Author: Aynure Gdp

2024-cü ilin 7 ayı ərzində (yanvar-iyul) Azərbaycanın xarici ticarәt әmәliyyatlarının hәcmi 26 milyard 892 milyon 121 min ABŞ dolları təşkil edib. GDP Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, o cümlәdәn, ixrac әmәliyyatları üzrә 16 milyard 98 milyon 920 min ABŞ dolları,  idxal әmәliyyatları üzrә 10 milyard 793 milyon 201 min ABŞ dolları məbləğində ticarət qeyd alınıb. Əməliyyatlar 5 milyard 305 milyon 719  milyon ABŞ dolları məbləğində müsbət saldo ilə nəticələnib.  Qeyd edək ki, 2023-cü ilin 7 ayı ərzində (yanvar-iyul) Azərbaycanın xarici ticarәt әmәliyyatlarının hәcmi 30 milyard 333 milyon 432 min ABŞ dolları, o cümlədən ixrac 20 milyard 776 milyon 950 min ABŞ dolları, idxal 9 milyard 556 milyon…

Read More

Səudiyyə Ərəbistanı neft sənayesinə onilliyin sonuna kimi strateji sektorlara 1 trilyon dollar sərmayə qoymaq məqsədinin bir hissəsi olaraq ilkin proqnozlaşdırılandan daha az sərmayə qoyacaq. GDP xəbər verir ki, bunu Goldman analitikləri açıqlayıb. Məlumata görə, 2030-cu ilə qədər krallıq çox güman ki, öz vəsaitlərinin əksəriyyətini yəni ümumi investisiyanın təxminən 73%-i, qeyri-neft sektorlarına yönəldəcək ki, bu da bankın əvvəlcədən təxmin etdiyi 66%-indən çoxdur.

Read More

JPMorgan araşdırmalarına görə bazar zəif olandaABŞ korporativ istiqrazlarını almaq çox vaxt qazandırır. Erik Beynşteyn və Nathaniel Rosenbaumun başçılıq etdiyi strateqlərin bəyanatında deyilir ki, spredlər genişləndikcə yüksək dərəcəli ABŞ korporativ istiqrazlarını alan investorlar növbəti üç ay ərzində təxminən 70 faiz mənfəət əldə ediblər. ABŞ-ın yüksək faizli korporativ istiqraz spredləri avqust ayında yüksəlsə də, o vaxtdan bəri qismən bərpa olunur. İlin ilk yeddi ayında orta hesabla 92 baza bəndi və ya 0,92 faiz bəndi olan spredlər avqustun 5-də 111 baza bəndinə qədər qalxıb.

Read More

Donald Trampın son maliyyə hesabatına görə, onun hesabatında 1 milyon dollardan çox kriptovalyuta var və markalı İncillərdən 300 min dollar qazanıb.The Greenwood Bible kimi siyahıya alınmış İncil 59,99 dollara satılır və müğənni Li Qrinvudun “God Bless the USA” mahnısının əlyazmalar toplusu daxildir. Trampın imzası olan məhdud sayda nüsxəni 1000 dollara almaq olar.İncildən əlavə, Tramp şəxsi qeydləri olan “Tramp-a məktublar” kolleksiyasının satışından təxminən 4,5 milyon dollar qazana bilib.

Read More

Azərbaycan və Özbəkistan nümayəndə heyətləri Əfqanıstana birgə səfər ediblər.GDP xəbər verir ki, bu barədə Əfqanıstan mətbuatı ölkənin sənaye və ticarət naziri Nuruddin Əzizi məlumat yayıb.Ticarət, investisiya, nəqliyyat, tikinti materialları və geoloji kəşfiyyat kimi məsələlər müzakirə edilib.Nümayəndələrə Əfqanıstanda mədənçilik fəaliyyəti və investisiya perspektivləri barədə də məlumat verilib.

Read More

Azərbaycan Mərkəzi Bankı tərəfindən “Banklarda Ekoloji Risklərin İdarə Edilməsi Təlimatı”nın banklara onlayn təqdimatı olub.  Təqdimat zamanı banklarda iqlim və digər ətraf mühit risklərinin idarəetmə çərçivəsi, daxili siyasət və prosedurlar, risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, tənzimlənməsi və monitorinqi üzrə tövsiyələrin tətbiqi məsələləri müzakirə edilib. Görüş interaktiv formatda təşkil edilib, bank nümayəndələrinin sualları cavablandırılıb və bu istiqamətdə təkliflər dinlənilib. Müzakirələrin nəticəsində banklarda iqlim risklərinin idarə edilməsi potensialının artırılması, habelə iqlim riskləri üzrə məlumatlara çıxışın təmin edilməsi üzrə növbəti addımlar müəyyən edilib.

Read More

Neftin qiyməti aşağı düşsə də, həftəni daha yüksək həddə bitir. Bakı vaxtı ilə saat 09:15-ə Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin dəyəri bir barel üçün 80,72 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,32 dollar (0,39%) azdır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində sentyabr ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 0,42 dollar və ya 0,45% ucuzlaşaraq 77,74 dollar təşkil edib.

Read More

Amerika fond indeksləri inamla yüksəlib, S&P 500 və Nasdaq ardıcıl altıncı sessiyada müsbət ərazidə sona çatıb. GDP xəbər verir ki, S&P 500 avqustun əvvəlində reallaşan itkiləri tam olaraq geri qaytardı. Ticarət Departamenti tərəfindən açıqlanan ABŞ-ın pərakəndə satışlarına dair güclü məlumatlar, keçən həftənin əvvəlində birjanın çökməsinə səbəb olan tənəzzül qorxularını aradan qaldırıb. İnfrastructure Capital Advisors şirkətinin baş icraçı direktoru Jay Hatfield, “Bu gün biz ayın əvvəlində bazarı bürüyən irrasional tənəzzül qorxusunun dağıldığını gördük” – deyə qeyd edib. Onun sözlərinə görə, birja bazarının sürətli bərpası təəccüblü deyil, çünki treyderlərin avqustun 2-də açıqlanan iyul ayı üçün zəif ABŞ işsizlik məlumatlarına həddindən artıq reaksiya…

Read More

Azərbaycan və Özbəkistan nümayəndə heyəti Kabilə səfəri çərçivəsində ticarət, nəqliyyat və logistikanın inkişafı, faydalı qazıntı yataqlarının, o cümlədən karbohidrogen yataqlarının işlənməsi, o cümlədən Şimali Əfqanıstanda ildə 1 milyon ton istehsal gücü olan sement zavodunun tikintisi üzrə 3 tərəfli danışıqlar aparılacaq. GDP xəbər verir ki, bu barədə Taliban Ticarət Nazirliyinin məlumatına yayımlayıb. Məlumata görə Özbəkistan nümayəndə heyətinə investisiya, sənaye və texnologiya naziri Laziz Kudratov, Azərbaycan nümayəndə heyətinə isə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov rəhbərlik edir. Taliban Ticarət Nazirliyindən onları müvafiq olaraq bərabər statuslu Nurəddin Əzizi və Əhmədullah Zahid qəbul edib.

Read More