- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Binance-ın top-meneceri Tiqran Qəmbəryan Nigeriyadakı məhkəmə iclasına qoltuq ağacı ilə getməli olub. GDP xəbər verir ki, o, çirkli pulların yuyulması və vergidən yayınma ittihamı ilə saxlanılıb. Qəmbəryanın ailəsi bildirir ki, o, malyariyaya yoluxub və ona təcili əməliyyat tövsiyə olunub.
Berkshire Hathaway rəsmi olaraq 1 trilyon dollarlıq bazar kapitallaşmasına çatıb. GDP xəbər verir ki, Warren Buffett-in Berkshire şirkətinin,səhmləri 0,8% yüksələrək 696,502,02 dollara qədər bahalaşdıqdan sonra ABŞ-da bu mərhələyə çatan ilk qeyri-texnoloji şirkət olub. Bu, onun bazar kapitalında 1 trilyon dollar həddinə çatmasına imkan verib. CFRA Research-dən bildirilir ki, bu, “firmanın maliyyə gücünə və françayzinq dəyərinə sübutdur”.
“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs Cəbrayıl və Zəngilan rayonlarında işğaldan sonra yararsız hala düşmüş ərazilərdə olan ümumi tikililərin sökülməsi və ərazilərin rekultivasiyası, Zəngilan,Cəbrayıl və Qubadlı rayonlarında tikiləcək qəbiristanlıqların layihələndirilməsi üçün “Azin Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb. GDP etender.gov.az-a istinadən xəbər verir ki, birmənbədən alınan xidmətlə bağlı müqavilənin dəyəri 479.882,4 manat təşkil edib. Bağlanan müqavilədən məlum olur ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Cəbrayıl və Zəngilan rayonlarında işğaldan sonra yararsız hala düşmüş ərazilərdə olan ümumi tikililərin sökülməsi və ərazilərin rekultivasiyası, Zəngilan,Cəbrayıl və Qubadlı rayonlarında tikiləcək qəbiristanlıqların layihələndirilməsinə 500 min manata yaxın vəsait…
1800-ə yaxın namizəd arasından seçilmiş 33 təcrübəçinin Mərkəzi Bankda 2 ay boyunca davam edən maraqlı və həyəcanlı səyahəti başa çatıb.GDP xəbər verir ki, tədbir zamanı təcrübəçilərimiz daha öncədən komandalara bölünərək hazırlamış olduqları layihələri münsiflərin diqqətinə çatdırıb. Mərkəzi Bankın rəhbər heyətinin təmsil olunduğu münsiflər heyəti ən uğurlu layihəni qiymətləndirərək komandanı mükafatlandırılıblar.Məzun günü təcrübəçilər üçün daha bir məqamla yadda qalıb. Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımov tədbirə qatılaraq iştirakçılara ən səmimi arzularını çatdırıb. Sədr təcrübəçiləri maraqlandıran sualları da cavabsız qoymadı. O, öz təcrübəsindən ən maraqlı xatirələri bölüşərək gəncləri çağırışlardan çəkinməməyə, daha cəsarətli olmağa və peşəkar inkişafa önəm verərək inamla irəliləməyə səslənib.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, gələn ildən müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrinə görə 60 manat məbləğində əlavə əkin subsidiyası veriləcək. GDP xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi bu barədə məlumat yayımlayıb. Bildirilir ki, təkrar əkinlərə görə əkin subsidiyası 2025-ci ildən etibarən yalnız suvarılan ərazilərdə aparılan əkinlərə şamil olunacaq. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişiklikləri üzrə 29-cu Tərəflər Konfransının (COP29) çağırışları nəzərə alınaraq, iqlim dəyişikliklərindən təsirlənən kənd təsərrüfatı sektorunda 2025-ci ildən etibarən sudan səmərəli istifadəni və ətraf mühitin qorunmasını dəstəkləmək məqsədilə müasir suvarma sistemləri tətbiq…
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni kadr təyinatı olub. Yeni yaradılmış İnvestisiya Baş İdarəsinin rəisi vəzifəsinə Hacıyev Əli Sabir oğlu təyin edilib. Ə.Hacıyev bundan öncə İqtisadiyyat Nazirliyinin Dövlət investisiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb. © “Report”
PAŞA Sığorta şirkətində yeni təyinat olub. Orxan Məmmədli “PAŞA Sığorta” ASC-də Aktuar Departamentinin Rəhbəri təyin edilib. Orxan Məmmədli buna qədər “PAŞA Sığorta”da Aktuar xidmətinin rəhbəri, Məsul aktuar kimi vəzifələrdə çalışıb. O, Bakı Dövlət Universitetində “Tətbiqi Riyaziyyat” üzrə bakalavr dərəcəsinə yiyələnib. “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir. Hal-hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.
2024-cü ilin ilk 8 ayında Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin axını 33,2% artaraq 5 milyonu keçib. GDP xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov açıqlayıb. O bildirib: “Avqust isə tariximizdə ən intensiv ay oldu – 827 min sərnişin xidmət aldı. Bu artım infrastrukturun genişləndirilməsi və daha çox reys təklifinin nəticəsidir.” Teymur Həsənov “Heydər Əliyev Beynəlxalq Aeroportu regionun əsas hava qovşağı olaraq inkişafını davam etdirir”,-deyə fikirlərini tamamlayıb.
“Forbes” 2023-cü ilin nəticələrinə əsasən Rusiyanın 50 ən böyük xarici şirkətin illik reytinqini tərtib edib. GDP xəbər verir ki, siyahıya daxil edilən şirkətlər il ərzində ümumi gəlirləri 31% artaraq 6,7 trilyon rublu ötüb. Çin biznesi Rusiyada genişlənməyə davam edir – indi reytinqdə Çindən 11 şirkət varÇinin “Chery” minik avtomobili istehsalçısı ilk dəfə olaraq Forbes jurnalına görə Rusiyanın 50 ən böyük xarici şirkətin reytinqinə başçılıq edib. Onun gəliri 4 dəfə artaraq 2023-cü ilin sonunda 590 milyard rublu ötüb – şirkət Rusiya bazarında Chery, Exeed, Omoda, Jaecoo və Jetour brendləri altında 220 mindən çox avtomobil satıb. Əvvəllər reytinqə Fransanın Auchan/Elo (2015-2019), Renault…
