Author: Aynure Gdp

Azərbaycanda cəmi kredit portfelində BOKT-lər və kredit ittifaqları daxil olmaqla vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.5 faiz bəndi azalaraq 1.7% təşkil edib. GDP xəbər verir ki,kreditlərin həcmi 25 milyard 694.7 milyon manatın 453.7  mln. manatı vaxtı keçmiş kreditlər təşkil edib. Beləliklə vaxtı keçmiş kreditlər bu ilin əvvəlinə nisbətən 3.6% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8.3% azalıb.

Read More

Tural Mailov 19 avqust 2024-cü tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. Bu barədə GDP DOST Agentliyinə istinadən xəbər verir. Tural Mailov 1985-ci ildə Bakı şəhərində anadan olub. O, orta təhsilini ABŞ-nin Miçiqan Ştatının Battle Creek şəhərində alıb. Daha sonra Qərb Universitetinin “Beynəlxalq hüquq” ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2008-ci ildə “Kazimir Partners Azerbaijan” MMC-də tədqiqatçı analitik vəzifəsi ilə başlayan Tural Mailov sonradan həmin şirkətin icraçı direktoru vəzifəsinə qədər yüksəlib. Daha sonra “Caspian Financial” şirkətinə rəhbərlik edib. Sonrakı dövrlərdə o, Birləşmiş Ərəb Əmirlikləri və Avropanın bir sıra ölkələrində fəaliyyət göstərən müxtəlif nüfuzlu şirkətlərin…

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov qurumun 4 departamentinə direktorlar təyin edib. Sədr bununla bağlı müvafiq qərarlar imzalayıb. Qərarlara əsasən, Sadiq Axundov İT əməliyyatları departamentinə, Elnur Ağayev Xəzinə departamentinə, Fətullah Ələkbərov Nağd Pul departamentinə, Fuad Səbziyev isə Ödəniş sistemləri və hesablaşmalar departamentininə direktor təyin olunub. © “Report”

Read More

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 249 min ədəd artaraq 18 milyon 340 min ədəd təşkil edib. GDP Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19,5 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20,8 faiz, kredit kartları üzrə 11,4 faiz olub.

Read More

Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Tofiq oğlu Osmanov vəzifəsindən ayrılıb. O, AMB-də 2005-ci ildən çalışır, 2013-cü ildən 2020-ci ilə qədər qurumun İnformasiya texnologiyaları departamentinin direktoru olub, 2020-ci ilin yanvar ayından isə Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib. Mənbə: Banker

Read More

2024-cü ilin yanvar-iyul ayları ərzində satınalan təşkilatlardan Dövlət Xidmətinə daxil olmuş 6218 yekun protokol təhlil edilib. GDP xəbər verir ki, bu baraədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayımlayıb. Məlumata görə, müsabiqədə qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilən 1203 yekun protokol Dövlət Xidməti tərəfindən ləğv edilib. Beləliklə Dövlət Xidməti tərəfindən təhlil edilən 6218 yekun protokoldan 19.3%i ləğv olunub. Cari ilin 6 ayı ərzində həyata keçirilən dövlət satınalmalarının nəticələrinə əsasən qeyd etmək olar ki, 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu”nun tətbiq mexanizmləri ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin verdiyi qərarlarda qeyri müəyyənlik…

Read More

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında ən çox sığorta haqqı toplayan şirkət Paşa Həyat Sığorta ASC olub. Bu şirkət 377,770 min manat sığorta haqqı toplayıb. GDP xəbər verir ki, sığorta şirkətləri arasında ən çox sığorta haqqı toplayan ikinci şirkət Paşa Sığorta ASC gəlir ki, bu şirkət 205,213 min manat sığorta haqqı toplayıb. Daha sonra Qala Sığorta ASC 52,035 min manat sığorta haqqı ilə üçüncü yerdə, Atəşgah Həyat Sığorta Şirkəti isə 51,092 min manatla dördüncü yerdə qərarlaşıb. Meqa Sığorta ASC 21,784 min manat sığorta haqqı toplayaraq beşinci yeri tutur.

Read More

Gürcüstanda Azərbaycan və Ermənistan sərhədlərinə avtomobil yollarının tikintisi üçün tender elan edilib. GDP -nin məlumatına görə, bu barədə Sputnik Gürcüstan Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinə istinadən xəbər verir. Söhbət Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin tərkib hissəsi olan və Gürcüstanı Azərbaycan və Ermənistan sərhədləri ilə birləşdirən Rustavi-Qırmızı körpü və Algeti-Sadaxlo yollarının hissələrinin tikintisindən gedir. Layihə Avropa İnvestisiya Bankı (AİB) və Gürcüstan hökumətinin birgə maliyyələşdirməsi ilə həyata keçiriləcək və AİB bunun üçün 250 milyon avro kredit ayırıb. Əsas yolun hissələrinin layihələndirilməsi işləri Dünya Bankının (DB) maliyyə dəstəyi ilə Hollandiya şirkəti tərəfindən həyata keçirilib. Şərq-Qərb magistralı və ya…

Read More

Kapital Bazarları və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda ciddi dəyişikliklər gözlənilir. GDP xəbər verir ki, bunu Azərbaycan Fondu Bazarı İştirakçıları Assosiasiyasının katibi Murad Yahyayev deyib. O bildirib ki,hazırda qüvvədə olan kapital bazarları və qiymətli kağızlara bağlı qanunvericilikdə ciddi çatışmazlıqlar var.”Bunu nəzərə alaraq mövcud qanunda dəyişiklik edilməsi planlaşdırılır”-deyə Murad Yahyayev qeyd edib.

Read More

Qırğızıstanda daha bir neçə bank Rusiya bankları vasitəsilə pul köçürmələrini dayandırıb. . GDP xəbər verir ki, avqustun 19-da Qırğızıstan MBankı Rusiya bankları, o cümlədən Sberbank, Tinkoff və MTS Bankı da daxil olmaqla hər iki istiqamətdə qeyri-müəyyən müddətə köçürmələri dayandırıb. Maliyyə qurumunda qeyd edildiyi kimi, daxil olan köçürmələr Qərbin sanksiyalarına məruz qalmayan banklar vasitəsilə rubldan istifadə etməklə həyata keçiriləcək. Daha sonra Qırğızıstan bankı Keremet də Sberbank, MTS Bank, Tinkoff və Rusiya Federasiyasının milli ödəniş sisteminin operatoru NSPK ASC-nin mobil proqramları vasitəsilə hər iki istiqamətdə qeyri-müəyyən müddətə köçürmələri dayandırıb. Oxşar məhdudiyyətlər DəmirBank, KICB və O!Bank (Halyk) tərəfindən də elan edilib,

Read More