Berkshire Hathaway rəsmi olaraq 1 trilyon dollarlıq bazar kapitallaşmasına çatıb.
GDP xəbər verir ki, Warren Buffett-in Berkshire şirkətinin,səhmləri 0,8% yüksələrək 696,502,02 dollara qədər bahalaşdıqdan sonra ABŞ-da bu mərhələyə çatan ilk qeyri-texnoloji şirkət olub.
Bu, onun bazar kapitalında 1 trilyon dollar həddinə çatmasına imkan verib. CFRA Research-dən bildirilir ki, bu, “firmanın maliyyə gücünə və françayzinq dəyərinə sübutdur”.