Author: Aynure Gdp

Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün Quba şəhərində “Yaşıl maliyyə” mövzusunda təlim keçirib. GDP xəbər verir ki, 20-yə yaxın media nümayəndəsinin iştirakı ilə baş tutan təlimdə yaşıl maliyyə alətləri və infrastrukturu, dayanıqlılıq prinsipləri və bu sahədə beynəlxalq təcrübələr üzrə məlumatlar əhatə olunub. Təlim çərçivəsində Mərkəzi Bankın dayanıqlı maliyyə sahəsindəki strateji prioritetləri və təşəbbüsləri də diqqətə çatdırılıb. Təlim sual-cavab sessiyası ilə tamamlanıb. Daha sonra media nümayəndələrinin Mərkəzi Bankın Quba Regional Mərkəzinə və Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil olunub.

Read More

9 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin buraxılış həcmi 50, milyon manat dəyərində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır. İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Emitent: Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC İstiqrazın növü və forması: Faizli, ipoteka istiqrazları Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2089008687 İstiqrazın sayı: 50,000 (ədəd) İlkin ticarət qiyməti: 1,000 manat Buraxılış həcmi: 50,000,000 manat Hərrac qiyməti: 1,000 manat İllik gəlirlilik faizi: 3% Reallaşdırılmış həcmi: 50,000,000 manat Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə): 50,000,000 manat İnvestor sayı: 1 Sifarişlərin sayı: 1 Ödəmə Periodu: 180 gündən bir (6 aydan bir) İstiqrazların tədavül…

Read More

Bolqarıstanın “Asarel Medet” dağ-mədən zənginləşdirmə kombinatı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə ölkənin Panaqyurişte şəhərinin (Pazarcik əyalətində, Sofiyadan 91 km şərqdə yerləşir) qazlaşdırılmasını həyata keçirməyi planlaşdırır. Bu barədə kombinatın icraçı direktoru Nikolay Peltekov məlumat verib. “Biz SOCAR ilə birlikdə şirkətimizin yerləşdiyi Panaqyurişte bələdiyyəsinin qazlaşdırılması layihəsini hazırlayırıq. Gələn il bu bələdiyyənin inzibati mərkəzi olan Panaqyuriştenin birgə qazlaşdırılmasına başlamağı planlaşdırırıq”, – icraçı direktor bildirib. O qeyd edib ki, bu layihənin həyata keçirilməsi yaşayış evlərinin əsasən bərk yanacaqla qızdırıldığı regiona son dərəcə müsbət təsir göstərəcək. N.Peltekov onu da xatırladıb ki, bu ilin iyun ayında SOCAR Bolqarıstanın sənaye müəssisələrinə, o cümlədən “Asarel Medet”…

Read More

Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasının təmin edilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə yaradılmış “Makroiqtisadi dayanıqlılıq” üzrə İşçi qrupun növbəti iclası keçirilib. GDP xəbər verir ki,  iclasda Strategiyanın 2024-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində birinci yarımillik üzrə görülmüş işlərin monitorinq və qiymətləndirilməsinə dair müzakirə aparılıb. İşçi qrupun sədri, Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov Strategiya istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat verib. İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ayaz Müseyibov “Daxili…

Read More

Özbəkistan xaricə 13 milyon dollar dəyərində xalça tədarük edib.GDP xəbər verir ki,Özbəkistanın Statistika Agentliyinin məlumatına görə, 2024-cü ilin yeddi ayı ərzində Özbəkistan ümumi sahəsi təxminən 4,3 milyon kvadratmetr olan, 13 milyon dollar dəyərində xalça ixrac edib. Bu dövrdə altı ölkəyə özbək xalçalarının tədarükübdə aktiv dinamika müşahidə edilib.

Read More

Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank of Baku” ASC-nin 1 vəzifəli şəxsini 1 500 manat cərimələnyib. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb. Məlumatda bildirilir ki, aparılan cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” qanunun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulduğu məlum olub. Beləliklə, bankın vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq tədbir görülüb.

Read More

Bakı vaxtı ilə saat 8:05-ə Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 71,93 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,87 dollar çoxdur. GDP xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti 1 barelə görə 0,9 dollar artaraq 68,57 dollar təşkil edib.

Read More