- BlackRock və Blackstone özəl kredit fondlarında vəsait çıxarılmasını məhdudlaşdırıb
- Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib
- Bu il ayrılmış limit çərçəvəsində ipoteka krediti üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb
- “Bank BTB” BOKT-a çevrilir, aktivləri ABB-yə ötürülür
- Brent nefti yenidən bahalaşıb-88 dollar
- Uoll-Strit bankları Argentinadan kapitalın çıxarılmasını tövsiyə edir
- Türk lirəsi yeni tarixi minimuma düşdü — 1 dollar 44 lirəyə çatdı
- Mərkəzi Bank bank, sığorta və kapital bazarı üzrə rəhbər təyinatı ilə bağlı 96 müraciəti uyğun hesab edib
Author: Aynure Gdp
KASKO sığortalı müştərimizə 33 997 manat ödədik. GDP xəbər verir ki, məlumatı “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti yayımlayıb. Bildilir ki, sığortalı avtomobil hərəkətdə olan zaman anidən önünə çıxan predmetlə toqquşmuşdur. Nəticədə isə avtomobilə dəymiş zərər hesablanmış və müştərimizə ödənilmişdir. Qeyd edək ki, “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti müvafiq sığorta hadisəsi ilə bağlı müştərisinə 33 min 997 manat məbləğində ödəniş həyata keçirib.
Alman istehsalçılarının təxminən yarısı enerji qeyri-müəyyənliyi və böyük bürokratiya fonunda istehsalı azaltmağı və ya xaricə köçməyi düşünür. GDP xəbər verir ki,şirkətlərin gəlirləri və perspektivləri aşağı düşür. Volkswagen və BMW, Çində artan xərclər və sərt rəqabət fonunda əməliyyat mənfəətlərinin ikinci rübdə azaldığını açıqlayıb. Almaniyada işsizlik 6%-ə çatıb – yüksək müavinətlərə görə çoxları işləməməyi daha üstün tutur. Ay ərzində müavinət alan işsizlərin ümumi sayı 82 min nəfər artaraq 2 milyon 810 min nəfərə çatıb.Qurum tərəfindən qeydiyyata alınan vakant yerlərin sayı isə əksinə azalıb.
Ötən həftə ərzində dünya birjalarında qızıl qiymətləri bütün zamanların ən yüksək həddinə çatıb və qızılın neftə nisbəti 1-dən 30-a qalxıb. Bu nisbətin kəskin artımı dünya iqtisadiyyatında böhranın göstəricilərindən biri kimi qiymətləndirlir. Hətta cümə günü Comex birjasında qızıl fyuçers kotirovkaları 1% artaraq 1 troya unsiyası üçün 2506,2 dollara satılıb. Dünya bazarında qızılın bahalaşması təbii ki, ölkəmizdə də qızılın və birbaşa qızıl-ziynət əşyalarının qiymətinə də təsirsiz ötüşmür. Azərbaycanın qızıl bazarında qiymətin formalşaması və bahalaşmanın ölkəmizə təsirlərini GDP-yə Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev şərh edib. O bildirib : “Son 6 il ərzində qızılın qiymətində əhəmiyyətli bir artım müşahidə olunmaqdadır. 2019-cu ilə qədər 1 qram…
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində Türkiyə Maarif Vəqfi Azərbaycan üzrə Ölkə təmsilçiliyi ilə ATİB arasında Əməkdaşlıq Memorandumu imzalanıb.GDP xəbər veerir ki, görüşdə Türkiyə Maarif Vəqfi Azərbaycan üzrə Ölkə təmsilçisi Dr. Serdar Gündoğan, ATİB İdarə heyətinin sədri Mürsəl Rüstəmov, İdarə heyəti sədrinin müavini Tahsin Gündem, İdarə heyəti üzvləri Rafiq Qarayev və Erdem Erçin iştirak edib.Əməkdaşlıq Memorandumunun imzalanmasından sonra tərəflər birgə həyata keçirilməsi planlaşdırılan layihələr və tərəfdaşlığın digər aspektləri ətrafında fikir mübadiləsi aparıb.
