Author: Aynure Gdp

Telegram Avropa İttifaqının rəsmi nümayəndəsi olmasına baxmayaraq, Fransa polisi məni dörd gün dindirdi. GDP xəbər verir ki, Durov Telegram-ın istifadəçi məlumatlarını ötürməkdən imtina etdiyi Rusiya və İrandan misallar gətirərək şirkətin səlahiyyətlilərlə əməkdaşlığa hazır olduğunu, lakin öz prinsiplərindən əl çəkməyəcəyini vurğulayıb. O, həmçinin platformanın “anarxist cənnəti” olması ilə bağlı şayiələri təkzib edərək, hər gün milyonlarla zərərli yazının silindiyini qeyd edib.

Read More

Bu gün Baş nazir Əli Əsədov Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Avropa üzrə Regional Direktoru İnes Roşanın rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb. GDP Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Dünya Bankı və Dünya Bankı Qrupuna daxil olan qurumlar arasında uzunmüddətli səmərəli tərəfdaşlığın mövcud olduğu vurğulanıb. Dünya Bankının Azərbaycanla Ölkə Tərəfdaşlıq Çərçivəsinin (ÖTÇ) əhəmiyyəti qeyd olunub, 2025-2029-cu illəri əhatə edəcək yeni ÖTÇ-nin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb. Ölkəmizin IFC ilə əməkdaşlığının hazırkı səviyyəsindən, müxtəlif sahələrdə həyata keçirilən birgə layihələrin nəticələrindən məmnunluq ifadə olunub. Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən dövlət-özəl tərəfdaşlığı, xarici investisiyaların cəlb olunması, COP29 çərçivəsində birgə fəaliyyət…

Read More

Azərbaycanda valyuta mübadiləsi xidməti göstərən şirkətlərdən daha biri – “Zuhur” MMC Azərbaycan Mərkəzi Bankının (AMB) bu fəaliyyət növü üçün qoyduğu kapital tələbini yerinə yetirib. Şirkət nizamnamə kapitalını kəskin artıraraq 100 manatdan 600 min 100 manata çatdırıb. Bu məbləğ “Zuhur”a Bakıda bir valyuta dəyişmə məntəqəsi ilə fəaliyyət göstərməyə imkan verir. Paytaxtda 2-ci məntəqəni açmaq üçün isə şirkət kapitalını 50 % artıraraq 900 min manata çatdırmalıdır. “Zuhur” 2021-ci ildə yaradılıb. Bundan əvvəl “Meta-Kapital”, “Delta Capital” və “Eliko” MMC-lər nizamnamə kapitalını AMB-nin tələbinə uyğunlaşdırıb. Hazırda yalnız “Bakı Mərkəzi Valyuta” MMC-nin kapitalı müəyyən edilmiş tələbə uyğun deyil. © “Report”

Read More

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC-nin 2023-cü ilin I yarısında istehsal həcmi 8,3 milyon manat təşkil etmişdirsə, 2024-cü ilin I yarısında isə ötən ilin analoji dövrü ilə müqayisədə istehsal həcmi 3 dəfədən çox artmaqla 25 milyon manata çatıb. GDP xəbər verir ki, hazırda zavodda 722 nəfər daimi işlə təmin edilib. “Bakı Gəmiqayırma Zavodu” MMC Qaradağ Sənaye Parkında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində 2015-ci ildən indiyədək 73 milyon manatdan çox vəsaitə qənaət edib. Müəssisə müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz və mühəndislik işlərinin…

Read More

Azərşəkər MMC-yə yeni Baş İcraçı Direktor təyin edilib. GDP xəbər verir ki, bu vəzifəyə Nəsib İslamzadə təyinat alıb. Qeyd edək ki, daha əvvəl o Azərşəkər MMC-də İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı vəzifəsində işləyib. O, 2021-ci ilin dekabrından “Agrotrade Supply” MMC-nin İdarə Heyətinin üzvü idi. Bundan əlavə, 2012-2015-ci illərdə “KPMG” audit şirkətində, 2015-ci ildə “Garant Holding” MMC-də maliyyə meneceri, 2015-2018-ci illərdə “AzGroup Holding”də maliyyə direktoru, 2020-2021-ci illərdə “PMD Hospitality” MMC və “Agro Food Investments” MMC-nin Audit Komitəsinin üzvü, 2021-2023-cü illərdə “PMD Group” MMC-nin Audit Komitəsinin sədri vəzifələrində çalışıb. Ali təhsilinin bakalavr dərəcəsini iqtisadiyyat üzrə Azərbaycan Dövlət İqtisad Universitetində, magistr…

Read More

“Qazprom Neft”in rəhbəri Aleksandr Dyukovun sözlərinə görə, hazırda bazar müxtəlif amillərin təzyiqi altındadır. “Bu, Liviyanın bazara gündə 0,5 milyon barel əlavə edəcəyinə dair gözləntidir və buna uyğun olaraq, bir sıra böyük dünya iqtisadiyyatlarında artımda müəyyən bir yavaşlama müşahidə olunur ”, – Dyukov bildirib. “Lakin bu, neft bazarının qiymət korreksiyası dövrünü ilk dəfə keçirmir”, – deyə “Qazprom Neft”in rəhbəri qeyd edib. O vurğulayıb ki, OPEC+ sazişin parametrləri və könüllü ixtisarlar barədə qərar verməzdən əvvəl bütün bu amilləri ölçüb-biçməlidir. Qeyd edək ki, bir gün əvvəl OPEC+ nümayəndələri arasında adı açıqlanmayan Bloomberg mənbələri alyansın neft hasilatının oktyabr ayından planlaşdırılan artımını sutkada 180 min…

Read More

Keçmiş Avropa komissarı və Fransanın keçmiş xarici işlər naziri Mişel Barnier Fransanın yeni baş naziri təyin edilib. GDP xəbər verir ki, Barnier 2004-2005-ci illərdə Xarici İşlər Naziri vəzifəsində çalışıb və o, həmçinin Aİ-nin Brexit üzrə danışıqlar qrupuna rəhbərlik edib.

Read More