələr aparılıb.

Read More

Azərbaycan və TikTok arasında Tik-tok kontentlərindən əldə edilən gəlirin vergiyə cəlb olunması ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. GDP xəbər verir ki, bu barədə “4SIM Azerbaijan”-in baş icraçı direktoru Fariz Cəfərov jurnalistlərə bildirib. O bildirib: “Son illərdə Azərbaycan milli biznesin rəqabət qabiliyyətini artırmaq və səviyyəsini yüksəltmək üçün yeni vasitələr təqdim etməyə,infrastrukturu təkmilləşdiməyə çalışır. Dövlət bu sahədə olan öz strateji məqsədlərini açıq şəkildə müəyyənləşdirib. Bu məqsədlərə yalnız kiçik və orta biznesin (KOB) təhsili və məlumatlandırılması deyil, həm də effektiv rəqəmsal ekosistemin yaradılması daxildir. Bu sistemdə məlumat emalı mərkəzləri, saxlama sistemləri, kibertəhlükəsizlik və müxtəlif təşkilatları inteqrasiya edən ödəmə sistemləri mühüm rol oynayır”

Read More

Bakıda “Chain Reaction 2024” konfransı keçirilir. GDPxəbər verir ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “FARI Solutions” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə süni intellekt, blokçeyn texnologiyası, web3, fintex və kriptovalyutalar kimi mövzular müzakirə olunacaq. Konfransda xarici və yerli şirkətlərin aparıcı ekspertləri və top-menecerlərinin iştirakı ilə məruzələr dinləniləcək, panel müzakirələri və dəyirmi masalar keçiriləcək. Tədbirin əsas məqsədi texnologiya mütəxəssislərinin, kriptovalyuta həvəskarlarının və sənayedə yeni olanların müsair inkişafı tendensiyaları ilə taniş etmək və məlumatlı olmasını təmin etməkdir. “Chain Reaction 2024” dövriyyəsinə görə dünyanın ən iri kriptovalyuta birjası olan Binance tərəfindən dəstəklənir. Tədbirdə Binance…

Read More

Prezident İlham Əliyevin bu il martın 1-də imzaladığı fərmanla yaradılmış Enerji Effektivliyi Fondu kiçik, orta və böyük məbləğdə kreditlər verəcək. Bunu Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdir müavini Eldar Əhmədov Bakıda keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda bildirib. Onun sözlərinə görə, kiçik kreditlər 1 000 manatdan 50 000 manata qədər olmaqla 5 il, orta kreditlər 50 000 manatdan 1 000 000 manata qədər olmaqla 10 il, böyük kreditlər isə 1 000 000 manatdan 10 000 000 manata qədər olmaqla 15 il müddətinə veriləcək. “Fond enerji resurslarından səmərəli istifadə, enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılıb.…

Read More

“PASHA Holding” MMC-də yeni təyinat olub. Məlumata görə, Cəmil Abdullayev “PASHA Holding”in Qrup Üzrə Ümumi Mükafatlar rəhbəri təyin edilib. Cəmil Abdullayev Schroders və Goldman Sachs-da geniş təcrübəyə malikdir. Mənbə: Banker

Read More

“Ziraat Bank Azərbaycan” ASC-də yeni Maliyyə direktoru təyin edilib. Bu, Elşən Məmmədovdur. O, bu vəzifədə Elmir Həsənlini əvəz edib. O, 2023-cü ilin martından 2024-cü ilin avqustuna qədər “Çinar Park” biznes mərkəzinin maliyyə direktoru kimi çalışırdı. Buna qədər isə E.Məmmədov 14 ildən çox Türkiyə kapitallı “Yapı Kredi Bank Azərbaycan” QSC-də çalışıb. Elşən Məmmədov, bu bankda Maliyyə Hesabatları və İş Təkmilləşdirilməsi departamentinin müdir müavini olub. Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65.5 milyon manatdır. Bankın səhmlərinin 99.98 %-i Türkiyənin “Ziraat Bank”ına, 0.01 %-i “Zıraat Teknolojı” şirkətinə, 0.01 %-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur

Read More