Amerikalı milyarder Uorren Baffetin investisiya şirkəti olan Berkshire Hathaway, investisiya gəlirlərinin azalması səbəbindən ikinci rübün xalis gəlirini 16% azaldıb, lakin sığorta biznesindən əldə etdiyi gəlirlər sayəsində əməliyyat mənfəətini 15% artırıb. Şirkətin press-relizində bildirildiyi kimi, aprel-iyun aylarında xalis mənfəət ötən ilin eyni dövründə əldə edilən 35,912 milyard dollar və ya 24,775 min dollara nisbətdə 30,5 milyard dollar və ya A sinifli səhm üzrə 21,122 min dollar təşkil edib. Berkshire-nin investisiya gəliri bir il əvvəl 33,06 milyard dollardan 23,86 milyard dollar təşkil edib. Amerika mühasibat uçotu standartlarına əsasən, bu tədbir şirkətin qiymətli kağızlarının dəyərindəki dəyişiklikləri nəzərə alır və buna görə də bazar…
ABŞ dolları avro və funt sterlinqə qarşı möhkəmlənib, lakin Yaponiya Bankının pul siyasətini sərtləşdirməyə davam edəcəyi və Federal Ehtiyat Sisteminin tezliklə yumşalmağa başlayacağı gözləntiləri ilə Yapon yeninə qarşı kəskin ucuzlaşma nümayiş etdirib. GDP xəbər verir ki, dolların altı valyuta (avro, İsveçrə frankı, yen, Kanada dolları, funt sterlinq və İsveç kronu) qarşısında performansını göstərən ICE tərəfindən hesablanan DXY indeksi 1,15%, daha geniş WSJ Dollar İndeksi 0,22% ucuzlaşıb. Avro/dollar cütü Bakı vaxtı ilə saat 9:10-a keçən cümə sessiyasının bağlanışında 1,0913 dollara qarşı 1,0901 dollara ticarət edilir, avro isə təxminən 0,1% dəyər itirir. Bir funt sterlinqin dollara məzənnəsi əvvəlki sessiyanın sonundakı 1,2804 dollara…
Gürcüstan Banklar Assosiasiyası Azərbaycanın bank sektorunun nümayəndələri üçün ESG (Ətraf Mühit, Sosial və İdarəetmə) və Gürcüstanın bank sənayesində davamlı maliyyələşdirmə təcrübələrinə diqqət yetirmək üçün tanışlıq səfəri təşkil edib. GDP xəbər verir ki. Beynəlxalq Maliyyə Korporasiyası (IFC), İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO), Avstriyanın Federal Maliyyə Nazirliyi və İnvestisiya Mühiti Məsləhət Xidmətləri İnstitutunun (FIAS) dəstəyi ilə keçirilən tədbirin məqsədi bilik mübadiləsini və davamlı maliyyə təcrübələrini təşviq etməkdir..Bildilir ki, iyulun 29-30-da Gürcüstan Banklar Assosiasiyası Azərbaycanın bank sektorunun nümayəndələri üçün təlim səfəri keçirib və Gürcüstanın bank sektorunda ESG və davamlı maliyyələşdirmə təcrübələrini təqdim edib. Tədbir Gürcüstan və Azərbaycanın bank assosiasiyaları ilə əməkdaşlıq…
Müxtəlif ictimai iaşə obyektlərində, təsərrüfat subyektlərində, notariuslarda və bir sıra digər sahələrdə ödəniş üsulu kimi qəbul edilən “card-to-card” əməliyyatları vergidən yayınmaq üçün əlverişli alət olmaqla yanaşı, bankların rəqəmsal ödənişlər, o cümlədən POS-terminal infrastrukturu sahəsində investisiyalarına mənfi təsir göstərir. GDP xəbər verir ki,Azərbaycan Banklar Assosiasiyasının «Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə» ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov deyib. O bildirib: “Ani ödənişlər sisteminə keçid də bu problemi tam həll etməyəcək. Təsərrüfat subyekti başqa bir hesab nömrəsini təqdim edərək prosesə davam edəcəkdir. Pozuntu hallarını gizli müştəri qismində də yoxlamaq olar, lakin buna da insan resursu yetməz. Limitlərin qoyulması da həll yolu deyil, belə…
Avqustun 5-də Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Xətai rayonu ərazisində “Cavanşir” körpüsünün yerində inşa olunmuş şəhər əhəmiyyətli yeni avtomobil yolunun açılışında iştirak edib. GDP xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Ölkənin 225 ən böyük şirkətinin (o cümlədən Honda, Mazda, Mitsubishi, Nissan, Panasonic Nintendo) səhmlərinin daxil olduğu Yaponiyanın Nikkei fond indeksi ABŞ-da işsizliyin artması ilə bağlı məlumatlara görə 10% itirir. Amerika statistikasından sonra Asiya-Sakit Okean regionunda digər əsas fond indeksləri Şanxay Kompozit Birja İndeksi, Honq Konq Hang Senq İndeksi, Cənubi Koreyanın KOSPI və Avstraliya S&P/ASX 200. də də düşür: Yaponiyanın üç ən böyük bankının (MUFG, SMFG, Mizuho) qiymətli kağızları 15-20% ucuzlaşıb. Nikkei-nin enişi 10%-i keçdi, bu, 1987-ci ildə “Qara Bazar ertəsi”ndən sonra ilk dəfə baş verir.
